“Traktorsazi” fanatları Bakıda: “Qarabağ”ı dəstəkləmək üçün Təbrizdən 100-dən çox azarkeş gəldi

22 Noy 2017
246 baxış
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Çelsi” matçının biletləri tükənib. Sabah Bakı Olimpiya Stadionunun tamamilə dolacağına şübhə yoxdur.
 
Matçı izləmək üçün Cənubi Azərbaycandan da xeyli fanat gəlib. Bu gün 75 nəfərlik qrup paytaxtımıza gələrək, müxtəlif otellərdə məskunlaşıb. Əsasən Təbrizdən olan və “Traktorzsazi”yə azarkeşlik edən fanatlar az öncə şəhəri gəzməyə çıxıb. Saytımızın əməkdaşı isə qonaqları qaldıqları oteldə taparaq onlarla söhbətləşib.
 
Cümə gününə kimi Bakıda olacaq cənublu soydaşlarımızın sıraları sabah bir az da genişlənəcək. Çünki daha bir qrup Təbrizdən avtobusla yola çıxıb və sabah günorta saatlarında burada olacaqlar. “Çelsi” ilə matçda “Qarabağ”ı 100-dən çox çılğın “Traktorsazi” fanatının dəstəkləyəcəyi gözlənilir. (Futbolinfo.az)
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq