Sakinlər məktublarında nələr yazıb? – Prezident açıqladı

08 Mar 2019
16 baxış

Şamaxıda baş vermiş zəlzələ nəticəsində dağılmış bütün evlər yenidən tikiləcək, bərpa ediləcək.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şamaxıda ötən gün sakinlərlə keçirdiyi görüşdə deyib.

“Bilirsiniz ki, zəlzələdən dərhal sonra mən Şamaxıya gəldim, vəziyyətlə tanış oldum. Dərhal göstəriş verdim ki, evlər qısa müddət ərzində bərpa edilsin, tikilsin. Bu gün artıq biz ilk evlərin, o cümlədən Saray nənənin evinin açılışını etdik. Bir neçə başqa ev də tikilib. İndi çoxmənzilli yeni binanın təməli qoyulacaqdır. Şamaxı, Ağsu, İsmayıllı rayonlarında minlərlə ev tikiləcək və yenidən bərpa ediləcək. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bizim sosial siyasətimiz güclü siyasətdir və zəlzələdən ziyan görmüş bütün evlər dövlət vəsaiti hesabına tikiləcək və bərpa ediləcəkdir.

Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq”, – deyə dövlət başçısı bildirib.  

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq