Pakistan, Türkiyə və Azərbaycanın birgə qida, turizm məhsulları və tekstil sərgisi başlayır

10 Apr 2019
172 baxış

Aprelin 11-də Bakıda Pakistan,Türkiyə və Azərbaycanın birgə qida, turizm məhsulları və tekstil sərgisi başlayır.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boyukmillet.com-un məlumatına görə, bununla keçirilən mətbuat konfransında çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmand deyib ki, tədbir Pakistan tərəfinin təşəbbüsü ilə ilk dəfə keçirilir və sərginin məqsədi Azərbaycan, Türkiyə və Pakistan arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək və 3 ölkənin xalqlarını bir araya gətirməkdir. Onun sözlərinə görə, Azərbaycan və Pakistan arasındakı ticarət əlaqələri mövcud olan potensialı tam əks etdirmir: "Sərgidə 34 şirkət iştirak edəcək və ümid edirəm ki, bu, ölkələrimiz arasında mövcud olan ticari əlaqələrin inkişafına səbəb olacaq. Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin inkişafı üçün ən başlıca addım birbaşa reyslərin açılmasıdır. Pakistanlı iş adamları buraya gəlmək üçün Dubay və Qatar üzərindən uçuşlar həyata keçirir. Bu məsafənin qısalması malların qiymətinə də öz təsiri göstərəcək".

Səfir vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı ildən bu yana 2 dəfə artaraq 16 milyon dollara çatıb.Sərgi aprelin 13-nə kimi davam edəcək. Sərgidə 35 Pakistan, 20 Türkiyə və 10 Azərbaycan şirkəti iştirak edəcək.
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq