Neft bahalaşır

10 Yan 2018
213 baxış

ABŞ Energetika Nazirliyinin neftlə bağlı etdiyi proqnozdan sonar “Brent” markalı neft bahalaşmağa başlayıb. Bakı vaxtı ilə saat 23:02-dən etibarən bu markadan olan neftin bir barelinin qiyməti 2015-ci ilin may ayından ilk dəfə 69 dolları keçib.

Boyukmillet.com xəbər verir ki, ABŞ Energetika Nazirliyinin proqnozuna əsasən, 2018-ci ildə Brent markalı neftin bir barelinin orta qiyməti 59,74 dollar təşkil edəcək. Bu, ötən ayın proqnozundan 2,48 dollar çoxdur.

Beləliklə, “Brent” markalı neft qatqısının bir barelinin mart ayı fyuçerslərinin dəyəri 1,76% artaraq 68,97 dollar təşkil edib. Bundan əvvəl Brent markalı neftin bir bareli 69,05 dollar həddinə çatıb.

“WTI” markalı neftin bir barelinin fevral ayı üçün fyuçerslərinin dəyəri 2,32% artaraq 63,16 dollar təşkil edib.

 

Boyukmillet.com

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq