UEFA ən çox gəlir əldə edən klubların adlarını açıqlayıb

18 Yan 2019
82 baxış

Avropanın 710 yüksək səviyyəli futbol klubu 2017-ci ildə 20.11 milyard avro gəlir əldə edib. 

Boyukmillet.com xəbər verir ki, bu barədə UEFA-nın hesabatında qeyd olunub. Rəsmi sənəddə bildirilir ki, 2017-ci ildə ümumi gəlir 1.6 milyar avrodan çox artıb. "Top-30" klubun qazancı isə 7 faiz artaraq 9.7 milyard avroya çatıb.

İngiltərənin "Mançester Yunayted" klubunun gəliri 2016-cı ilə nisbətən 13 milyon avro aşağı düşüb. Buna baxmayaraq, İngiltərə təmsilçisi 676 milyon avro qazancla ilk pillədə qərarlaşıb. İkinci sırada Mançester təmsilçisindən 1 milyon avro az gəlir əldə edən İspaniya "Real Madrid"i qərarlaşıb.

Növbəti sıralarda isə gəlirləri 400 milyondan çox olan "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), "Mançesater Siti" (İngiltərə), PSJ (Fransa), "Arsenal", "Liverpul", "Çelsi" (hamısı İngiltərə) və "Yuventus" (İtaliya) yer alıb. 

İngiltərə Premyer Liqası klublarının 5.3 milyard avroluq qazancı toplam gəlirin 1/4-ni təşkil edir. İspaniya La Liqasının klubları 2.9 milyard avro, Almaniya Bundesliqasının komandaları 2.8 milyon avro, İtaliya A Seriyasının təmsilçiləri 2.2 milyard avro, Fransa çempionatının klubları isə 1.6 milyon avro gəlir əldə ediblər. 

(Report)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq