Bakı-Gəncə sürət qatarı bu ilin sonuna qədər işə düşəcək

28 Sen 2018
20 baxış

Bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması nəzərdə tutulub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

“Təxminən, 15 gündən sonra həmin istiqamətdə hərəkət edəcək sürət qatarlarına baxış keçiriləcək”, - o qeyd edib. 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq