Elmar Məmmədyarov: “Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oktyabrın 30-da keçiriləcək”

08 Okt 2017
58 baxış

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 30-da keçiriləcək”.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib.

Qeyd edək ki, XİN başçıları arasında görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

 

Bu xəbərə səs ver
(1 Səs)

Reytinq