Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 06 May 2018

6 May, 2018  01:49 xeber – Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olub.”Boyukmillet.com” xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. “108 A” saylı marşrut xəttinə məxsus sərnişin avtobusu işıqforun yaşıl işığından yüksək sürətlə keçərkən qəfil dönmə əməliyyatı edən “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə avtobus idarəetmədən çıxaraq, Yasamal “ATS”-i kimi tanınan inzibati binanın qarşısındakı “Mitsubishi” və “Tofaş” markalı avtomobillərə çırpılıb. Qəzadan dərhal sonra əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Qəzanı törədən avtobus sürücüsü hadisə yerindən qaçıb.İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb

 

Boyukmillet.om

Nəşr olunub HADİSƏ

Roma papasına ötən ilin sonu hədiyyə edilmiş 200 min dollarlıq eksklüziv "Lamborghini Huracan" sportkarı hərraca çıxarılıb.

Avtomobilin xeyriyyə məqsədi ilə "Sotbi" hərrac evində çəkic altına gələcəyi bildirilir. Katolik kilsə satışdan 350 min avroya yaxın vəsait əldə etmək niyyətindədir. Əldə olunmuş vəsaitin 70 faizi terrorçuların viran qoyduğu (İraqın) Ninəvə şəhərinə yardım ediləcək.

 

10 faizi isə üç ayrı xeyriyyə təşkilatının hesabına köçürüləcək.

 

Boyukmillet.com

Nəşr olunub DÜNYA

Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

Boyukmillet.com hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, saat 13:00-da mərhumun nəşi götürüləcək.

F. Poladov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Ailəsi xərçəngdən dünyasını dəyişən xalq artistimizlə belə vidalaşdı - Yasdan FOTOLAR

Boyukmillet.com

 

Nəşr olunub MƏDƏNİYYƏT

Reytinq