Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 03 İyun 2019

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları və QHT ekspertləri iştirak edib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev Şura ilə Milli Məclis arasında 2014-cü ildə imzalanan Memoranduma uyğun olaraq “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsinin təşkil olunduğunu bildirib.

Milli Məclisin komitə sədri Əli Hüseynli qanun layihəsi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən QHT ekspertləri qanun layihəsi ilə bağlı fikirlərini bildirib, həmçinin rəy və təkliflərini səsləndiriblər.

Tədbirdə qaldırılan məsələlərə Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid aydınlıq gətirib.

Müzakirələrin davam etdirilməsi ilə bağlı tədbirdə ümumi razılıq əldə olunub.

    

Nəşr olunub CƏMİYYƏT
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdiri yataqxanada yaşayan alimlər üçün tikilən binada evləri mənimsəməsi  ilə bağlı bir qrup alim birgə bəyanatla çıxış ediblər. 
 
Onlar akademiya rəhbərliyinin onlar üçün tikilmiş mənzilləri necə ələ keçirməsi haqda faktlar açıqlanıb. Bu faktları açıqlamazdan əvvəl alimlər neçə illərdir ki, ümidlə acınacaqlı şəraitdə yaşadıqlarını bildiriblər.
 
"Müraciəti Sizə ünvanlayan vaxtilə böyük arzularla AMEA-ya gənc mütəxəssis kimi gələn, 20 ildən artıqdır ki, 18 kv.m sahədən ibarət yataqxana otaqlarında yaşayan, yaşı 50-ni keçmiş, AMEA rəhbərliyinin qərarı ilə işsiz və evsiz qalan və hüquqları AMEA rəhbərliyi tərəfindən pozulan aspirantlar yataqxanasının əlacsız sakinləridir”, – müraciət belə başlayır.
 
Alimlərin verdiyi məlumata görə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 (beş) ədəd 1 (bir) bloklu 16 mərtəbəli bina tikilmişdir. Ancaq bölgü ədalətsiz şəkildə aparıldığından ehtiyacı olan alimlər binadan mənzil ala bilməyblər:
 
"Yataqxanada yaşayan 118 sakinin imzası ilə baş tutan layihə başa çatdıqdan sonra AMEA rəhbərliyinin başçılığı ilə aparılan ədalətsiz ev bölgüsü zamanı 50-dən çox ailə evsiz qalmaq təhlükəsi ilə üzləşmişdir.
 
Mənzillərin bölünməsi ilə bağlı Akif Əlizadənin rəhbərlik etdiyi qurumda yaradılmış Mənzil bölgü komissiyası heç bir qanuni əsas olmadan və ədalətsiz bölgü apararaq 50-dən artıq ailəyə mənzil verməməklə, həmin ailələrin haqlı narazılığına səbəb olmuşdur”.
 
Alimlər bununla bağlı bir çox dövlət qurumlarında dəfələrlə qəbullarda olsalar da, heç bir nəticə əldə edə bilməmişlər: "Əksinə, qəbullara getdikcə AMEA rəhbərliyi, yəni Akif Əlizadə və onun ətrafında cəmlənmiş şəxslər bizə olan qərəzli mövqeni daha da möhkəmlədərək, KİV-də həyasızcasına yalanlardan ibarət açıqlama verməklə, guya bizim sui-istifadəçi olmağımızı, bəzi sakinlərin AMEA-da işləməməsini əsas gətirib hər vəchlə özlərini haqlı çıxarmağa çalışırlar. Qeyd etmək yerinə düşər ki, mənzil almamış ailələrin bir qismi 2014-cü ildə ixtisar adı altında işdən çıxarılmış və həmin şəxslərin məhkəmələrə və yuxarı dövlət orqanlarına şikayət etmələrinin qarşısını almaq üçün onlara sakit dayanmaları və ixtisar olunaraq işdən çıxarılmalarının tikiləcək binalarda mənzillərin verilməsi ilə heç bir əlaqəsinin olmayacağı bildirilmişdir. Bu səbəbdən ixtisar adı altında işdən kənarlaşdırılmış şəxslər AMEA rəhbərliyinə inanaraq vaxtında heç yerə bununla bağlı müaciət etməmişlər. 
 
Görünən odur ki, AMEA rəhbəri Akif Əlizadə və onun əlaltıları bundan məharətlə istifadə edib, guya yataqxanada yaşayan və mənzil verilməmiş sakinlərin AMEA-da işləmədikləri üçün mənzilsiz qaldıqlarını hər addım başı gözə soxmaqla, artıq qalan mənzillərin özləri tərəfindən mənimsənilməsinə şərait yaratmaq üçün utanmadan əllərindən gələni edirlər. Lakin başa düşmürlər və ya başa düşmək istəmirlər ki, xeyli sayda insanların hüquqlarını pozub, onlara qanunsuz olaraq mənzil verməməklə, həmin insanları dövlətdən narazı salmaqla məşğul olurlar”.
 
Alimlər qeyd ediblər ki, dəfələrlə AMEA-nın inzibati binasının qarşısında toplaşaraq rəhbərlik tərəfindən qəbul edilmələrini tələb etsələr də, Akif Əlizadə vəzifəsinə güvənərək onları qəbul etməkdən qəti şəkildə imtina etmişdir: "Onun ətrafında olan şəxslər isə Akif Əlizadəni ilahi qüvvə kimi təqdim etməklə yanaşı "kimə istəyirsiniz şikayət edin, onsuz da sonunda hər şey Akif müəllimin istədiyi kimi olacaqdır”, "sizə düşən mənzillər şikayət etdiyiniz orqanlardadır, gedin mənzilinizi şikayət etdiyiniz orqanlardan tələb edin” və s. deməklə bizlərdən yataqxana otaqlarını boşaltmağı tələb etmişlər. Hətta bununla kifayətlənməyərək, binada olan mənzillərin qapılarını sahiblərinin xəbəri olmadan sındırıb, qıfılını dəyişərək həmin sakinləri təhdid altında saxlamaqdan belə çəkinməmişlər. Akif Əlizadə başda olmaqla, onun ətrafındakı AMEA rəhbərliyində təmsil olunan şəxslər Şərifzadə 12 ünvanında yaşayan sakinlərin narazılıq və etirazlarına əhəmiyyət verməyərək, Azərbaycan vətəndaşı olaraq bizim bütün hüquqlarımızı tapdalamaqla bizə qarşı insani münasibət göstərməmişlər. 
 
Öz məsuliyyətini başa düşməyən və bizləri təhqir etməkdən belə çəkinməyən AMEA rəhbərliyinin nümayəndəsi Sərdar Əliyev isə bizə "xoşunuz gəlmir, hara istəyirsiniz gedə bilərsiniz” deməkdən belə çəkinmir. Akif Əlizadə özünü sadə vətəndaşlardan üstün tutaraq bizim qanunla tənzimlənən elementar hüquqlarımızı pozur və öz maraqları naminə bizə haqqımız olan mənzilləri verməkdən imtina edir…”
 
Müraciəti imzalayan alimlərin sözlərinə görə, Akif Əlizadənin "gözünü o qədər qan örtüb ki”, A.Qarayev adına Fizologiya İnstitutunun qarşısında quraşdırılmış Akademik Zərifə Əliyevanın barelyefini "analoqu olmayan” təmtəraqla həbsdə saxlayır…
 
Daha sonra alimlər Akif Əlizadə və ətrafının mənzilləri kimlərin adına ələ keçirdikləri haqda konkret faktlar ortaya qoyurlar: "Akif Əlizad 85 yaşını qeyd etməsinə baxmayaraq, tamah onun gözünü o qədər örtüb ki, bizə çatası evləri öz əlaltıları ilə birlikdə mənimsəmişlər… Bütün bunlar ərizəyə əlavə olunmuş sənədlərlə bir daha təsdiq olunur.
 
Belə ki, AMEA-nın vəzifəli şəxsləri tərəfindən Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə: 72;73) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3m2) və 242 saylı 2 otaqlı (63,4m2) mənzillər;
 
– Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə: 74;75) Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3m2) və 248 saylı 2 otaqlı (63,4m2) mənzillər;
 
AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3m2) mənzil;
 
AMEA-nın İşlər müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı (178,3m2) mənzil;
 
Əziz həmvətənlər! Bu sadalananlar korrupsiya faktı deyilsə, bəs nədir? Bütün bunlar bəs edir ki, AMEA-nın rəhbər vəzifəli şəxsləri barəsində CM-nin 179, 308, 309, 311, 313 və digər maddələri ilə cinayət işi başladılsın və onlar məsuliyyətə cəlb olunsunlar.
 
Həmin evləri əldə etmiş şəxslər xalqımıza öz maliyyə vəsaitləri barədə hesabat versinlər və sübut etsinlər ki, həmin mənzilləri halal yolla əldə ediblər, o zaman biz sakinlər öz mənzil tələbimizdən imtina edər və yataqxana otaqlarını da onlara bağışlayarıq. Məşhur atalar sözümüzdə deyildiyi kimi: "Bu meydan, bu da şeytan”.
 
Müraciətdə həmçinin AMEA mənzil komissiyasının qərarı ilə Yasaml rayonu, Şərifzadə küç-12, "Aspirantlar yataqxanası”nda yaşamayan, qeyri-qanuni yolla  mənzil almış AMEA əməkdaşlarının siyahısı da verilib. Həmin siyahı belədir:
 
"Həmidov Habil Ağanemət oğlu – Fəlsəfə İnstitutu;
 
Əsgərli Əlizadə Bayram oğlu – Ədəbiyyat İnstitutu;
 
Həsənov Sənan Səməndər oğlu – Fəlsəfə İnstitutu;
 
Qarayev Sadiq Qurban oğlu – Mərkəzi Nəbatat Bağı;
 
Məmmədov Faiq Məmmədağa oğlu – Kataliz və Qeyri-üz. Kimya;
 
Qədimova Zenfira Məhəmməd qızı – Fiziologiya İnstitutu;
 
Babyi Rəna Mirzəli qızı – Aşqarlar Kimyası İnstitutu;
 
Binnətova Güntəkin Komnar qızı – Dilçilik İnstitutu;
 
Məmmədov Şahlar Xudakişi oğlu – Dilçilik İnstitutu;
 
Əliyeva İradə Hacıəli qızı – Tarix İnstitutu;
 
Qafarov Vidadi Kamil oğlu – Memarlıq və İncəsənət İnst;
 
Qarayeva Günay Ağaməhəmməd q. – Ədəbiyyat İnstitutu;
 
Heydərov Rasim Arif oğlu – Dilçilik İnstitutu;
 
Bagırov Hasil Cəmil oğlu – Torpaqşünaslıq və Aqrokimya;
 
Kazımov Bünyad Zinhar oğlu – Neft və Qaz İnstitutu;
 
Mahmudov Hökmən Mövcət oğlu – Radiasiya Problemləri İnstitutu;
 
Qasımov Yaşar Əliqulu oğlu – Ədəbiyyat İnstitutu”.
 
Müraciətdəki iddialarla bağlı AMEA rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Nəşr olunub CƏMİYYƏT

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə, iyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar. Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələriƏlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır.

Oxumağa dəyər:   Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Əziz bacı və qardaşlarım!

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!”

Nəşr olunub RƏSMİ XRONİKA

 

Image result for mirkazim seyidov

Mirkazım SEYİDOV: "Xaricdə Azərbaycanın imicini qoruyan, təəssübünü çəkən, beynəlxalq əlaqələrinin yaxşılaşdırılmasına xidmət edən yaxşı insanlar əleyhinə belə bir şəxsin başlatdığı qara piar, dövlətə xəyanət, qatı cinayətdir"

Tanınmış ictimai-siyasi xadim, Rusiyadakı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, Federasiyanın Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist Mirkazım Seyidov, haqqın.az saytının rəhbəri Eynulla Fətullayevdən, Azərbaycan Prezidenti İlham Əliyevə şikayət xarakterli müraciət ünvanlayıb. Müraciətinin surətlərini Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, respublika prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi -- şöbə müdiri Əli Həsənova,

edinstvo loqo

 

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə də göndərən şikayətçi, öncə qeyd edib ki, bu iki qonşu dövlətin ictimai-siyasi həyatlarına yaxından bələd olan bir şəxs kimi, soydaşlarımızın həmin ölkədəki diaspor təşkilatlarının dövlətimizin xarici siyasətinin əsas meyarı və lokomativi olması üçün, əlindən gələni heç vaxt əsirgəməyib -- istər Azərbaycan, istərsə də Rusiya vətəndaşı olaraq, burada yaşayıb, müxtəlif sahələrdə fəaliyyət göstərən həmvətənlərimizin diaspor quruculuğunun inkişafı naminə yorulmadan çalışıb. Şikayət müəllifi onu da xüsusi vurğulayıb ki, dövlət siyasətində prioritet yer tutan, strateji cəhətdən xüsusi əhəmiyyətə malik diasporçuluqda nailiyyətlərin qazanılmasında zəhmətinin böyüklüyü danılmaz olduğundan, Azərbaycan prezidentinin sərəncamlarıyla dövlət mükafatlarına da layiq görülüb, Lakin bütün bunlara baxmayaraq, xalqımıza düşmən kəsilən bədniyyət qüvvələr, paytaxt Bakıda fəaliyyət göstərən informasiya vasitələrinin əqidəsiz və məsləksiz rəhbərlərinin əliylə, ona qarşı iyrənc təbliğata start verərək, haqqında böhtan və yalanlar dolu yazıları Rusiya mətbuatına ötürürlər: "Bu qanqaraldıcı xəbərlər məni daha çox narahat edir. Ona görə ki, llər öncə belə xösagəlməz kampaniyaları, mənə və rəhbəri olduğum təşkilata qarşı, ermənilər də həyata keçirir, üstəlik, nə yolla olursa-olsun məndən qisas almağa çalışırdılar. Onda erməni qəddarlığının bariz sübutu olan belə xoşagəlməz əməllərdən birinin nəticəsi mənim üçün daha dəhşətli olmuşdu -- səhhətimdə ciddi problemlər yaranmış, hətta Novosibirsk şəhər xəstəxanasında ürəyimdən ağır cərrahiyyə əməliyyatı keçirmiş, uzun zaman sağlamlğımın bərpası ilə məşğul olmaq məcburiyyətində qalmışdım. 
O vaxtlar ermənilərin mənə qarşı mənəvi və fiziki cəhətdən belə amansız təxribatları 3 dəfə olmuşdu. Sonuncu təxribat isə, həmin cərrahiyyə əməliyyatını keçirməyimlə nəticələnmişdi. Mənə qarşı amansız erməni təxribatının başlıca səbəbi ondan ibarət idi ki, keçirdiyim bütün tədbirlərdə onların iç üzlərini açıb, ortaya qoyur, Qarabağ həqiqətlərini çoxmillətli Novosibirsk vilayətinə çatdırırdım. Mənim redaktorluğumla çapdan çıxan bütün qəzet və jurnallarda, eləcə də yazdığım bütün kitablarda erməni vandalizmini başlıca mövzu kimi daha çox qabardırdım. O vaxtlar qələmə alıb, Rusiyada rus və Azərbaycan dillərində nəşr etdirdiyim "Erməni vandalizmi" əsərim isə, onlara "od qoymuşdu". Keçirdiyim tədbirlərdə həmin kitabın təqdimatını təşkil etməyim ermənilərin iyrənc əməl sahibi, qəddar xalq olduğunu bu böyük vilayətin əhalisinə çatdırırdı. Elə, agır bədən xəsarəti almağımın "səbəbkarı" da bu əsərim idi və uzun zaman sağlamlığımın bərpası mümkün olmadı.
Məni yandıran odur ki, "Erməni vandalizmi" əsərimə görə, məni indi də Azərbaycan mətbuatında tənqid edib, bu materialları Rusiya mətbuatına ötürənlər var. Belə yazılar bu yaxınlarda, haqqın.az adlı bir saytda dərc edilib. Həmin saytda və onun dəstəkçisi olan digər xəbər portallarında haqqımda yazılan başqa iftira, böhtan və yalanlar məni heç narahat etmir də. Məni narahat edən yalnız odur ki, bu əsərimdə erməniləri separatçı adlandırmağım səbəbindən, haqqın.az saytı məni bu yazısında "sərt tənqid edib, bərk vurur". Guya ki, mən, bu əsərimlə beynəlxalq normaları, qayda-qanunları tapdalamış, millətlər arasında ədavət və düşmənçilik toxumu səpmişəm.
Rusiyanın təkcə Novosibirsk vilayətində deyil, ayrı-ayrı bölgələrində yaşayıb, fəaliyyət göstərən çoxsaylı diaspor fəallarımız da, haqqın.az-da haqqımda yazılan bu məsuliyyətsiz fikirlərə ciddi reaksiya veriblər. Çünki haqqın.az-ın rəhbərliyi, ümumi mənada, anti-azərbaycan bir addım ataraq, öz xalqına qarşı xəyanət törədib. Belə çıxır ki, bu günün özündə də, Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən "azərbaycanlıların” yaratdıqları "təşkilatlar” var. Onlar dövlətimizə qarşı olan düşmən qüvvələr tərəfindən maliyyələşərək, hər vəchlə xalqımızın, dövlətimizin və mövcud hakimiyyətin mənafeyi naminə çalışan soydaşlarımızın əleyhinə cürbəcür iftiralar yağdırırlar. 
Məlum yazıdan sonra, apardığımız araşdırmalar da bunu təsdiq etdi. Təəssüflə qeyd etmək istərdim ki, adı çəkilən xəbər saytının rəhbəri Eynulla Fətullayevin də, belə anti-azərbaycan mövqeli qüvvələrə xidmət etdiyi ortaya çıxdı. Onun Rusiyada fəaliyyət göstərən şantajçı dairələrin doğma Vətənimizdə ruporuna çevrilməsini anlamaq elə də çətin deyil. Dəqiq analizlə bunu tam surətdə də təsdiq etmək olur ki, Fətullayev və əlindəki media orqanları şantaj ruporu rolunda çıxış edir, mənim kimi, yüzlərlə həmyerlimizə qarşı da nifrət püskürür. İndi bizi daha çox o təəssüfləndirir ki, etdiyi olduqca pis əməlləri ucbatından bir vaxtlar uzunmüddətli həbslərdə yatmış belə bir insana, pis əməllərini davam etdirməsi üçün, bu gün də geniş fəaliyyət göstərməyə imkan verilir.". 

EB405F0C 4353 42A0 9C60 1843CE9BCDDD

Şikayətçi müraciətində onu da xatırladır ki, hələ Rusiyadakı diaspor siyasətimizlə bağlı yaranmış acınacaqlı durum zamanı, yəni burada yaşayan azərbaycanlıların yaratdıqları təşkilatlar qəbilə formasında, ayrı-ayrılıqda fəaliyyət göstərərkən, onlar arasındakı əlaqəsizlik və narazılıqlardan yerli separatçı qüvvələr böyük məharətlə istifadə edərkən, 
o, milli mənafe naminə hər cür təhlükəyə getməkdən belə çəkinməyib: "Heç də uzaq olmayan diaspor tariximizə nəzər saldıqda da, aydın görmək olur ki, milli ədavətlər məkanı olmuş gərgin durumlu çoxmillətli Novosibirsk vilayətində yaşayan azərbaycanlıların yaratdıqları qurumların yenidən təşkilatlanmasına çalışanların önündə gedənlərdən biri olmuşam. Şəxsi iddialar dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə birləşməyə imkan vermədiyi həmin gərgin vaxtlarda Ulu Öndərin bu yöndə yürütdüyü vahid siyasəti özümə və ətrafımdakı soydaşlarıma prioritet seçərək, toparlanmağı, təcrübələrimizdən yararlanaraq, formalaşmağı bacarmış, yenicə müstəqilliyini əldə etmiş dövlətimizin vahid milli konsepsiyasına, ölkə rəhbərimizin yürütdüyü siyasətə, qanunlara xidmət etmişik. Nəticədə, Rusiyanın bu böyük regionunda mərkəzləşmiş ən nüfuzlu diaspor təşkilatını yarada bilmişik. 
Çox çəkməyib ki, Novosibirskdəki diaspor qurumlarımız yəhudilərin, ermənilərin, almanların, tatarların və ukraynalıların öndə gedən çox güclü diaspor təşkilatları ilə ayaqlaşa biliblər. Sonda, vilayətin mərkəzi hakimiyyəti belə, ən öndə gedən diaspor qurumlarından biri kimi, bizim təşkilatlarla da hesablaşmaq məcburiyyətində qalıblar. 
Onu da deyim ki, o gərgin dönəmlərdən başlayaraq, indiyədək, yaşayıb, fəaliyyət göstərdiyim bu böyük regionda, doğma Vətən və xalqımızın mənafeyi naminə yaddaqalan çoxsaylı tədbirlər keçirmişəm. Bu yaxınlarda Novosibirskdə yenə belə bir tədbir -- “Dostluq Körpüsü: Rusiya, Türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları” mövzusunda regionlararası Forum kecirdim. Keçirdiyim bu möhtəşəm tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, həm mənim çoxdan rəhbərlik etdiyim və bu vilayətdə nüfuzu danılmaz olan Türkdilli və Slavyandilli Xalqlar Arasında "Sodrujestvo" Əməkdaşlıq Fondunun, həm Rusiya Yazıçılar Birliyinin Novosibirsk Regional Bölməsinin, həm də bu və ətraf regionlardakı Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə baş tutdu.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr etdiyimiz bu Forumda Azərbaycan Respublikası Milli Məclisinin, Diasporlarla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Rusiyadakı səfirliyinin, eləcə də Rusiya Parlamentinin Yuxarı Palatasının, Federasiya Şurasının və Novosibirsk şəhər Meriyasının nümayəndələri, bu ölkənin 30-a yaxın bölgəsindəki diaspor təşkilatlarımızın rəhbərləri, tanınmış ictimai-siyasi fəallar, elm və incəsənət xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələrinin əməkdaşları iştirak etdilər. 
Üç gün davam edən bu Forum çərçivəsindəki çıxışlar, ayrı-ayrı görüşlər, keçirilən digər məclislər, AXC-yə, Ümummilli Lider Heydər Əliyevə və müasir Azərbaycanımıza həsr olunmuş sərgilər yaddaqalan oldu. Ümumiyyətlə, keçmiş sovetlər ittifaqının müxtəlif bölgələrindən və Azərbaycandan tədbirdə qonaq qismində iştirak edənlər, keçirdiyim bu tədbirin də möhtəşəmliyini xüsusi vurğuladılar. 
Onu da nəzərinizə çatdırım ki, tədbirdə iştirak edən 20-yə yaxın regionun diaspor təşkilat rəhbərləri, həmin bölgələrdə yaşayan azərbaycanlıların hüquq və milli maraqlarına xidmət edəcək "Birlik" Regionlararası Konqreslər Assosiasiyasını yaratmaq təklifini irəli sürərək, bu qurumun təsis edilməsini qərara aldılar. Sənədləri hazırlandıqdan az sonra, "Birlik" aidiyyatı dövlət qurumlarında rəsmi qeydiyyatdan keçdi və təsisçiləri məni yekdilliklə quruma rəhbər seçdilər. 
Artıq "Birlik" rəsmən fəaliyyət göstərir və bu az müddətdə nüfuz qazanıb. Təşkilatın fəaliyyəti barəsində Rusiya Prezidentinə yazılı məlumat ünvanlayaraq, onun Ümumrusiya statusunda qeydiyyatdan keçməsinə razılıq verməsini ondan xahiş etmişik. Bu günlərdə Rusiya rəhbərinin, "Birlik" Assosiasiyasının mərkəzdə qeydiyyata alınması üçün, müvafiq dövlət orqanlarına rəsmi göstəriş verdiyi xəbərini almışıq. "Birlik"-ə ümumrusiya statusu verilməsi barədə ilkin razılıq xəbəri bizi olduqca sevindirsə də, aldığımız.digər bir xəbər bizi olduqca məyus edib. Bu bəd xəbər ondan ibarətdir ki, keçirdiyim möhtəşəm tədbir yenicə qurtararkən, "sapı özümüzdən olan baltalar", eynən o çətin dönəmlərdə olduğu kimi, mənim timsalımda, doğma Azərbaycanımızın maraqlarına xidmət edəcək belə bir qurumun nüfuzunu "baltalamağa", əleyhimə təbliğat aparmağa start verdilər". 
Müraciətinin sonunda şikayətçi Rusiyadakı diaspor fəalları adından Azərbaycan prezidentindən xahiş edir ki, xaricdə yaşayıb, fəaliyyət göstərən soydaşlarımızı belə üfunət qoxuyan yazılarla bitirə biləcəklərini düşünən qara piar təşkilatçılarının tezliklə susdurulmalaları üçün, aidiyyatı orqanların Eynulla Fətullayev haqqında layiqli cinayət işi açmalarına ciddi göstərişlər verib, bu ciddi məsələni daim nəzarətində saxlasın: "İnanıram və tam əminəm ki, Azərbaycana düşmən kəsilən belə bir əqidəsiz və məsləksiz şəxsin dövlətimizin imicini qoruyan, təəssübünü çəkən, beynəlxalq əlaqələrinin yaxşılaşdırılmasına xidmət edən yaxşı insanlar əleyhinə başlatdığı qara piarın ağzını onun özünə tərəf yönəltməyə ciddi göstərişlərinizi verəcəksiniz".
Onu da nəzərinizə çatdırırıq ki, Mirkazım Seyidov Federasiyasının Sibir və Uzaq Şərq bölgələrində fəaliyyət göstərən diaspor rəhbərlərimiz adından, eyni məzmunlu şikayət ərizəsi ilə, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə də müraciət edib.

Nəşr olunub CƏMİYYƏT

İyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırımdır.

Ana müxalifətin – Cümhuriyyət Xalq Partiyasının (CHP) isə namizədi Əkrəm İmamoğludur.

Modern.az saytı Əkrəm İmamoğludan müsahibə alıb.

boyukmillet.comhəmin müsahibəni təqdim edir: 

– Əkrəm bəy, Türkiyədə təkrar seçki öncəsi gərginlik müşahidə olunur. Bu gərginlikdə özünüzü necə hiss edirsiniz?

– Təşəkkür edirəm. Mən yaxşıyam, özü də çox yaxşı. Mənəvi duyğularımızın çox yüksək olduğu Ramazan ayını geridə qoyuruq. Mən hər iftarımı seçicilərimin evində açdım, onlarla gözəl anlar yaşadım, mənəvi gözəllikləri bir-birimizlə paylaşdıq. Bu ənənəni sahurlarda da davam etdirdim. Biz Ramazan bayramını idrak edirik. Ramazan ayı bizi bir-birimizə daha da yaxınlaşdırmaq, bir-birimizi daha da yaxşı anlamaq üçündür. Biz də keçdiyimiz bir ayı belə yaşadıq.

Bilirsiniz ki, İstanbulda seçkilərin nəticələri haqsız olaraq ləğv edildi. Bununla belə, xalqımızla çoxlu görüşlər keçirdik, bir-birimizə sevgi alıb-verdik, gözəl söhbətlər etdik. Anaların dualarını bir daha yanımda hiss etdim, uşaqların gözəl baxışları heç zaman üzərimdən əskik olmadı. Gənclər də mənə böyük enerji verdilər. Bütün bunlara görə deyə bilərəm ki, mən özümü çox yaxşı hiss edirəm.

– CHP-nin bələdiyyə başqanlığına namizədisiniz. Rəqibiniz isə keçmiş baş nazir Binali Yıldırımdır. Proqnozunuz nədir, sizcə bu dəfə kim qələbə qazanacaq?

– 23 iyunda İstanbulda bələdiyyə seçkiləri keçiriləcək. 23 sentyabrda isə böyük ehtimalla İstanbul böyük şəhər bələdiyyə başqanlığımın 3 ayını tamamlayacağam. 23 sentyabr tarixi gələndə çox önəmli xidmətlərə imza atmış olacağam. Analar və onların övladlarına, uşaqlara həyatlarını asanlaşdıran, üzərlərindəki maddi yükü azaldan önəmli qərarları həyata keçirəcəyəm. Eyni zamanda, gələcəkdə daha çox xidmətlər edəcəyimizə işarə verəcəyəm.

Bəli, 23 iyunda seçkilərdir. Amma ilk olaraq “biz niyə bu seçkiyə gedirik” sualına cavab verməyim lazımdır. Bilirsiniz ki, 31 martda keçirilən bələdiyyə seçkilərini biz qazandıq. İqtidar partiyası AKP həmin gecə 3 min 870 artıq səslə seçkini qazandığını elan etdi. Ancaq biz bütün seçki qutularının nəticələrini ortaya qoyaraq, bunun doğru olmadığını, manipulyasiyaya yol verildiyini söylədik. Nəticədə də YSK (Yüksek Seçim Kurulu) bizim dediklərimizi doğruladı.

– Bəs AKP niyə seçkilərin nəticələrinin düzgün olmadığı məsələsində israr etdi?
– AKP və rəqibim məğlubiyyəti həzm edə bilmirdi. Min bir etiraz etdi, etibarsız səslərin hamısını saydırdı. Altı rayonda etibarlı və etibarsız sayılan bütün səsləri hesabladılar. Nəticə isə yenə də bizim qazandığımızı göstərdi.

57 qutudan çıxan səsləri yoxladılar. Yenə də nəticə bizim lehimizə yekunlaşdı. Dedilər ki, bəzi rayonlarda seçicilərin qeydə alınmasında problemlər olub, hiylələr qurulub.

Lakin bu iddiaların çürük olduğunu YSK da qəbul etdi. Bir sözlə, iqtidar partiyasının bütün etirazlarına baxmayaraq, bütün yoxlamalar bizim qazandığımızı göstərdi.

AKP məğlubiyyəti qəbul etməyərək, belə bir səbəb göstərdi ki, dövlət qurumlarının verdiyi siyahılar üzrə YSK tərəfindən seçilən seçki komissiyasının sədrləri ictimai vəzifə daşıyıcısı deyillər. Bunu əsas gətirib seçkinin nəticələrini ləğv etdilər. Maraqlısı budur ki, həmin komissiya sədrlərinə “hə” deyən YSK bu qərarı verdi. Bu addımın heç bir hüquqi əsası yoxdur. Rəsmi açıqlama da sübut etdi ki, YSK-nın qərarı hüquqi olmaqdan çox siyasi qərardır. Yəni YSK üzvlərinin əli ilə verilmiş siyasi qərarı ortaya qoydular.

– Əkrəm bəy, bunun Türkiyə üçün verdiyi zərərlərdən danışırlar. Amma sizin dilinizdən daha arqumentli bir fikir eşitmək yerinə düşərdi. Türkiyə YSK-nın bu qərarından hansı zərərləri gördü?
– Bu, ilk növbədə hüquqa, demokratiyaya zərbədir. Bütün Türkiyə də bunu gördü. Qərar mənim mandatımın əlimdən alınması ilə nəticələndi. Siz zərər barədə sual verirsiniz. Baxın, dediklərimlə paralel olaraq, 16 milyon insanın iradəsi, istanbulluların seçki hüququ heçə sayıldı.

Qəribə deyilmi? Seçicilər sandıq başına getdi, 4 səs verdilər və bunları eyni zərfə qoydular. O zərfləri də eyni komissiyalar açdı, saydı. Ancaq YSK-nın 7 üzvü muxtarlıq, rayon bələdiyyə sədrliyi və bələdiyyə məclis üzvlüyünü tanıdı. Təkcə mənim qazandığım seçkini etibarsız saydı.

Yəni eyni zərfdən çıxan 4 səsi sayan komissiyalar, üçündə xəta etməyib, lakin mənim qazandığımı göstərən səslərin sayılmasında yanlışa yol verib! Gəlin, daha da sadə izah edək. Fərz edin ki, 10 manatınız var. Bunun 7.5 manatı etibarlı, yerdə qalan 2.5 manatı isə etibarsızdır. Siz heç belə pul gördünüzmü?

Anlamaq çətin deyil ki, iqtidar siyasi gücündən istifadə edərək, məğlub olduğu seçkini yenidən keçirmək istəyir. Xalq, istanbullular isə edilən haqsızlığı, demokratiyaya vurulan zərbəni çox yaxşı bilir.

Təxminən bir aydır ki, seçicilərimlə görüşürəm, onlarla söhbətlər edirəm. Əhvalım çox yüksəkdir. Seçicilərimin də əhvalı eynilə mənimki kimidir.

Çünki seçkini qazanacağıq və 16 milyon istnabullu ilə birlikdə 16 milyona xidməti sürətlə həyata keçiricəyik. Buna heç şübhəniz olmasın.

– Belə bir açıqlamanız var: “Biz israrla bu millətin dava etməsini istəməyən, bu millətin qucaqlaşmağını istəyən insanlar olaraq israrla qucaqlaşacağıq”. Bu, terminologiyası radikal çıxışlarla zəngin olan Türkiyə siyasətçilərinə mesajdırmı?  

 – Bəzi siyasətçilərin istifadə etdiyi dava ritorikası xalqı çox yorub, üzüb. Dava ritorikası bizi bir arada tutan dəyərləri erroziyaya uğradıb. Siyasət bu gün “mənə səs verən, mənə səs verməyən” ayrı-seçkiliyi üzərindədir.

Türkiyədə özlərinə səs verməyənlərə qarşı çox ağır ittihamlarla çıxış edən partiya funksionerləri və liderləri olub. Bu tendensiya toplumda ayrı-seçkilik yaradıb. Mən isə dava ritorikası dilindən istifadə etmədim. Hər kəsi qucaqlayan, sevgini öndə tutan, ürəkləri qovuşduran, ümidləri paylaşaraq böyüdən bir dildən istifadə etdim.

Siyasətin etməli olduğu şeyin bu olduğuna inanıram. Biz xidmət üçün varıqsa, xidmət edəcəyimiz şəxslərlə niyə dava etməliyik?! Heç bir siyasi baxış, inanc, məzhəb, etnik ayrı-seçkiliyi etmədən hamıya xidmət göstərəcəyimizi elan etmişəm.

Sadəcə, mənim təmsil olunduğum CHP-yə könül verənlərin, ittifaqda olduğumuz İYİ Partiyanın tərəfdarlarının deyil, AKP-lilərin də, HDP-lilərin də, MHP-lilərin də səsini istədim.

Çünki “hamınıza bərabər səviyyədə xidmət edəcəyəm, kiminsə partiya mənsubiyyətini soruşmayacağam” dedim. Bu sözlərim qarşılığını tapdı. Əmin olun ki, AKP-li, MHP-li qardaş-bacılarım da mənə səs verdi.

Mən içi və çölü bir olan, bu gün nə dedimsə, sabah da onu söyləyən bir siyasətçiyəm. Həmşəhərlilərim məni belə qəbul ediblər və belə də görməyə davam edəcəklər.

Onlarla təkcə seçkidən öncə yox, seçkidən sonra da qucaqlaşmağı davam etdirəcəyik.

Mən kreslomda oturan bələdiyyə sədri olmayacağam, küçələrdə gəzəcəyəm. Həmşəhərlilərimlə birlikdə masa ətrafında görüşüb problemlərini həll edəcəyəm.

 – Əkrəm bəy, mandatınızı alıb vəzifənizin icrasına başlasanız da, bu, çox qısa çəkdi. Siz YSK seçki nəticələrini ləğv edərkən bunun bir zarafat olduğunu düşündünüzmü?

– Əslində YSK-nın siyasi təzyiqlər nəticəsində belə qərar verdiyini düşünmək belə istəmirdik. Çünki bu, demokratiyanın yaralanması, hüququn böyük zərər görməsi anlamına gələcəkdi.

Lakin təəssüflər olsun ki, bir qrup özünü düşünən insanlar, bu pis qərarın verilməsinin səbəbi oldu. Onlar İstanbul xalqının zamanına, əməyinə sayğısız yanaşdılar. Halbuki, biz xidmət etmək üçün varıq və bunun həyəcanı içərisindəyik.

Qızğın müzakirələr getdiyi bir zamanda biz xidmət etməyə başladıq. 18 gün qısa görünə bilər. Ancaq bu müddət ərzində tələbələrimizin nəqliyyat, yoxsulların su məsrəflərinə çəkdikləri xərci 40 faiz azaltmağı bacardıq.

Sadəcə, dini bayramlarda deyil, milli bayramlarda da İstanbulda nəqliyyatın pulsuz olması haqda qərar qəbul etdik. Bu xidmətlərimizi, yoxsul evlərə pulsuz süd, çörək və su verərək davam etdirəcəkdik.

Analara xidmət, övladlarına sağlam bir gələcək bəxş etmək üçün addımlar atmağa başlayacaqdıq.

Bilirsiniz ki, yüz minlərlə gəncimiz işsiz və təhsilsizdir. Biz yeni iş yerlərinin açılması və təhsil üçün gücümüzü səfərbər edəcəkdik. İstanbulun qaynaqlarını bir ovuc insan üçün deyil, 16 milyon insan üçün istifadə edəcəkdik.

Bütün bunları istəməyənlər isə seçkinin nəticəsini ləğv etdilər. Bununla da bizi dayandıracaqlarını düşündülər.

Bu qərarı verənlər və verdirənlər etdikləri bu böyük yanlışı zarafat kimi görə bilərlər. Lakin əmin olun ki, bu zarafatı edənlər, sadəcə öz keflərini, oturduqları kresloları düşünürlər. İşləri-gücləri oturduqları kreslonu qorumaqdır.  

– Düşünürsünüz ki, siz bələdiyyə sədri seçilsəniz, İstanbulda haqq, ədalət öz yerini tapacaq?
– 23 iyunda yenə biz qazanacağıq və bütün icraatlarımızı ən qısa zamanda reallaşdıracağıq. Kimsə əhvalını pozmasın, haqq, ədalət, hüquq öz yerini tapacaq. Çünki heç kim haqsızlıq üzərindən seçki qazanmaz. Kimsə haqsızlığa dayanaraq iqtidar ola bilməz, olsa belə, hakimiyyətini sürdürə bilməz.

24 iyunda demokratiyanın bayramını yaşayacağıq. Azərbaycan xalqı və sizlər də əminəm ki, eyni hisslər içində olacaqsınız. Heç şübhəniz olmasın: “Her şey çok yahşi olacak”.

 – Əkrəm bəy, Azərbaycanda da sizinlə bağlı prosesləri diqqətlə izləyən böyük bir kəsim var. Azərbaycana mesajınız nədir?

 – Azərbaycan Türkiyənin dostu və qardaşıdır. Azərbaycanın dərdi bizim dərdimiz, kədəri bizim kədərimizdir.

Mən 28 May – Respublika günü münasibətilə də Azərbaycan xalqını təbrik etmişdim. Bizim hər zaman qəlbimiz bir döyünüb və bundan sonra da belə olacaq.

Nəşr olunub CƏMİYYƏT

Samir Adigozelli adlı şəxsin şəkli.

Məlum olduğu kimi 01-02 iyun 2019-cu il tarixdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilib.  “Göycə festivalı”nda

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı,  aqrar elmləri doktoru, dosent  Varis Quliyevin maraqlı çıxış edib.

boyukmillet.com həmin çıxışı olduğu kimi təqdim edir:

“Hörmətli tədbir iştirakçıları!

Bu gün Naxçıvan Muxtar Respublikasının zəhmətkeşləri ənənəvi keçirilən “Göycə festivalı”nı böyük coşqu və sevinc hissi ilə qarşılayırlar. Əvvəla qeyd etmək istəyirəm ki, muxtar respublikada ilk “Göycə festivalı” 2016-cı ildə keçirilmişdir. 2017-ci il və 2018-ci ildə, həmçinin bu gün də ənənəvi olaraq “Göycə festivalı”nın keçirilməsi muxtar respublikada meyvəçiliyin inkişafına və bağbanlarımızın əməyinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının parlaq nümunəsidir. Muxtar respublika ərazisində göycə məhsulunun faraş yeyilmə dövrü bölgədə meyvə mövsümünün başlanmasını göstərir. Meyvəçilik muxtar respublikamızda əhalinin əsas məşğulluq sahələrindəndir. Bölgəmizin torpaq-iqlim şəraiti meyvəçiliyin inkişafı və keyfiyyətli məhsul istehsalı üçün olduqca əlverişlidir. Muxtar respublikada aqrar sektorun inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, həyata keçirilən Dövlət Proqramları kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə məhsul¬larının istehsalının sənaye miqyasında inkişaf etdirilməsinə münbit şərait yaratmışdır. Məlum olduğu kimi, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilmişdir. Daxili bazarın keyfiyyətli məhsullarla təmin olunmasında ailə təsərrüfatlarının özünəməxsus payı var.Samir Adigozelli adlı şəxsin şəkli.

Ailə təsərrüfatlarının fəaliyyətinin genişlən-məsinə, çoxşaxəli olmasına yaxud ayrı-ayrı sahələr üzrə ixtisaslaşmasına dövlət maliyyə dəstəyinin göstərilməsi kənd təsərrüfatının, eyni zamanda meyvəçiliyin də inkişafına zəmin yaratmışdır. Ailə təsərrüfatlarının yaradılması əhalinın məşğulluğunun artırılmasında, maddi-rifah halının yüksəldilməsində, nəticədə məhsul bolluğunun yaradılmasında çox mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun ən gəlirli sahələrindəndir. Hazırda əhalinin bitki mənşəli ərzaqlarla dolğun təminatında müxtəlif meyvə məhsullarının istehsalının yüksəldilməsi aktual problemlərdən biridir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin genişləndiril-məsi istiqamətində 2012-2015 və 2016-2020-ci illəri əhatə edən iki “Dövlət Proqramı” qəbul edilmişdir. Muxtar respublikada meyvəçiliyin inkişafı, əhalinin keyfiyyətli yerli məhsullarla təmin olunmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublika-sında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə ikinci Dövlət Proqramı”həyata keçirilməkdədir. Dövlət Proqramına müvafiq olaraq 2020-ci illədək  müxtar respublikada meyvə istehsalı həcminin 62 min tona, üzüm istehsalını isə 30 min tona çatdırılması nəzərdə tutulmuşdur. Dövlət Proqramı çərçivəsində görülmüş işlərin nəticəsidir ki, 2018-vi ldə muxtar respublikada meyvə bağlarının ümumi sahəsi 5000,3 hektara, ümumi məhsul yığımı 55949 tona çatdırılmışdır. 2019-cu ildə də bu işlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, bu gün keçirilən ənənəvi “Göycə festivalı”na muxtar respublikamızın Naxçıvan şəhərindən, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarından olan 234 fərdi təsərrüfat nümayəndəsi tərəfindən 18 tondan çox göycə meyvəsi və ondan hazırlanmış müxtəlif çeşidli məhsulların münasib qiymətlərlə satışa çıxarılması gözlənilir.Samir Adigozelli adlı şəxsin şəkli.

Qeyd edim ki, aparılan elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, muxtar respublikamızda ayrı-ayrı meyvə sortlarının zəngin genofondu və sort müxtəlifliyi mövcuddur. Belə meyvə sortlarından biri də Naxçıvan göycəsidir. Botaniki araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, muxtar respublika ərazisində Alça cinsinin 4 növü vardır. Bunlara Alça-gavalı, Göyəm, Naxçıvan alçası və Ev alçası növləri daxildir. Təkamül prosesində Naxçıvan göycəsi sortunun xalq seleksiyası yolu ilə Naxçıvan alçası növündən yaradıldığı məlum olmuşdur. Naxçıvan göycəsi sortunun adı becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırıl-mışdır. Muxtar respublikada yazın ilk yeyilən meyvə sortlarından biridir. Onu da qeyd edək ki, “göycə” sözü yalnız Naxçıvan dialektinə aid olan sözdür. Tarixi mənbələrdə hələ VII əsrə aid səyyahların xatirələrində Naxçıvan göycəsi haqqında məlumatlara rast gəlinir. Muxtar respublikanın əsasən Arazboyu maili düzənlik ərazilərində Naxçıvan göycəsi sortundan ibarət meyvə bağlarının salınması üçün olduqca əlverişli ekoloji-coğrafi mühit mövcuddur. Naxçıvan göycəsi Naxçıvan şəhərində, Babək qəsəbəsində, Qaraçuq, Tumbul, Zeynəddin, Şıxmahmud və digər kəndlərində daha tez ərsəyə gəlir. Bu sort Azərbaycanın digər rayonlarına da sürətlə yayılır. Artıq Azərbaycanın Abşeron, Gəncə-Qazax, İsmayıllı, Quba, Ağcabədi, Göyçay və digər rayonlarında da Naxçıvan göycəsi sortundan ibarət meyvə plantasiyaları salınır. Bu qiymətli meyvə sortunu qorumaq və tanıtmaq işi biz meyvəçilərin öhdəsinə düşür. Naxçıvan göycəsinin meyvələri  özünə-məxsus üstün keyfiyyətlərə malik olduğuna görə iqtisadi səmərəliliyi daha yüksəkdir. Aparılan hesablamalara görə bir hektar meyvə bağından əldə edilən maddi gəlir 35-40 min manat təşkil edir. Bu sortun tam yetişmiş meyvələrindən göycə şirəsi, kompot, göycə qurusu, lavaşa, turşu və başqa məhsulların hazırlanması üçün istifadə edilir. Belə məhsulların sənaye miqyasında istehsalı yüksək maddi gəlir əldə olunması üçün çox əhəmiyyətlidir.

Hörmətli tədbir iştirakçıları! Naxçıvan göycəsinin tanıdılması və “Brend” məhsula çevrilməsi üçün ardıcıl olaraq “Göycə festivalı”nın keçirilməsi muxtar respublika rəhbərlıyinin bölgədə meyvəçiliyin dinamik inkişaf etdirilməsinə, Naxçıvanın qədim bmeyvəçilik ənənələrinin qorunub saxlanıl-masına göstərdiyi diqqət və qayğının parlaq ifadəsidir. Ona görə də muxtar respublikada aqrar sektorun dinamik inkişaf etdirilməsində, meyvəçiliyin genişləndiril-məsində göstərdiyi dəstəyə görə “Göycə festivalı”nın iştirakçıları adından muxtar respublika rəhbərliyinə minnətdarlığımızı bildiririk!

Sağ olun! Bütün festival iştirakçılarına uğurlar arzulayıram”.

Samir Adigozelli adlı şəxsin şəkli.

Samir Adigozelli adlı şəxsin şəkli.

Samir Adigozelli adlı şəxsin şəkli.

 

Nəşr olunub CƏMİYYƏT

Lale Hesenova adlı şəxsin şəkli.Lalə Həsənova: "Yeni qurulan təşkilatımızda dövlətini sevən insanlar olaraq daim aktiv fəaliyətimizə davam edirik"

Son illərdə diaspora sahəsində müsbət bir tendensiya müşahidə edilir. Ayrı-ayrı ölkələrdə diaspor sahəsində həyata keçirilən yeni təşkilatlanma, müxtəlif diaspor təşkilatlarının koordinasiya şuraları tərkibində birləşməsi xaricdə yaşayan soydaşlarımız arasında diaspora sahəsinə marağı da artırır. Nəticə etibarilə yeni-yeni diaspor təşkilatları yaranır ki, bu da ölkəmizin səsinin, onun həqiqətlərinin daha geniş anlamda, mütəşəkkil şəkildə yayılmasına xidmət edir.

Günümüzdə yaranan və uğurla fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Birliyidir. Sözügedən təşkilat yeni yaransa və cəmi 1 yaşı olsa da, lakin qısa müddətdə onlarla yaşı olan diaspor təşkilatlarına uyğun şəkildə fəaliyyətlər ortaya qoyub. Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri Lalə Həsənova ilə söhbətimizdən də belə bir mənzərə yarandı. "OLAYLAR"-a verdiyi müsahibədə Lalə Həsənova rəhbərlik etdiyi qurumun yaranma zərurəti, ötən müddət ərzində həyata keçirdiyi tədbirlər və qarşıdakı planlar barədə danışıb.

-Lalə xanım, əvvəlcə Antalyaya yerləşmə səbəbiniz barədə bilmək istərdim. Nə zamandan burada yaşayırsınız və hansı zərurət Sizi Antalyaya apardı?

 
 

-Mənim Türkiyənin Antalya şəhərinə yerləşmə səbəbim səhhətimlə bağlə oldu. Azərbaycanda bir antibiotik zəhərlənməsi nəticəsində böyrəklərimin fəaliyyəti dayandı. O zaman, daha dəqiq desək 2010-cu ildə  Antalya Akdeniz Üniversiteti Tibb fakültəsi xəstəxanası orqan köçürülməsi sahəsində həddindən çox uğurlara imza atmışdı. Mən və ailəm də çox araşdırdıqdan sonra Antalyaya, bəhs etdiyim xəstəxanaya gəldik və anam Fima xanımın böyrəyi mənə köçürüldü. Anamın və dəyərli həkimlərim Prof.Dr. Ayhan Dinçkan, Prof.Dr. Murat Tuncer , Prof. Dr. Hüseyin Koçak və diğərlərinin sayəsində 2011-ci ildə təkrar həyata döndüm. . O zamandan indiyə qədər Antalyadayam. 2015- ci ildə yenidən mədəaltı vəzi köçürülməsi əməliyyatı keçirdim və rəhmətə gedən birinin orqanını mənə köçürdülər . Azərbaycanda yarımçıq qalan karyeramı təkrard burada davam etdirdim. Akdeniz Üniversiteti hüquq fakültəsində beynəlxalq hüquq sahəsində magistratura təhsili aldım. Diplom işimin mövzusu "Beynəlxalq Hüquqda Diplomatik Qoruma" idi . Bu təhsilimi uğurla başa vurdum. Hazırda Ankara Yıldırım Beyazit Universitetində hüquq fakültəsində Dövlət Hüququ sahəsində doktorantam.

-Rəhbəri olduğunuz Azərbaycan Xalqlar Dostluğu Birliyinin yaranma tarixi barədə bilmək istərdik. Təşkilatınız nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətlərinə nələr daxildir?

-Hazırda sədrlik etdiyim Azərbaycan Xalqlar Dostluğu Birliyi Antalyada yeni, 2019 cu ildəqurulan bir birllikdir. Daha öncə 2015-ci ildə bu birliyin infrastrukturu-sosial media səhifələri, planlamaları, layihələri hazırlanmışdı. Sadəcə az öncə bəhs etdiyim kimi səhhətimlə bağlı olaraq Birliyin qurulması istiqamətində layihəmi tam həyata keçirməmişdim. Azərbaycan Xalqlar Dostluğu Birliyimizin əsas fəaliyyət istiqamətlərinə Antalyada və eləcə də Türkiyədə yaşayan soydaşlarımız arasında birlik, bərabərlik qurmaq, beynəlxalq layihələrə qoşularaq Azərbaycanın elmi, texniki, hüquqi, dünyəvi əlaqələrini dünya ictimaiyyətinə çatdırmaq daxildir. Eyni zamanda burada yaşayan soydaşlarımızın problemləriylə maraqlanaraq təhsil , tibbi, iş icazesi problemlərində onlara dəstək göstərməkdir . Yarandığı gündən hazırki vaxta qədər Azerbaycan Xalqlar Dostluğu Birliyi bir sıra tədbirlər keçirib. Bu ilin fevral ayında Azərbaycanın milli mənəvi dəyərlərinəsadiq qalaraq 6 ölkəxalqları arasında "Dostluq festivalında" Azərbaycanı layiqincə təmsil etdik. Azərbaycanın milli bayramı olan Novruz bayramında həm də Birliyimizin açılış gününü qeyd etdik. Azərbaycanın rəsmi və milli bayramları, matəm günlərimiz Birliyimiz tərəfindən hər zaman qeyd edilir. Aprel döyüşlərində şəhid olan əskərlərimiz və eləcə də bütün şəhidlərimiz üçün ehsan süfrəsi qurulub. Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 96 cı ildönümü münasibətiylə Antalya Muratpaşa Bələdiyyəsi , Antalya Jurnalistlər Cəmiyyəti, Anadolu və Orta Şərq Dostluq Assosiasiyası ilə birlikdə Azərbaycan Xalqlar Dostluğu Birliyimiz çox böyük, təntənəli bir tədbir keçirdi. İki ay öncə 42 ölkətəmsilçisi arasında Türk Eğitim Vakfının düzənlədiği Dünya Qadınları Korosunda təşkilatımızı və Azərbaycanı Elvira xanım layiqincə təmsil etdi . Bütün xarici dövlətlərdən gələn qadınlar "Sarıgəlin" və "Bu qala daşlı qala" mahnısını oxudular. Qızımız da milli rəqsləonlara dəstək oldu. Hazırda Azərbaycan adına Antalyada başqa layihələri həyata keçirməyə hazırlaşırıq.

-Azərbaycan Xalqlar Dostluğu Birliyi olaraq Türkiyədə fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları və Azərbaycan səfirliyi, eləcə də konsulluğu ilə əməkdaşlıq edirsinizmi və bu əməkdaşlıq hansı formada qurulur?

-Az öncə qeyd etdiyim kimi , biz yeni qurulmuş təşkilatıq. Buna baxmayaraq Türkiyənin digər şəhərlərində fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əməkdaşlıq edirik. Əlbəttə ki, bu çox geniş şəkildə aktivliyini göstərmir. Hazırda Türkiyədə Dünya Azərbaycanlıları Platformu quruldu. Azərbaycan Xalqlar Dostluğu    Birliyi bu platformda yer alır. Bundan əlavə olaraq Türk Dünyası Platformu ilə yaxından əməkdaşlıq edirik .  Azərbaycanın Ankaradakı səfiri cənab Xəzər İbrahim bəy dövlətini, millətini sevən bir insandır . Hər zaman da bizlərlə əməkdaşlığa dəstək göstərir . Bu yaxınlarda Antalyada yeni bir laylhəmiz həyata keçəcək, Xəzər bəy də burada bizimlə olacaq. Bir çox soydaşlarımızın problemlərində müraciət etdiyimiz zaman Xəzər bəy başda olmaqla, Konsulumuz Şöhrət bəy və səfirliyin digər əməkdaşları lazımı dəstəyi göstərirlər.

-Bəs, Türkiyənin rəsmi qurumları ilə hansısa formada əlaqələrinzi varmı?

-Əvvəla Türkiyə Cümhuriyyətinə ilk növbədə öz adımdan minnətdaram ki, burada yenidən həyata qayıtdım.  İsrər Azerbaycan Xalqlar Dostluğu Birliyimiz olsun, istərsə fərdi şəkilde olsun, demək olar ki, dövlətin bütün orqanları ilə sıx əməkdaşlıq edirik. Antalyanın fərqli rayonlarının icra və bələdiyyə orqanları, miqrasiya idarəsi və s. Ilə hər zaman rəsmî əməkdaşlığımız davam edir . Bütün rəsmî, milli  günlərimizlə  tədbirlərdə yaxından və böyük maraqla iştirak edirlər.

-Bəzən iddia edirlər ki, Türkiyə bizə qardaş ölkə olduğu üçün burada diaspor fəaliyyətinə ehtiyac yoxdur. Siz bu barədə nə düşünürsünüz. Bu kimi fikirlər nə dərəcədə doğru yanaşmadır?

-Bəli, Türkiyə bizə qardaş ölkədir. Amma hər bir ölkənin özünəməxsus qanunları, qaydaları var . Buraya Azərbaycandan gələn soydaşlarımızın öz növbələrində çətinlik çəkdikləri, problemlərlə üzləşdikləri məqamlar əfsuslar olsun kl, çox olur. Məsələn, bir soydaşımızın qardaşı qəfildən dünyasını dəyişdi . Bu o qədər ağır bir məqam idi ki, heç kim nə edəcəyini bilmirdi. Biz o zaman təşkilatımızı qurmamışdıq. Mən sadəcə  bir hüquqşünas olaraq prosesi necə izləmək lazımdırsa, digər dostlarımızla birlikdə o yöndə lazımi addımları birlikdə atdım. Buna oturum iznləri bitən xəstə övladlarımız var. Onlar ilik köçürülən xəstələrdir. Pasport , oturum izni və s işlər üçün Antalyadan ya İstanbula, ya da Azərbaycana getməlidirlər. Amma səhhətləri buna icazə vermir. Bu sahədə ya bir fərq yaradılmalıdır, ya da düşünürəm ki, sırf Ağdəniz bölgəsində problemi olan soydaşlarımızın işlərinin asanlaşdırılması üçün aktiv diaspor fəaliyyətinə dəstək göstərilməlidir.

-Ümumiyyətlə, Azərbaycan diaspor təşkilatları Türkiyədə malik olduğu potensial qədər aktiv, səmərəli fəaliyyət göstərər bilirlərmi?

- Biz yeni qurulan təşkilatımızda dövlətini sevən insanlar olaraq daima aktiv fəaliyətimizə davam edirik. Bizim heç bir yerdən maddi dəstəyimiz yoxdur. Heç bir fond, heç bir sərmayə şirkəti , işadamları tərəfindən dəstək almırıq. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti adına çox önəmli layihələrə layiqincə imza atırıq. Çox istərdik ki dövlətimiz də bizi dəstəkləsin . Bu zaman daha səmərəli, daha da akriv bir diaspora  təşkilatını görmüş olarıq.

-Bir diaspor təşkilatı olaraq Azərbaycan diasporunun fəaliyyətini, hazırkı durumunu necə dəyərləndirərdiniz?. Xüsusilə son vaxtlar diasporamızın daha da təşkilatlanması istiqamətində müşahidə edilən müsbət tendensiyaya sizin baxışınız necədir?

-Bir diaspor təşkilatı olaraq daha da güclənmək üçün təşkilatlanmaq lazımdır. Əfsuslar olsun ki, bu sahədə bir az passiv qalırıq. Birləşmək əvəzinə, hər kəs fərqli yönlərə çəkilir . Amma hazırda qurulan Dünya Azerbaycanlıları Platformu (DAP) ümid edirəm ki, təqdirəlayiq olacaq.  Məlumat üçün qeyd edim ki, Dünya Azərbaycanlıları Platformu Ankarada yaradılıb və mən də onun qurucu üzvlərindən biriyəm. Bizim təşkilatımız həmin Platformun Antalya təmsilçisidir. Sentyabr ayında Türkiyədə yaşayan azərbaycanlı elm adamlarının iştirakı ilə böyük bir konfrans keçirməyi nəzərdə tuturuq.  Ümumiyyətlə, hesab edirəm ki, diaspor fəaliyyəti sadəcə mədəni olmamalıdır. Eyni zamanda daha aktiv fəaliyyət göstərərək bütün sahələrdə, elm, təhsil, idman sahələrində irəli getməlidir. Bu arada bir məqamı da qeyd edim. Son vaxtlar Diasporla İş üzrə Dövlət Komitəsi təırəfindən ayrı-ayrı ölkələrdə Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şuraları yaradılır ki, hesab edirəm, bu çox doğru və düzgün addımdır. Düşünürəm ki, Türkiyədə də belə bir Koordinasiya Şurasının yaradılmasınma ehtiyac var.

-Azərbaycan Xalqları Dostluğu Birliyi olaraq qarşıdakı müddətdə həyata keçirməyi düşündüyünüz layihələr, tədbirlər nədən ibarətdir?

-Azərbaycanda olan üniversitetlərlə Antalya üniversitetləri arasında ixtisasartırma proqramlarının təşkili, Azərbaycan turizmiylə Antalya turizmi arasında ortaq və fərqli tərəflər mövzusunda konfrans həyata keçirmək, Azərbaycanın milli geyimləri və əl işləri sənətiylə bağlı defilə və sərgi proqramı hazırlamaq,  gənclərimiz (tələbələrimiz) üçün yay məktəbi proqramı həyata keçirmək qarşıdakı planlarımız sırasındadır. Eyni zamanda Antalya şəhərinin çox gözəl küçələrindən birinə Qarabağ adının verilməsini təmin etmeyi nəzərdə tuturuq. Azərbaycanın gənçlər təşkilatlarıını bu yolda bizimlə əməkdaşlıq etməyə çağırıram.

- Lalə xanım, bu bir reallıqdır ki, təşkilat olaraq gördüyünüz işlərin mətbuat, televiziyalar tərəfindən işıqlandırılması rəhbərliki etdiyiniz birliyin cəmiyyətə daha yaxından tanıdılması istiqamətində mühüm vasitədir. Bu mənada dərnəyinizin keçirdiyi tədbirlərə mətbuatın diqqəti hansı səviyyədədir?. Antalyanın media quruluşları, jurnalist təşkilatları ilə əməkdaşlığınız hansı səviyyədə qurulur?

--Təşkilatımızın fəaliyyəti, həyata keçirdiyi tədbirlər KİV tərəfindən hər zaman işıqlandırılır. Bu sahədə bizə hər zaman dəstəyini göstərən dəyərli dostumuz, eyni zamanda təşkilatımızın qurucu üzvlərindən  biri olan Antalya Jurnalistler Cəmiyyəti (AGC) və Akdeniz Jurnalistler Federasiyasının (AGF) sədri Mevlüt Yeni bəyə və cəmiyyətin diğər əməkdaşlarına minnətdarıq.

- Bəs Türkiyənin dövlət qurumları, onların rəhbərləri ilə təşkilat olaraq təmaslar qurursunuzmu?.   Qardaş ölkənin dövlət qurumlarının Sizin fəaliyyətə marağı, diqqəti necədir?

-Qardaş ölkə Türkiyənin bizim təşkilatımıza diqqəti yüksək səviyyədədir. Türkiyənin xarici işlər naziri, cənab Mevlüt Çavuşoğluna göstərdiyi diqqətə görə hər zaman təşəkkür edirəm. Cənab nazir Azərbaycanın dostu, Azərbaycan sevdalısı bir insandır.  Ümid edirəm ki, gələcək layihələrimizdə də hər zaman yanımızda olacaqdır.

Süleyman

 

Nəşr olunub CƏMİYYƏT
Azərbaycanın işğal altında olan ərazilərində Ermənistandan gələnlərin əyləndiyi əks etdirən yeni videolar yayıb.
 
Boyukmillet.com olaraq təqdim etdiyimiz bu video Ağdərə rayonu ərazisindəki Sərsəng Su Anbarında çəkilib.
 
Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Respublikası prezidentinin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam cənab İlham Əliyevin həssas sosial qruplardan olan vətəndaşlara qayğısının növbəti təzahürüdür.

Bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

QHT sədri qeyd edib ki, cənab prezident tərəfindən ardıcıl olaraq həssas sosial qrupdan olan insanların həyat tərzinin yaxşılaşdırlması istiqamətində tədbirlər həyata keçirilir.

Yeni sərəncam isə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmətlərin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradacaq.

Sərəncamda xüsusən ayrılmış 5 milyon vəsaitin konkret olaraq, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə istifadə olunması göstərilir.

Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.

Ayrılmış vəsait hesabında bu sahədə fəaliyyətlərin genişlənməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin də bu istiqamətdə araşdırmalar aparıb və ehtiyac duyulan sahələr üzrə konkret təkliflərlə çıxış edib.

Nazirlik cari ildə
• günərzi qayğı mərkəzlərinin sayının 58-ə;
• icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayının 58-ə;
• autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayının 15-ə;
• məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin sayının 15-ə;
• eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmətlər mərkəzlərinin sayının 10-a;
• görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 3-ə;
• sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi mərkəzlərinin sayı 10-a çatdırlmasını təklif edir (planlaşdırır).

Və eyni zamanda,
• ahıllar üçün də 5 günərzi mərkəzinin;
• əlilliyi olan şəxslərə 10 peşə-sosial reabilitasiya mərkəzinin;
• insan alveri qurbanları üçün 3 reabilitasiya mərkəzinin yaradılmasını təklif edir (planlaşdırır).

Göründüyü kimi Sərəncamın əhatə dairəsi çox geniş və əhatəlidir.

Eyni zamanda bu sərəncam ölkədə ardıcıl olaraq, sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. istiqmətdə aparılan uğurlu sosial müdafiə siyasətinin inkişaf etdirilməsinə birbaşa xidmət edir.
QHT sədri qeyd edib ki, uğurlu sosial müdafiə siyasətində, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə və eyni zamanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin xüsusi çəkisi vardır. Bu layihələr əhatə dairəsinə və əldə olunan nəticələrə görə, xüsusi əhəmiyyət kəsb edir.

Cəsarət Hüseynzadə bildirib ki, 30 dekabr 2011-ci il tarixində qəbul olunan “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və 14 mart 2012-ci tarixində prezident tərəfindən “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzalanan Fərman sosial müdafiə sistemində yeni qanunvericilik və idarəetmə sisteminin əsasını qoydu.
Qəbul olunan qanun, həmçinin qanunun tətbiqi ilə bağlı fərman çox mütərəqqi yeni fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tuturdu. Bu yeniliklərdən biri də, Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi ilə bağlı idi.

Ötən müddətdə bu sahədə xeyli sayda layihələr həyata keçirilib və təcrübə toplanıb.

Cəsarət Hüseynzadə qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tərəfindən ölkə başçısının göstərişi ilə nazirliyin tabeliyində olan bütün istiqamətlər üzrə islahatlar aparılır. Sosial sifarişlərin də həyata keçirilməsində müsbət məqamlar görünməkdədir.

Günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri ilə bağlı mərkəzlərin fəaliyyətləri inkişaf etmiş ölkələrdə sınaqdan çıxmış bir təcrübədir.

Bu sərəncam isə bütövlükdə bu mərkəzlərin yeni müstəviyə qədəm qoyması, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin inkişaf etdirilməsi və genişləndirilməsi üçün dəstək rolunu oyanacaq - deyə QHT sədri bildirib.

Nəşr olunub CƏMİYYƏT

Reytinq