Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 06 İyun 2018

Tiflis metrosunun 500-ə yaxın işçisi iyunun 4-də başlayan etiraz tətilinə qoşulub.

“Report” xəbər verir ki, bunu “Ertoba2013” Metro Maşinistlərinin Həmkarlar Təşkilatından bildiriblər.

Məlumata görə, işçilərdən 140-ı aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, iyunun 4-dən Tbilisi metrosunun maşinstləri əmək haqqlarının artırılması tələbi ilə tətilə başlayıblar. Onlar tələbləri yerinə yetirliməyənədək işə çıxmayacaqlarını bildiriblər. Maşinsitlər maaşlarının 45 faiz artırılmasını tələb edirlər.

Xatırladaq ki, tətilin təşkilatçısı “Ertoba2013” Metro Maşinistlərinin Həmkarlar Təşkilatıdır.

Nəşr olunub DÜNYA

İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

APA-nın xəbərinə görə, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Cinayət işinin başlanmasına əsas səbəb Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə “Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərdikləri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub.

Müəyyən edilib ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş “Real İnşaat” MMC tərəfindən 191 440 manat, “Elnicat” MMC tərəfindən 356 400 manat, “Azpod” MMC tərəfindən 950 400 manat, “Attinak” MMC tərəfindən 1 372 800 manat, “ATF” MMC tərəfindən 316 800 manat, “Azəraqrartikinti” ASC-nin Göyçay filialı tərəfindən 495 000 manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314 160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184 800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110 880 manat təbiətə ziyan vurulub.

Qeyd edək ki, iyunun 2-də Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub. Güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.

Bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.

Nəşr olunub HADİSƏ

Türkiyə Silahlı Qüvvələrinin Qəndilə hücum edəcəyi xəbərini eşidən PKK terror qruplaşması təşvişə düşüb.

Axar.az xəbər verir ki, Afrində 5 minə yaxın terrorçunu məhv edən TSQ-nın hücum hazırlıqlarından xəbər tutan qruplaşma liderləri bir-birinin ardınca açıqlamalar yayır.

Qəndildə gizlənən PKK liderləri Mustafa Qarasu və Cəmil Bayık kameraların qarşısına keçib. Türkiyənin hazırlıqlarından xəbərdar olduqlarını ifadə edən terrorçu liderləri Avropadan kömək istəyiblər.

Bölgədə TSQ-nın aktivliyinin artması səbəbi ilə Cəmil Bayık və Murad Qarailan kimi bir çox PKK liderinin Qəndildən qaçdığı da iddia olunub.

Türkiyənin PKK-nın beşiyində həyata keçirəcəyi əməliyyatın təməlində “Bölgəni azad edib, sonradan geri çəkilmək əvəzinə terroru mənbəyində məhvetmə” ideyasının dayanacağı bildirilib.

Nəşr olunub DÜNYA

Bu il Naxçıvan məsləsini həll edəcəyik.
News12.az xəbər verir ki, bu sözləri erməni politoloq Levon Şirinyan deyib.
"Biz bu il Naxçıvan məsələsini bağlayacağıq. Bu ya siyasi danışıqlar yolu ilə, ya da hərbi yolla həll olunacaq.  Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, vəziyyət dəyişib. Ona görə də Naxçıvanın bizə aid olması barədə sənədləri hazırlayıb beynəlxalq məhkəməyə müraciət etməliyik"-deyə Şirinyan bildirib.

Nəşr olunub SİYASƏT
Çərşənbə, 06 İyun 2018 18:12

Cahangir Əsgərovun tvist rəqsi – Video

AZAL prezidenti Cahangir Əsgərovun maraqlı görüntüləri yayılıb.

Yayılan vidoada AZAL prezidenti rəqs edir. Toy məclisinə bənzəyən görüntünün nə zaman çəkildiyi bəlli deyil.

 Video Azpolitika saytının sosial şəbəkə üzərindəki hesablarında yayılıb. Həmin görüntüləri təqdim edirik:
Nəşr olunub CƏMİYYƏT

Reytinq