Tehranda Azərbaycan türkləri ilə farslar arasında qarşıdurma – Farslar stadionda Azərbaycan bayrağına qarşı Ermənistan bayrağı açdılar… (Foto)

26 Noy 2018
46 baxış

Tehranın “Azadi” stadionunda keçirilən “Persopolis”-“Traxtur” futbol matçında  azarkeşlər arasında qarşıdurma yaranıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının cebhe.info-ya verdiyi məlumata görə, qarşıdurmaya səbəb fars azarkeşlərin şovinist hərəkətləri olub. Türk azarkeşlərin Azərbaycan və Yaponiya bayrağı (“Tiraxtor” klubunda oynayan  futbolçularınan biri yapondur-müəll.) qaldırması farsları narazı salıb. Onlar buna cavab olaraq Ermənistan bayrağı açıblar. Azərbaycanlı azarkeşlər milli şüarlar səsləndirib. Bu zaman azarkeşlər arasında qarşıdurma yaranıb. Qarşıdurmada bir neçə “Traxtur” azarkeşi xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, “Tiraxtor”un vurduğu qollardan biri hesaba alınmayıb. Oyunda hesab açılmayıb.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq