S&P: Bu il AMB-nin valyuta ehtiyatları 7% artacaq

28 Yan 2019
67 baxış

 “2019-cu ilin sonunda Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları 460 mln. ABŞ dolları və ya 7,31% artaraq 6,754 mlrd. dollara çatacaq”.

Bu barədə “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, 2018-ci ildə AMB-nin ehtiyatları 959 mln. dollar və ya 17,98% artaraq 6,294 mlrd. dollar olub:

“AMB-nin valyuta ehtiyatları 2020-ci ildə 7,211 mlrd. dollar, 2021-ci ildə isə 7,671 mlrd. dollar olacaq”.

(Report)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq