Prezident “Diqlas”dakı yanğını nəzarətə götürdü

28 Mar 2019
58 baxış

"Diqlas" Ticarət Mərkəzində baş verən yanğın Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə "Diqlas"dakı yanğından zərərçəkənlərlə görüşdə Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov deyib. 

PA rəsmisi vurğulayıb ki, zərərçəkənlərə kompensasiyanın verilməsi ölkə başçısının şəxsi təşəbbüsüdür: ""Diqlas"da baş verən yanğınla əlaqədar Komissiya yaradılacaq. Bu məqsədlə zərərçəkənlərin də iştirakı ilə yanğın yerinə baxış keçiriləcək. Müəyyən ediləcək ki, kimə nə qədər zərər dəyib. Bu iş obyektiv şəkildə, halallıqla olmalıdır. Unutmayın ki, məsələ prezidentin diqqət mərkəzindədir və prezident verdiyi sözə hər zaman əməl edir"

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq