İlham Əliyev: Trampın Qüds qərarı yanlışdır və beynəlxalq hüquqa ziddir

10 Dek 2017
255 baxış

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

Boyukmillet.com prezident İlham Əliyevin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti dövlət başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.

Azərbaycan Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildirmişlər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.

Eyni zamanda, dövlət başçıları Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.

Prezident İlham Əliyev Türkiyə Prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq