“Roma”nın baş məşqçisi: “Qarabağ” hamının həyatını çətinləşdirdi”

01 Noy 2017
262 baxış

"Qarabağ” hamının həyatını çətinləşdirdi. Bu barədə əvvəl də demişdim. Avropada zəif komanda yoxdur”. 

Bunu İtaliya təmsilçisi “Roma”nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının (ÇL) C qrupunda yaranmış vəziyyəti şərh edərkən deyib.

Oktyabrın 31-də IV tur çərçivəsində “Roma” evdə İngiltərə “Çelsi” üzərində 3:0 hesablı qələbə qazandığı halda, “Qarabağ” İspaniyada “Atletiko” ilə heç-heçə edib – 1:1. 

48 yaşlı italiyalı mütəxəssisin fikrincə, beynəlxalq matçlarda bütün kollektivlər qələbəyə oynayırlar və nəticə qazanmağa çalışırlar: “Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanacağımıza əvvəl də inanırdıq, indi də. Bunu bacarmağa yaxınıq, lakin danışmaq üçün tezdir. Böyük qələbədir, lakin təkcə mənim deyil, hamımızındır”.

Qeyd edək ki, 4 turdan sonra İtaliya təmsilçisi “Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin “Çelsi” komandasının 7, “Atletiko”nun 3, “Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək. (report.az)

 

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq