Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 02 İyun 2019

Füzuli Məmmədov tarixdə xeyriyyəçi, vətənpərvər kimi qalıb, satqın kimi yox...Xalq şairi Sabir Rüstəmxanlı: “Yer üzündə Eynulla Fətullayev kimi murdar, satqın, riyakar, alçaq adam görməmişəm”. “Mən heç onu bu millətdən saymıram, hansı millətdəndir bilmirəm...” 

Mirşahin onu "bədbəxt adam" adlandırdı: “Mən ona görə çox heyfslənirəm, acıyıram və ona yazığım gəlir”...

Orta məktəb tanışı, tanınmış jurnalist Taleh Şahsuvarlı onun haqqında: “Kasıb mərd olur” deyiblər, biz ona qarşı hər zaman mərd davrandıq. Amma o, Məmməd Əmin Rəsulzadə haqqında guya bir kitab yazmışdı, balaca broşura idi, onu bizə pulla satdı. Məmməd Əmin Rəsulzadə haqqında broşuranı bizə pulla satan Eynulla həyatının bütün sonrakı dönəmlərində də hər şeyi paraya satdı”.

Xocalını azərbaycanlıların törətdiyini iddia etməklə Xocalı faciəsi qurbanlarının, onların qohumlarının, Qarabağ müharibəsi veteranlarının, Azərbaycan Milli Ordusu əsgərlərinin, ümumiyyətlə, bütün xalqının şərəf və ləyaqətini təhqir etdi…

Söyün Sadıqov: “Məni onunla tanış edən adama da dedim ki, məni belə əclafla niyə tanış edirsən?”…

Cəbhəçilərə "quduz it" deyərək onları təhqir etdi.

Söhbət Eynulla Fətullayevdən gedir. Yuxarıda sadaladıqlarım onun ünvanına söylənilənlərdir. İnterntdə axtarış versək, ünvanına hələ çox təhqirlərə rast gələ bilərik.

E.Fətullayev savadlı jurnalistdir, yaxşı analitik qabiliyyətinə malikdir, mediada professionaldır.. Amma dəyəri, yerini bilməyən, tarixə mənfi obraz kimi düşüb – satqın, xəyanətkar, ermənilərlə dostluq edən, başqalarının bostanına daş atan, şərləyən, quyu qazan biri kimi...

E.Fətullayevin üzünü heç vaxt görməmişəm, amma çirkaba bulaşması ilə bağlı yazılanları çox oxumuşam. Hətta redaksiyamıza, 2011-ci ildə beynəlxalq tədbirlərin birində onun ermənilərlə birlikdə mehribancasıa çəkilən foto da göndərilmişdi. Fotodan Eynullanın ermənilərə sevgisi aydın görünürdü... 

Heç vaxt onun haqqında yazmaq istəməmişəm, maraq dairəmdə olmayıb. Amma bu gün xeyriyyəçi Füzuli Məmmədov haqqında yazdığını oxudum və qərara gəldim ki. Münasibətimi bildirim. Füzuli Məmmədovun liderliyi ilə 90-cı illərin əvvəllərində Bakıda "XXI əsr Azərbaycan" adlı partiyası fəaliyyət göstərib. Mən o zaman eyniadlı qəzetdə çalışırdım. Baş verənlərin şahidi olmuşam.

Hər ay yüzlərlə insan müxtəlif yardımlar almaqdan ötrü F.Məmmədov partiyasının qərargahına gələrdi. F.Məmmədov o zaman yüzlərlə tələbənin təhsil almasına, onlarla imkansız ailəyə maddi dəstək göstərib. 

F.Məmmədovun gənclik illərindən Rusiyada yaşamasına baxmayaraq qəlbi daim Azərbaycan üçün döyünüb. Onun həyata keçirdiyi saysız-hesabsız xeyriyyəçilik addımlarını çoxları yaxşı bilir. Bu gün hamı Füzuli Məmmədovu açıq ürəkli, xeyirxah insan kimi tanıyır. Onun qapısını döyən hər kəs heç vaxt əliboş geri qayıtmayıb. 
Azərbaycandan uzaqda yaşasa da F.Məmmədov üçün vətən, torpaq, millət və dövlət hər şeydən üstün olduğundan fəaliyyəti ilə yanaşı kapitalını da bu istiqamətə xərcləyir. 

F.Məmmədov hələ 90-cı illərdə, Azərbaycanın ən ağır vaxtlarında xalqın içində olub. Onun Azərbaycanın dünyada öz yerini möhkəmləndirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqeyi, diaspor quruculuğu, dünya azərbaycanlıları arasında həmrəylik və birliyin yaradılmasının vacibliyi ilə bağlı ideya və planları bu günün reallığının tələbiydi. 

O, 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” («Единство Азербайджана») adlı təşkilatın əsasını qoyub. Bu təşkilat Azərbaycanın Rusiyadakı diasporasının əsasını təşkil etdi və bu ölkədə azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı yarandı. 2005-ci ildə, “Beynəlxalq İctimai Birliklər İttifaqı”, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nu yaratmış, “Avropa Azərbaycanlıları Konqresi”nin birinci vitse-prezidenti seçilib.

F.Məmmədov tez-tez xarici mətbuatda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr yazır. İtaliyanın italianinsider.it saytında 2017-ci il iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 1967-ci il təvəllüdlü sakini Səbinə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva məsələsini gündəmə gətirib.

Yaratdığı "Frenk Fondu"nun missiyası yalnız xeyriyyəçilik aksiyalarını həyata keçirməkdən ibarət olub. Fondun qaçqın və məcburi köçkün düşərgələrinə yüz min manatlarla yardım göstərməsi, onların sosial və tibbi sahədəki problemlərinin həllinə maddi dəstəyi nəinki Azərbaycan, həmçinin xarici mətbuatda da işıqlandırılıb. F.Məmmədov böyük sisyasi intusiya və uzaqgörənliyə malik idi. O xaricdə Azərbaycanın güclü diasporasını yaratmaq, Rusiyada yaşayan yüz minlərlə soydaşımızı bir araya gətirmək istəyirdi. 

Onun bir arzusu vardı - müstəqil və güclü bir Azərbaycan qurmaq və dünyaya nüfuz etmək. Bu olduqca ağır və məlusiyyətli bir iş olsa da F.Məmmədov bütün gücünü səfərbər edərək, yükün altına girdi. Beləliklə "Frenk Fondu"nun təşkilatçılığı ilə Moskvada Rusiya, MDB məkanı və Baltikyanı respublikalarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının forumu kecirildi. Forumda 52 regionu təmsil edən Azərbaycan cəmiyyətlərinin nümayəndələri iştirak ediblər. "Prezident otel"ndə kecirilən forumda iştirakçılar Xalq Vətənpərlər İttifaqı - Azərbaycan XXI Əsr partiyasının təşəbbüsü ilə Ümumdünya Azərbaycan diasporunun qurultyının keçirilməsi ilə bağlı təşkilat komitəsinin yaradılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsnin həllinə dair qətnanmə qəbul edilib. Qətnamədə xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq ifadə edilib. Forumda ümummilli lider H.Əliyev yayda keciriləcək Ümumdünya Azərbaycanlılarının I qurultayının fəxri sədri secilib. 

Elə diaspora sahəsində 20 il öncə F.Məmmədovun irəli sürdüyü ideya və təkliflər, bu gün hökumət, xaricdəki bəzi diaspor təşkilatları sədrlərinin yadına düşüb.
F.Məmmədovun rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Mədəniyyət Fondu uzun illərdir maraqlı layihələrə imza atmışdır. Fondun dəstəyi ilə əlaçı tələbələr xüsusi mükafatlar almış, mədəniyyət xadimlərinə diqqət və qayğı göstərilmişdir. Bu, ölkəmizin tanınmış ziyalıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Bundan başqa F.Məmmədov, 2017-ci ilin, may ayında, Heydər Əliyevin doğum gününün 94-cü il dönümü münasibətilə, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin, fevralın 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlayıb. 2018-ci iin, yanvar ayında isə, kapitan Hikmət Məmmədov, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə, ümumilikdə bu günədək 15 Qarabağ qazisinə ev verilib.

F.Məmmədov təkcə Azərbaycan və azərbaycanlılara dayaq durmur. O dünyada haqqı pozulan, ürəyində Azərbaycan sevgisi olan hər kəsin yanındadır. Bu gün Azərbaycan cəmiyyətində F.Məmmədov milyonçu kimi deyil, daha çox xeyriyyəçi insan kimi yadda qalıb.

Dünyanın müxtəlif ölkələrində onlarla azərbaycanlı var ki, F.Məmmədovdan da artıq böyük kapitala sahibdirlər. Amma F.Məmmədov kimi böyük ürəyə - o ürəyə ki, xalqı, dövləti ilə çırpınır, ona sahib deyillər. 

Bu gün F.Məmmədovun missiyası, istəyi bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaqdır. Rusiya kimi təlatümlü bir dövlətdə yaşayan azərbaycanlıların birliyinə nail olubsa, bu böyük uğurdur...

E.Fətullayev kimi nadanlar nə qədər belə xeyriyyəçiyə çirkab atsalar da, yazsalar da, xalqın gözü tərəzidir, yaxşını pisdən ayırd edə bilir. F.Məmmədov tarixdə xeyriyyəçi, vətənpərvər kimi qalıb, satqın kimi yox. F.Məmmədov kimlərinsə sifarişini yerinə yetirmir, öz fikri, istəyi ilə hərəkət edir. 

E.Fətullyev sussa yaxşıdır... Axı onun F.Məmmədovun fəaliyyətini təhlil etməyə mənəvi haqqı yoxdur... Bir xeyriyyəçinin fəaliyyətini izləyən, görən, bilən jurnalistin sifarişlə haqqında mənfi fikirlər yazması, nadanlıq deməkdir... 
Füzuli Məmmədov tarixdə xeyriyyəçi, vətənpərvər kimi qalıb, satqın kimi yox...

Cavid

Nəşr olunub CƏMİYYƏT
Bazar, 02 İyun 2019 14:25

Оrdubаd buzхаnаlаrı

Оrdubаddа hələ çох qədim zаmаnlаrdаn buzхаnаlаr mövcud оlub. Оnlаr müхtəlif tаriхi zаmаnlаrdа özünəməхsus fоrmаdа və tələbаtа uyğun оlаrаq düzəldilib.

Hələ еrаmızdаn əvvəl Оrdubаddа mеyvə və tərəvəzi, хüsusilə də ət məhsullаrını sахlаmаq üçün buzхаnаlаr düzəldilib. Оnu dа qеyd еdək ki, əvvəllər bеlə sоyuducu yеrlər hər kəsin öz həyətində, gölün su tökülən hissəsində düzəldilib ki, оrаdа müхtəlif ərzаqlаr sərin sахlаnılsın. Аncаq bеlə yеrlər dаrısqаl оlduğundаn hər аilə yаlnız özü üçün ərzаq qоyа bilirdi. Buzхаnаnın üç bir tərəfini örtülü еdir, gölə tərəf - su оlаn divаrlаrа söykəyib, qаbаq tərəfdən bаlаcа bir bаğа qоyurdulаr ki, burаdаn dа əli uzаdаrаq ərzаq mаllаrını götürə bilirdilər.

Çеşmələr yаrаdıldıqdаn sоnrа isə yеrаltı hissələrdə kiçik оtаq şəklində buzхаnаlаr tikilməyə bаşlаndı və bеləliklə, bir nеçə аilənin məhsulunu burаyа tоplаyа bildilər.

Оrtа əsrlərdə isə mеyvəçiliyin inkişаfı ilə əlаqədаr оlаrаq dаhа böyük buzхаnа tikililərinə tələbаt yаrаnır. Bu buzxana tikililərindən biri günümüzədək qоrunub sахlаnılаn Ordubad şəhərinin mərkəzindəki buzхаnаdır. Bu buzхаnаyа çохlu miqdаrdа mеyvələr tоplаnılır, bir müddət burаdа sахlаndıqdаn sоnrа tədricən ətrаf şəhərlərə аpаrılırdı. Saxlanılan mеyvələrdən müхtəlif şirələr və mürəbbələr hаzırlаnırdı.

О vахtlаr bu buzхаnаlаr sаyəsində yеni bir pеşə - dоndurmаqаyırmа işi yаrаnır. Bu sənət оrtа əsrlərdən ХХ əsrin оrtаlаrınа qədər dаvаm еdir. Sоnrаlаr еlеktriklə çаlışаn sоyuduculаrın çıхmаsı bu sənətin yох оlmаsınа səbəb оlur. Əl ilə düzəldilən, təbii mеyvə şirələrindən hаzırlаnаn dоndurmаlаr оlduqcа dаdlı və kеyfiyyətli оlurdu. Bu işin də öz çətinlikləri çох idi. Bеlə ki, isti yаy vахtlаrı hündür dаğlаrdаn buz, qаr gətirilərək, sаmаnın, yахud аğаc qırıntılаrının, yоnqаrlаrın içərisində sахlаnılаrаq əriməkdən qоrunur, хüsusi çəlləklərə dоldurulаrаq içərisinə tut аğаcındаn düzəldilmiş vеdrə sаlınır, оnun içərisində də еv yumurtаsının sаrısı və süd qаrışdırılırdı. Sоnrа isə mеyvə şirəsi əlаvə оlunur və dоndurulаrаq dоndurmа əmələ gətirilirdi. Bеlə dоndurmаlаrı isə хüsusi mеmаrlıq üsulu ilə tikilən yеrlərdə, yеrin bir qədər аltındа, yахud birinci mərtəbədə sахlаyırdılаr. Bu cür buzхаnаlаrın divаrlаrı çох qаlın, təqribən bir, hündürlüyü isə аz, yəni iki mеtr оlurdu. Bunu dа оnа görə еdirdilər ki, yаyın istisi çох təsir еtməsin, buzхаnа sərin qаlsın ki, burаdа sахlаnılаn buzlаr tеz əriyib sırаdаn çıхmаsın. Qışdа isə bеlə yеrlərdə şirnilər, qənnаdı məmulаtlаrı hаzırlаyırdılаr.
Nəşr olunub CƏMİYYƏT
Putin Rusiyada aeroporta Fərman Salmanovun adını verdi
 
Rusiya prezidenti Vladimir Putin Rusiya aeroportlarına vətən qarşısında xüsusi xidmətlərinə görə fərqlənmiş şəxslərin adını verib.
 
boyukmillet.com xəbər verir ki, müvafiq sənəd prezidentin rəsmi portalında dərc edilib. 
 
 
Surqut şəhər Beynəlxalq Aeroportuna isə tanınmış neftçi, Qərbi Sibir neftinin ixtiraçısı, "Qlavtumengeologiya”nın əfsanəvi rəhbəri Fərman Salmanovun adı verilib.
 
Moksvanın Vnukova aeroportuna təyyarə dizayneri Andrey Tupolevin, Domodedovo aeroportuna alim Mixail Lomonosovun, Şeremetyevo aeroportuna isə şair Aleksandr Puşkinin adı verilib. 
 
Xatırladaq ki, Fərman Salmanovun birbaşa iştirakı ilə Qərbi Sibirdə, o cümlədən, Urenqoysk və Yamburqsk yataqları daxil olmaqla, böyük neft yataqları tapılıb. 
Nəşr olunub CƏMİYYƏT

“Qərb demokratiya, insan haqları məsələsində riyakarlaşıb”

Son vaxtlar tez-tez anti-Azərbaycan şəbəkələrindən danışılır. Onların daha da aktivləşdiyi müşahidə edilir. Bakıda keçirilən Avroliqa finalı ərəfəsində də Qərb mediasında qərəzli kampaniya başladıldı. “Azəri Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə Azərbaycan əleyhinə aparılan kampaniyalar, Mxitariyan “oyunu”, Ramil Səfərov və digər məsələlər barədə söhbətləşdik.

- Tənzilə xanım, bizim siyasətçilər tez-tez anti-Azərbaycan, anti-milli qüvvələr ifadəsini işlədirlər. Kimlər nəzərdə tutulur, onlar kimlərə bağlıdır?

- Bu qruplar çox zaman Qərbdəki müxtəlif fondlara bağlı olur. Belə fondların arxasında əksər hallarda erməniləri dəstəkləyən, onlara rəğbəti olan güclər dayanır. Onlar Azərbaycan əleyhinə konfranslar təşkil edəndə, ermənilərlə birgə xalqımıza, dövlətimizə qarşı iş görəndə antimilli olurlar. Çünki düşmən “dəyirmanına su tökür”lər. Bu dəstələr həm Azərbaycanın daxilində, həm də onun kənarında fəaliyyətdədirlər. Onlar qrup şəklində, eləcə də ayrı-ayrı fərdlər olaraq anti-Azərbaycan fondlarla əməkdaşlıq edirlər. Bu fondlar isə bir mərkəzdən idarə olunur. Bura separatçı qüvvələri də aid edərdim. Onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyən, dövlətimizi sevməyən dairələrin maraqlarına uyğun fəaliyyət göstərirlər. Ermənistan başda olmaqla, İran, Rusiyada da müəyyən qruplar əleyhimizə iş aparır.

- Məqsəd nədir ki?

- İlk növbədə müstəqil bir dövlətdə sabitlik, əmin-amanlıq olmasın, daim gərginlik yaşansın, ölkə qarışsın, sakitliyimiz pozulsun. Bizi parçalamaq, qarşıdurmalar yaratmaq arzusu ilə yaşayanlar var. Belələri istəmirlər ki, Qarabağın işğalı ilə bağlı haqq səsimiz duyulsun. Azərbaycandakı bəziləri isə maliyyə maraqları naminə ölkəyə qarşı kampaniyalara qoşulurlar. Bir qisminin siyasi maraqları var, yəni bütün bunlar qruplararası savaşların nəticələridir. İçəridəkilər və çöldəkilər qaranlıq yerlərə bağlı adamlardır.

- Sizcə, bu kampaniyalar doğurdan da Azərbaycanı gözdən salıbmı?

- Azərbaycanın imicinə ləkə vuran müəyyən nüanslar olub. Amma bütövlükdə arzularına çatmayıblar. Burada niyyət odur ki, dövlətçiliyimizə təhlükə yaransın, ermənilərin fəallaşmasına xidmət edilsin. Yaxşı ki, çirkin planlarına nail olmayıblar. Hesab edirəm ki, milləti sevən qüvvələr var, o qruplara qarşı iş görürlər. Sadəcə, maarifləndirici işlər daha çox aparmalıdır, milli proqram olmalıdır, ictimai rəyə təsir edən qüvvələr real addımlar atmalıdırlar. Çünki son bir ildə həmin dairələr gözəçarpacaq qədər fəallaşıb, sistemli işləyir. Əvvəlki illərlə müqayisədə indi daha aktiv görünür, kampaniyaları genişləndiriblər.

Elə sonuncu final oyunu ərəfəsində nə qədər ajiotaj, iftira, böhtanlar oldu. Azərbaycana qarşı ləkələmə kampaniyası oldu və o kosmopolit adamlar səslərini çıxarmadılar. Ümumiyyətlə, həmin fondlar, mərkəzlər Azərbaycanda beynəlxalq layihələrin reallaşmasını istəmirlər. Ölkəmizin adının belə layihələrlə qoşa çəkilməsini arzulamırlar. Bu qruplar torpağa, dövlətə düşməndirlər. Onların bir qolu Ermənistanda “Talışıstan” qışqıranlar, erməni qadınını talış xanımı kimi təqdim edib efirə çıxaranlardır. Yəni anti-Azərbaycan qüvvələrdən danışırıqsa, bunlar da zəncirin halqalarıdır. Biri qara propaqanda aparır, biri talış xalqını təhqir edir, bir hissəsi Avropaya yerləşib, oradan əleyhimizə yazır, çağırışlar edir ki, Azərbaycana getməyin, bu ölkə təhlükəlidir.

- Final demişkən, oyuna qədər ingilis mediası niyə bizə düşmən kəsildi, yalanlar yazdı, Mxitariyan söhbəti süni şişirdildi?

-  Bayaq qeyd etdiyim ssenaridir, Qərbdə müəyyən fondlar bizə yönəlik qara piar aparırlar. Məqsəd sırf gözdən salmaq idi. Bu da düşmən xislətidir. Təəssüf ki, içimizdən olanlar, küsüb gedənlər də bu kampaniyada var idi, propoqandaya qoşulmuşdular.  Küsmək də olar, getmək də... Amma insan vətənində keçirilən, Azərbaycanın imicinə müsbət dividentlər qazandıran layihələri dəstəkləməlidir. Buna qarşı getmək öz ölkəsinə vətən xainliyidir. Hansı gürcü bunu öz ölkəsinə qarşı edər? Tiflisdə də final oyunu olub. Gürcüstan bizdən bir sıra sahələrdə geridədir, bəzi asılılıqları var. Amma Qərb mediası və Avropadakı dairələr Gürcüstana qarşı eyni ləkələmə kampaniyasını aparmamışdılar. Bilirsiniz, Qərb demokratiya, insan haqları məsələsində riyakarlaşıb. Avropanın gözəl dəyərləri var - media azadlığı, fikir plüralizmi, insan hüquq və azadlıqları, sərbəst toplaşma azadlığı və s. Gəlin baxaq, Avropa bu dəyərlərdə necə “ikili standartlar”a yol verir, prinsiplərinə qarşı gedir.

“Onlardan fərqli olaraq, Ramil millətinə dil uzadanın dərsini verib”

Xocalı insan haqqı deyil? Erməni işğalı zamanı ölən əliyalın vətəndaşlarımızın haqqı insan haqqı deyil? Onlar ermənilərin haqsız olduğunu bildiyi halda dilə gətirmirlər. Əvvəllər Qərb ədalətin yanında dayanırdı, bu gün o yüksək dəyərlərdən imtina edib. Azərbaycan da haqlı olaraq Avropanın qeyri-səmimiliyinə inanmır.  Bax, bizə qarşı bu gün qərəzli, iftira dolu kampaniya aparan həmin mənbələrdir. Lakin xalqımız bunu görür, onların nə demək istədiyini gözəl anlayır. Anti-Azərbaycan qüvvələr deyiləndə sadaladığımız məqamlar nəzərdə tutulur.

- Bu günlərdə Ramil Səfərovla da bağlı bir polemika oldu. Sizin bu məsələdə mövqeyiniz nədir?

- Məlumdur ki, bunu deyənlər kimdir, niyə belə edirlər. Onların dediyi kaş elə öz xəyanətkar şəbəkəsinin müzakirəsi çərçivəsində məhdudlaşaydı, gərək reaksiya verilməzdi. Çünki Ramil Səfərov doğru nədirsə, onu edib. Onların etdiyi xəyanətdən fərqli olaraq, millətinə dil uzadan, bayrağına, qadınına, torpağına təhqir yağdıran bir şərəfsizin dərsini verib. Necə olur ki, Xocalıda başı kəsilən körpəyə qarşı terroru dilə gətirmirlər, Marqaryandan danışırlar. Bunu deyənlər öz mahiyyətini ortaya açıq qoyub. Gəlin, bu adamlara fikir verməyək. Çünki dünyadakı bütün erməni diasporu kampaniya apardı, Ramil Səfərovun edamı üçün çalışdı. Amma haqq öz yerini tapdı. Çox heyf ki, bu millətin içində yaşaya-yaşaya bu millətə qarşı çıxanlar var, içimiz doludur xəyanətkarlarla...

Bütün bunları kosmopolit düşüncə yaradır. Dünyanı özünə vətən sayanlar milli nə varsa ona qarşı çıxırlar. Gəlin bir az da milli olun, təəssüb hissiniz olsun. Nədir bu sözə qıcığınız? O adamlar heç vaxt görməzlər ki, amerikalılar ABŞ bayrağına həqarət eləsin. Mən təyyarə ilə səfər edəndə gördüm ki, hamısının sinəsində Amerika bayrağı var. Bizdə isə bayrağımıza həqarət edən erməninin cavabı verilib, cavab verən oğulu aşağılayırlar. Kaş Avropadakı milliyətçilik bunlarda da olaydı...

Ümumiyyətlə, siyasi partiyalar anti-Azərbaycan şəbəkələrə qarşı bir araya gəlməlidir, mövqelərini bildirməlidir. Siyasi partiyaların işi təkcə siyasi rəqabət aparmaq deyil, milli məsələlərdə birlik nümayiş etdirilməlidir. Çünki söhbət dövlətçiliyə qarşı fəaliyyətdən gedir.

Nəşr olunub CƏMİYYƏT

“Qəbələ” Futbol klubunun sabiq prezidenti, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərov hələ də xaricdədir. 

Mətbuat yazır ki, Tale Heydərov hazırda xaricdə yaşadığı üçün Azərbaycana gəlmir və guya o atasından küsüb. Hətta atasından küsdüyü üçün “Qəbələ” idman klubunun prezidenti vəzifəsindən istefa verib. Məlumatla  bağlı unikal.org-a açıqlama verən babası, millət vəkili Fəttah Heydərov isə bildirib ki, Tale Heydərov xaricdəki biznesi ilə bağlı ölkədə deyil.

Tale Heydərovun atası Kəmaləddin Heydərovdan küsməsi və bu səbəbdən də  “Qəbələ”nin prezidenti postundan istefa verməsi xəbərinin özləri tərəfindən planlaşdırılmış məlumat olduğu bildirilir.

T.Heydərovun Bakıda yaşamadığını və ümumiyyətlə, ölkədən kənarda qalması təhlükəsizliklə bağlıdır. Üstəlik Heydərovların xaricidəki biznesinə nəzarət Talehin nəzarəti altındadır. Xəbərə görə, Tale Heydərov Avropada konkret bizneslə məşğuldur və Azərbaycana qayıtmaq niyyətində deyil.

Atası Kəmaləddin Heydərovdan küsməsi xəbəri isə planlaşdırılmış şəkildə özləri tərəfindən yayılan xəbərlərdir. Bu xəbərlə ata Heydərov öz övladlarının gələcəkdə yarana biləcək problemlərdən sığortalayır. Hətta Kəmaləddin Heydərov sabah nazir postundan uzaqlaşdırılsa belə, Tale Heydərovun əlindəki biznes atanın deyil, məhz Tale Heydərovun olduğu isbatlanacaq. Sabah Tale Heydərov çıxıb deyəcək ki, mən atamla 5 ildir küsülüyəm və bu biznesi özüm qazanmışam. Atamdan qalan “Qəbələ”dən də imtina etmişəm. Bax beləcə özünü və gələcəyini sığortalamış olacaq. Bizimxeber

Nəşr olunub CƏMİYYƏT

Eynulla Fətullayevin Füzuli Məmmədov haqda yazdığı yazını oxudum. Füzuli Məmmədovu bəzən mən də tənqid etmişəm. Amma onun xeyriyyəçi fəaliyyətini daim təqdir etmək şərti ilə. Yazı tənqid yüklü olsaydı, heç reaksiya verməzdim. Amma Eynulla  bu yazını da öz ənənəvi üslubuna uyğun şəkildə yazıb. Frenk adına ilişib deyir ki, belə ad mafiozlarda olur. Sonra Füzuli Məmmədovu narkotik satan deyir. Əlində heç bir sübut, dəlil olmadan tanınmış bir iş adamına böhtan atır. Hətta Füzulinin doğulduğu Ordubad rayonunun adına da ironik yanaşmağı unutmayıb. Adamın əlində qələm olanda, başqasını təhqir etməz.  Eynullanın yaradıcılığında ənənəvi hal alan şər, böhtan ritorikası təsadüfi sayıla bilməz. Amma görünür  sifariş elə yerdən gəlib ki, Eynulla  başını pambığa soxan, lakin... durumda qalıb. Mafiozu bəyənməyən adam, görəsən kriminal avtoritetlərlə poz verib çəkdirdiyi şəkilləri nə tez unudub? Narkotik satmağı Füzuli Məmmədovun bir neçə il əvvəl Moskvada həbs edildiyi maddəyə görə deyirsə, iş adamı həmin maddələrlə çoxdan  bəraət alıb. Yaxşı olar ki, Eynulla qələm qanqsterliyini kənara qoyub öz jurnalist peşəsi ilə məşğul olsun. Böhtan atdığın Füzuli Məmmədov  "qanqsterdisə" , onda sən də qələminlə sifariş icra edən killersən...

Samir Adıgözəlli

Nəşr olunub CƏMİYYƏT

Reytinq