İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edi – FOTO

20 Yan 2018
192 baxış

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.

Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.

Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.

 

Bu xəbərə səs ver
(1 Səs)

Reytinq