“Fənərbaxça”dan dəstək: Azərbaycan candır – Foto

21 Okt 2017
286 baxış

Dünyada gördüyüm ən təmiz, ən məsum, ən saf hislərlə edilmiş bir xoreoqrafiyadır.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin “Fənərbaxça” futbol klubunun azarkeşləri sosial şəbəkədəki səhifələrində “Qarabağ”lı azarkeşlərə dəstək nümayiş etdirirərək bu fikirləri bildiriblər.

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezelin öz yazısında A4 formatlı kağızda “Qarabağ” yazan azarkeşləri tənqid və təhqir etməsi fənərbaxçalı azarkeşləri və klub üzvlərini qəzəbləndirib. Klub üzvləri bildiriblər ki, bu xoreoqrafiyanı məsxərəyə qoyanlar bizdən deyil:

“Bir çox səhifələrdə lağ edilən bu xoreoqrafiya azmış kimi bir də qəzetdə bunu “əzik” kimi qələmə veriblər. Lağ edənlər, alçaldanlar bizdən deyil. Azərbaycan candır”.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq