Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib

12 Dek 2017
231 baxış

Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib.

Cavab qarşılaşmalarına dekabrın 14-də start veriləcək. İlk oyun günündə “Kəpəz”–“Keşlə” və “Neftçi”–“Zirə” klubları üz-üzə gələcəklər.

Dekabrın 15-də isə “Səbail”–“Qəbələ” və “Sumqayıt”–“Qarabağ” komandaları qarşılaşacaqlar.

Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk oyunlarının nəticələri belə olub: “Keşlə”–“Kəpəz” - 2:0, “Zirə”–“Neftçi” - 1:0, “Qəbələ”–“Səbail” – 1:0, “Qarabağ”–“Sumqayıt” – 2:1. (azertac)

 

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq