Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir

24 May 2018
433 baxış

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Beynəlxalq İqtisadi Forum açılıb.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov rəhbərlik edirlər.

Forumun işində həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təmsilçiləri iştirak edirlər.

Bu gün başlayan forumda rekord sayda - 15 min nümayəndə heyəti, eləcə də 72 ölkədən 1500-ə yaxın Rusiya və xarici ölkələrin şirkətləri iştirak edir.

Rusiya Prezidenti Vladimir Putinin foruma qatılacağı gözlənilir. Foruma fəxri qonaq qismində Fransa Prezidenti Emmanuel Makron və Yaponiyanın Baş naziri Sindzo Abe də gələcək.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq