Prezident İlham Əliyev Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

16 Noy 2017
208 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gəlib.

Boyukmillet.com azertac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.

 

boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq