Gələn ildən Azərbaycana gətirilən aksizli mallar üçün yeni aksiz dərəcələri müəyyən edilib

23 Dek 2017
187 baxış

Gələn ildən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli mallar üçün yeni aksiz dərəcələri müəyyən edilib. 

Boyukmillet.com-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. 

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”i yeni redaksiyada təsdiq edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, 2018-ci il yanvarın  23-də qüvvəyə minir.

 

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq