DTX və Xarici Kəşfiyyat Xidmətinin maaşları artırıldı (SƏRƏNCAM)

09 Mar 2018
1155 baxış
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 
 
Sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
 
Dövlət başçısı Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması haqqında da sərəncam imzalayıb. 
 
İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının da 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması barədə sərəncam imzalayıb. (Qaynar.info)
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq