İlk dəfə əhalisi bir milyona çatmayan ölkənin yığması dünya çempionatına vəsiqə qazanıb

11 Okt 2017
116 baxış

Futbol üzrə İslandiya yığması əhalinin sayına görə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ən kiçik ölkə olub.

Boyukmillet.com-ın RT-yə istinadən xəbərinə görə, hazırda ada dövlətində 330 min nəfər yaşayır.

Bundan əvvəli rekord Trinidad və Tobaqoya məxsus idi – 1,3 milyon.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin “I” qrupunun qalibi olan İslandiya Xorvatiya, Ukrayna, Türkiyə, Finlandiya və Kosovo komandalarını qabaqlayıb. Son turda islandiyalılar Kosovonu 2:0 hesabı ilə məğlub ediblər.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq