"Qarabağ"la oyun Məsut Özil üçün əlamətdar olacaq

28 Sen 2018
40 baxış

Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la Bakıda keçirəcəyi oyun İngiltərənin "Arsenal" klubu üçün iki məqamla əlamətdar olacaq. 

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Avropa miqyaslı yarışlarda yubiley oyununa çıxacaq. Türk əsilli futbolçu meydanda olacağı təqdirdə, avrokuboklarda 100-cü matçını keçirəcək. 

"Arsenal" klubu həmçinin rəsmi qarşılaşmaya görə ən uzun səfərini gerçəkləşdirəcək. London təmsilçisi Bakıya gəlmək üçün 4000 km məsafə qət edəcək. 

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq