Burda göstərilən tarixə olan xəbərlər: Şənbə, 03 Fevral 2018

Məmməd Səid Ordubadi 24 mart 1872-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. Atası Hacıağa Fəqir bəy, anası Nənəqız xanımdır. Məmməd Səid atasının maddi ehtiyac içində yaşadığını, buna görə də “Fəqir” təxəllüsünü seçdiyini qeyd edir.

Məmməd Səid Ordubadi ilk təhsilini məhəllə mollaxanasında axund Şərəbanidən alıb, sonra bir müddət şair Mirzə Baxışın məktəbində, 1890-cı ildə isə böyük maarifpərvər M.T.Sidqinin Ordubadda açdığı yeni üsullu “Ulduz” məktəbində oxuyub. Məmməd Səid bu məktəbdə müəllimindən elmlə yanaşı, ictimai hadisələr barədə də məlumatlar alır, dünyagörüşü inkişaf edir və yaradıcılığa həmin vaxtdan başlayır. Öz dövrünə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi müəllim Ordubadinin maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynayıb.

Məmməd Səid Ordubadi ana dilində yazdığı şeirləri “Səid Ordubadi”, yəni “Xoşbəxt ordubadlı” təxəllüsü ilə yazırdı. O, ədəbi yaradıcılığa 14 yaşından başlayıb. Müəllimləri onda şeirə, yaradıcılığa olan meyli və həvəsi daha da gücləndiriblər. Bu barədə o öz xatirələrində belə yazır: “Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Bir zamanlar anam da buna mane olurdu. Çünki atamın seir sənətindən necə fəlakətlər çəkdiyi onun yadında idi. Fəqət məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi”. Onun xatirələrində daha sonra oxuyuruq: “Şeirlərim “Şərqi-rus” qəzetində çıxdığı vaxt fabrik sahibi Rzayev qəzeti fabrikdə mənə göstərib dedi: “Çox şadam ki, Ordubaddan da qəzetə yazan vardır”. Fəqət fabrik sahibinin bu razılığına baxmayaraq, mən axşam işdən çıxdıqda ustabaşı Nağı mənə yaxınlaşıb: “Sabah get haqq-hesabını kontordan al!”– deyərək mənim işdən qovulduğumu xəbər verdi”. Yəni Ordubadinin “Yaşa insanca, insanlar tək azad ol əsarətdən” ideyası rəhbərlik tərəfindən qəbul edilməyib. Buna baxmayaraq, Səid “Şərqi-rus” qəzetində şeirlərinin dərc olunmasını özü üçün müvəffəqiyyət hesab edir və şeir yazmağa daha da həvəsləndiyini yazır.

Gənc Səid bu illərdə mütaliəyə böyük həvəs göstərib və yaradıcılığını davam etdirib. Şeirləri “Şərqi-rus” qəzetində çap olunduqdan sonra onun şeirə və yazıçılığa olan marağı gündən-günə artıb. Nəticədə o, 1904-cü ildə “Qəflət” adlı əsərini yazıb. Bu əsər 1906-cı ilin yanvar ayında Tiflisdə “Qeyrət” mətbəəsində nəşr olunub.

1907-ci ildə Məmməd Səid Ordubadi Tiflisdə “Qeyrət” mətbəəsində “Vətən və hürriyyət” adlı ikinci kitabçasını nəşr etdirib. Buradakı şeirlər ideya-məzmun baxımından “Qəflət”in davamı olsa da, müasirlik ruhu daha qüvvətli duyulurdu. Şair xalqın, Vətənin düşdüyü məhrumiyyətlərdən kədərlənir, bu vəziyyətdən çıxış yolları axtarırdı. Onun qənaətinə görə, xalqın xoşbəxtliyi, Vətənin nicatı ancaq hürriyyətə can atmaqda, bu yolda birgə səy göstərməkdə, elmdə, maarifdədir. “Vətənimizə bir neçə söz”, “Loğmanın vəsiyyəti” və başqa şeirlərində müəllif vətəninin gözəl təbiətini təsvir etməklə yanaşı, əsrlər boyu yadellilərin bu torpağa sahib olmaq arzusundan, xalqa olmazın əzab-əziyyət verməsindən yazır, cəhalət pəncəsində əzilən xalqını mübarizəyə səsləyir və bütün bunların xalqın birliyi ilə aradan qaldırılmasına əminlik hissini ifadə edir. Bu şeirlər Məmməd Səid Ordubadinin poeziyasının mərhələsindən xəbər verir, Vətənin taleyinin onun yaradıcılıq amalına çevrildiyini təsdiq edir. Təsadüfi deyil ki, ədibin özü də xatirələrində bu illərdə vətənpərvərlik ideyasına bağlı olduğunu etiraf edir.

Bəli, “Vətən və hürriyyət” əsəri məhz Vətən sevgisi ilə qələmə alınmışdı. O ki qaldı ədibin “millətçilik, məzhəb, din işləri”nə bağlılığı və sonralar bunun sönməsinə, bizcə bu etiraf yanlış mövqedən yozulub. Ədibin bu fikirlərinə istinad edib, təbii ki, onu panislamist kimi qələmə verməyə çalışıblar. Əslində, “Vətən və Hürriyyət”də Cavad xanla bağlı məsələlər diqqəti cəlb edir. Gəncə hakimi Cavad xanın şəxsiyyəti, onun öz xalqına, Azərbaycan torpağına olan böyük məhəbbəti, bu yolda həyatını qurban verməsi həyəcanla təsvir olunur. Cavad xanın həyat yoldaşı Bəyim xanım dəfn mərasiminə toplaşanlar qarşısında etdiyi nitqində belə deyib: “Vətən, xalq yolunda azadlıq mübarizəsi aparanları tarix unutmur. Hürriyyət, azadlıq xalqın olumu, ölümüdür. Onsuz yaşamaq, onsuz milli mənliyi saxlamaq qeyri-mümkündür. Ata-baba yoludur bu yol. Uluların bizə nəsihətidir Vətən uğrunda mübariz olmaq...” Bu da bir həqiqətdir ki, tədqiqatçılarımız “Vətən və hürriyyət”də Cavad xan haqqında yazılan şeiri yada salmayıb, yalnız əsərə panislamist damğası vurmaqla işlərini bitmiş hesab ediblər. Əslində, bu şeir Azərbaycan poeziyasına yeni mövzu və mübariz ruh gətirib, Məmməd Səid Ordubadinin istedadlı bir şair mövqeyini təsdiq edib, ona böyük nüfüz qazandırıb.

Məmməd Səid Ordubadinin yaradıcılığında baş verən dönüş, realizmin güclənməsi, tənqidi motivlərin qabarıq nəzərə çarpması, azadlıq ideyalarının açıq təbliği şairin dünyagörüşündəki inkişafla bağlı idi. Bu yeniləşmənin əks-sədası artdıqca ona qarşı tədbirlər də çoxalıb. Ordubadda onun evində axtarış aparılması da təsadüfi deyildi. Təqiblərdən xilas olmaq üçün Məmməd Səid 1907-ci ildə Culfaya köçmək məcburiyyətində qalıb. Culfa Ordubaddan daha get-gəlli bir şəhər idi. Culfa dəmir yolu Təbrizə qədər uzadıldığından, buradan Rusiya və Avropaya get-gəl artmışdı. Məmməd Səid Culfadan tez-tez Təbrizə gedir, inqilabi hərəkatın gedişi ilə tanış olur, Səttar xanla görüşür, oraya inqilabi ədəbiyyat aparırdı. Ədib ictimai fəaliyyətilə yanaşı, bədii yaradıcılığını da davam etdirirdi.

Məmməd Səid Ordubadi yazdığı felyeton və satiraları ilə geniş şöhrət qazanır. O, bəzi şeirlərində “Gül-bülbül” poeziyasına qarşı çıxır, böyük sələfi M.F.Axundzadə kimi o da epiqonçuluğu kəskin tənqid edirdi. Onun şeirləri həm açıq imza ilə, həm də “Həmdəmxəyal”, “Bəhayi”, “Məsa”, “Divanə”, “Ruhi-reyhan” və s. kimi gizli imzalarla çap olunurdu. Onun bu illərdəki yaradıcılığında satirik ruh üstünlük təşkil edirdi, Şərq despotizminin iflası və qadın hüquqsuzluğunun tənqidi əsas mövzulardan idi.

Məmməd Səid Ordubadinin yaradıcılığında mühüm bir qolunu felyetonlar təşkil edir. Ədib “Molla Nəsrəddin” jurnalında dərc olunan felyetonlarında dövrün bir sıra mühüm ictimai problemlərinə toxunur, gerilik və nadanlığı, zülm və ədalətsizliyi, beynəlxalq imperializmi amansız tənqid atəşinə tuturdu.

Məmməd Səid Ordubadi Culfada olarkən dram janrında bir neçə əsər yazıb. “Bağı-şah, yaxud Tehran faciəsi” Ordubadinin ilk dram əsəridir. Onun nəşr edilən ikinci dram əsəri “Əndəlisin son günləri, yaxud Orenadanın təslimi” adlı 4 pərdəli faciədir. Əsər 1914-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində kitab halında çap olunub, ədəbi mühitdə geniş   əks-səda doğurub.

Birinci dünya müharibəsi illərində Ordubadi “Teymurləng və İldırım Bəyazid” pyesini qələmə alıb. Bu əsərdə də sənətkarın işğalçı müharibələrə kəskin münasibəti aydın nəzərə çarpır. Pyesdə müəllif iki hökmdarın – Teymurləng və Bəyazidin simasında müharibə törədənlərə etirazını bildirib, bu ideya ilə bağlı Bəyazidin oğlu Musa ilə Teymurləngin qızı Zərifə arasındakı sevgi xəttini qabardıb. Onlar müharibəyə nifrət bəsləyir, səmimi, saf məhəbbəti hər şeydən üstün tuturlar yazıb.

Məmməd Səid Ordubadi 1920-ci illərdə C.Məmmədquluzadə ilə birlikdə “Molla Nəsrəddin” jurnalında fəaliyyətini davam etdirir, digər mətbuat orqanlarında da fəal iştirak edir, cəmiyyətə zidd mənfi halları, beynəlxalq imperializmi kəskin tənqid atəşinə tutur. Bütün bunlarla yanaşı, Məmməd Səid tarixi mövzuda əsərlər yazmaq üçün ciddi hazırlıq görür, vətənpərvərlik ruhunda çoxlu məqalələr yazır.

Yazıçının arxivində olan qeydlərdən və başqa avtoqraflardan məlum olur ki, o, ən qədim dövrlərdən başlayaraq müasir həyatımıza qədər Azərbaycan tarixinin mühüm mərhələlərini müxtəlif janrlarda əks etdirmək istəyib. Böyük yazıçıya görə, tarixi romanda xalqın həyatı, xalqın ruhu, xalqın mübarizəsi göstərilməli, onun bədii obrazı yaradılmalıdır. Onun fikrincə yazıçı “...Xalqının çətinliklər qarşısında boyun əymədiyini, eyni zamanda, bu mətanətli xalqın mərhəmətlə coşan bir qəlbə, təmiz və ülvi bir vicdana malik olduğunu... göstərməlidir.”

Məmməd Səid Ordubadi öz tarixi romanlarını yazarkən bir sıra çətinliklərlə qarşılaşıb. Bunlardan ən başlıcası o illərdə Azərbaycan tarixinə aid dolğun elmi əsərlərin azlığı idi. Azərbaycan ədəbiyyatında bu janrda izlənməli, istifadə edilməli nümunələr olmadığından o, janrın nəzəri-estetik prinsipləri barədə düşünməyi və öz sözünü deməyi də lazım bilib. Ədib tarixə yalnız olmuş hadisələr toplusu kimi baxmayıb, gələcək naminə müraciət edib, keçmişdən ibrət dərsi götürməyi vacib sayıb.

Məmməd Səid Ordubadinin ilk tarixi romanı “Dumanlı Təbriz” əsəridir. Romanda XX əsrin əvvəllərində Cənubi Azərbaycanda Səttar xanın rəhbərliyi ilə baş verən azadlıq hərəkatı və onun məğlubiyyətindən sonra xalqın İran şahlığına və xarici imperialist dövlətlərin müstəmləkəçilik siyasətinə qarşı mübarizəsinin onillik dövrü qələmə alınıb. 1933-1948-ci illərdə çap olunan romanda İranda və Cənubi Azərbaycanda başlanan milli-azadlıq hərəkatının, hər şeydən əvvəl, ölkənin öz daxili ziddiyyətlərindən doğduğu və inkişaf etdiyi ideyası aydın olur. İranda mülkədar-kəndli münasibətinin dözülməz şəkil alması, şahlıq üsulunun çürüməsi, imperialist dövlətlərin müstəmləkəçilik siyasəti xalqın vəziyyətini daha da ağırlaşdırır və o, tədricən kortəbii olaraq mübarizəyə başlayır. Bu mübarizə getdikcə mütəşəkkil forma alıb xalq hərəkatına çevrilir.

 “Dumanlı Təbriz” romanı yazıçının yaradıcılıq üslubunu və sənətkarlıq məharətini araşdırmaq üçün də zəngin material verir. Roman rus dilinə tərcümə olunduqdan sonra müəllifin ünvanına saysız məktub göndərilməsi onun oxucular tərəfindən maraqla qarşılandığını göstərir.

Məmməd Səid Ordubadinin son tarix romanı “Qılınc və Qələm” əsəridir. Ədib bu romanı yazmadan əvvəl qələmə alacağı dövrü ətraflı araşdırıb, qədim əlyazmaları ilə tanış olub, bir sıra məqalə yazıb və çap etdirib. İki hissədən ibarət olan bu iri həcmli roman müəllifin Nizami dövrünə marağının və böyük şairin yaradıcılığına olan dərin məhəbbətin ifadəsi idi. O, XII əsrin mürəkkəb ictimai siyasi hadisələri fonunda qüdrətli şairin yaradıcılıq yolunu işıqlandırmağa müvəffəq olub. Nizami sənəti Ordubadi üçün əsl məktəb idi. O, “Ədəbiyyatımız və tənqidimiz haqqında” məqaləsində yazırdı: “Nizami müharibələrdən yazmaq istədiyi zaman bir hərb mütəxəssisi kimi fəthi və qələbəni qazandıra biləcək vasitələri böyük məharətlə təyin edir”.

Romanda qılıncla qələmin, ağılla gücün ittifaqından söz açılır. Nizaminin dililə deyilən “...Biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir” sözləri müəllif qayəsini mənalandırır. Məmməd Səid Ordubadinin əvvəlki tarixi romanları kimi, bu roman da rus dilinə tərcümə edilərək müəllifinə böyük şöhrət qazandırıb.

Bütün yaradıcılığı boyu xalqın mədəni inkişafında mətbuatın roluna yüksək qiymət verən ədibin “Azərbaycan xalqının qəhrəman keçmişindən” başlığı ilə çap etdirdiyi silsilə məqalələri isə onun elmi publisistikasında seçimli örnəklərdəndir. Onun “Böyük dövlət adamları” məqaləsində Atabəylər dövləti tarixində Qızıl Arslanın siyasi rolundan, başqa görkəmli şəxsiyyətlərin fəaliyyətindən danışılır. Müəllifin arxivində onun Babək, Şah İsmayıl, Səttar xan və b. haqqında məqalələri də saxlanır. Onun Xətib Təbrizi, Şəmsəddin Təbrizi, Nizami, Füzuli, Ağaməsih Şirvani, Vidadi, Vaqif, Sidqi, Sabir və başqa söz sənətkarları barədə yazdığı məqalələr çoxəsirlik ədəbiyyat tariximizin öyrənilməsi işində qiymətli bir mənbədir. Məmməd Səid Ordubadinin yaradıcılığı milli mədəniyyətimizi zənginləşdirib, onun inkişafında müsbət rol oynayıb.

Azərbaycan xalqının həyatında böyük iz qoyan ustad sənətkar 1950-ci il may ayının 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. (Bakı Xəbər)

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor

Nəşr olunub MƏDƏNİYYƏT

“Ermənistan parlamentində bu mövzu müzakirə edilən gün xarici ölkələrdə olan diaspor təşkilatlarımız fəal olmalı, həmin ölkənin səfirlikləri önündə aksiyalar keçirməlidirlər”

İsmayıl Ağayev: “Bu qabaqlayıcı addımlarla erməni yalanlarını ifşa etmək olar”

Ermənistanın hakim partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, ölkəsinin parlamentində “Sumqayıt hadisələri” adlı dinləmələr keçiriləcək. Onun sözlərinə görə, parlamentdə aparılacaq müzakirələrə hadisələrin şahidləri, ekspertlər dəvət olunacaq. Aşotyan bildirib ki, dinləmələrin keçirilməsinin başlıca səbəbi dünya ictimaiyyətini həmin hadisələr barədə ətraflı  məlumatlandırmaqdır. Müzakirələrin fevralın 22-də baş tutacağı gözlənir.

Sumqayıt hadisələrinin necə və kimlər tərəfindən törədildiyi bəllidir. Ermənilərin parlamentdə keçirəcəyi dinləmələr təbii ki, şər-böhtan üzərində qurulacaq. Onların dünya ictimaiyyətini aldatmaq cəhdinin qarşısını almaq üçün Azərbaycan hansı addımları atmalıdır?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev "Bakı Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, biz yalnız bu məsələ ilə bağlı deyil, bütün istiqamətlər üzrə ermənilərlə informasiya savaşına hazır olmalıyıq: “BDM olaraq biz bu savaşı aparırıq. Xüsusilə də xarici ölkələrin universitetlərində erməni yalanlarını ifşa edən tədbirlər keçiririk. Həmin tədbirlərdə biz Sumqayıt hadisələrindən də çox danışıb, bu mövzu ilə bağlı əsl həqiqətlərin üzə çıxması ilə bağlı ətraflı işlər aparmışıq. 1988-ci ildə baş verən həmin hadisəni ermənilər yanlış istiqamətdə təqdim etməklə özlərini zorakılığa məruz qalan millət kimi göstərməyə çalışırlar. Məsələnin mahiyyəti belədir ki, 1988-ci il fevralın 28-də İrəvan və Moskvanın xüsusi xidmət orqanları tərəfindən Sumqayıtda qanlı hadisələr törədildi. Ermənistanın tanınmış siyasi xadimlərindən olan Ayrikyan Sumqayıt hadisələrinin Moskva tərəfindən təşkil olunduğunu etiraf edib. Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da təsdiq edib. Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməyib. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 4 mindən artıq Azərbaycan türkünün əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Ona görə də burada genişmiqyaslı iğtişaşlar törətmək mümkün oldu.

İstintaq materiallarında iğtişaşlara erməni Eduard Qriqoryanın rəhbərlik etdiyi bildirilirdi. Erməninin bu hadisələrə başçılıq etməsi hər şeyə aydınlıq gətirir. O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bütün bu faktları təsdiq edən rəsmi sənədlər, istintaq materialları və məhkəmə hökmləri var. Bu illər ərzində hadisə ilə bağlı reallığı əks etdirən çoxlu sayda kitab yazılıb, filmlər çəkilib. Yəni bizim əlimizdə ermənilərin yalanını sübut etmək üçün kifayət qədər dəlillər var. Ermənilərin müzakirələrə başlamasını gözləmədən, bu gündən başlayaraq, Sumqayıt hadisələrinin əsl mahiyyətini dünyaya açıqlamağa cəhd etməliyik. KİV-lər, QHT-lər, hətta fərdi qaydada vətəndaşlarımız sosial şəbəkələrdə fəal olmalıdırlar. Xüsusilə də Ermənistan parlamentində bu mövzu müzakirə edilən gün xarici ölkələrdə olan diaspor təşkilatlarımız fəal olmalı, həmin ölkənin səfirlikləri önündə aksiyalar keçirməlidirlər. Hesab edirəm ki, bu qabaqlayıcı addımlarla erməni yalanlarını ifşa etmək olar”. ("Baki Xeber")

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

ABŞ-da qrip epidemiyasından ölən uşaqların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Xəbərdarlıq üzrə Mərkəzə istinadən yayılan məlumatda bildirilir ki, artıq 53 uşaq qripdən ölüb.

Bundan əlavə, epidemiya bütün ştatlara yayılıb. Xəstəliklərə yoluxma faktları Puerto-Riko və Quam adasında da qeydə alınıb.

Xatırladaq ki, 37 ölüm hadisəsinin olduğu xəbər verilirdi.

Nəşr olunub HADİSƏ

Urmu gölü böhranının həlli proqramı Yaponiya dövlətinin maliyyə dəstəyi və Urmu Gölünü Canlandırma Mərkəzinin əməkdaşlığı ilə birgə aparılacaq.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmisi Əziz Əlbəhri məlumat yayıb.

Əziz Əlbəhri Urmu gölünün su hövzəsindəki su qıtlığı probleminin səbəbləri, ictimai-ekoloji problemlər, davamlı əkinçilik, suyun istehlakı və əldə olunması, əkilən məhsulların düzgün seçilmə və torpaqdan düzgün istifadə məsəllərinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nəzarəti altında olacağını bildirib.

O, Urmu gölünün canlandırılması üçün birgə fəaliyyət planının hazırlanmasının vacibliyinə işarə edərək məsələnin tezliklə həlli yollarının tapılacağını qeyd edib.

Nəşr olunub CƏMİYYƏT

ABŞ yalnız fövqəladə hallarda və müttəfiqlərinə qarşı istənilən hücumlarda nüvə silahından istifadə edə bilər.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin müavini Patrik Şenahan deyib.

“Nüvə doktrinasında qeyd edilir ki, ABŞ yalnız öz həyati maraqlarını qorumaq üçün nüvə silahının istifadəsinə baxa bilər. Həmçinin müttəfiq və partnyorların qorunmasında da sözügedən silahdan istifadədən söhbət gedə bilər”, - deyə bildirilib.

Boyukmillet.com

Nəşr olunub DÜNYA

Səfir Həsən Zeynalov elə faktları açıqlayıb ki...; “Bununla Heydər Əliyev Azərbaycan dilinə, Azərbaycan türklərinə yuxarıdan aşağı baxanlara dərs verdi”;

Bir sıra peşələr var ki, orada hər kəs özünü doğrulda bilmir. Bu sahələrdən biri də diplomatiyadır. Çox adam peşəkar diplomat olmaq istər, amma hətta Diplomatiya Akademiyasını bitirsə, uzun illər bu sahədə hansısa postu tutsa belə, uğurlu bir diplomat ola bilməz. Diplomatiyaya gedən yol uşaqlıq, yeniyetməlik illərindəki mübarizlikdən, fədakarlıqlardan, qorxmazlıqlardan başlayır desək, qətiyyən yanılmarıq. Bu cür də demək mümkündür ki, bu, insanın genetikasına, dəyişməz əqidəsinə və yaradılışına bağlıdır. Bəlkə bu deyimi də formalaşdıra bilərik: “Diplomat olmurlar, diplomat doğulurlar”...

“Diplomatın tale yolu” ilə tanışlıq yuxarıda qeyd edilən fikirləri qətiləşdirir. Adıçəkilən kitab Heydər Əliyev məktəbinin yetirməsi, peşəkar diplomat, 1988-ci ildə başlayan xalq hərəkatının aktivlərindən olan Həsən Zeynalovun zəngin ömür, tale, karyera yolundan, bir fədakar, mübariz vətəndaş kimi atdığı addımlardan, gördüyü işlərdən bəhs edir.

Dosye:

Həsən Zeynalov 1951-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, daha sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1967-69-cu illərdə Azərbaycan Dəmir Yollarında fəhlə kimi çalışıb. 1970-1992-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində texnik, mühəndis, böyük mühəndis, Kommunal Təsərrüfat İdarəsinin rəisi vəzifələrində işləyib. 1992-ci ildə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin fərmanı ilə Muxtar Respublikanın Bakı şəhərindəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub. 2004-cü ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə ölkəmizin Qars şəhərində baş konsulu vəzifəsinə təyin edilib və 2010-cu ilədək həmin vəzifədə çalışıb. 2010-2015-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi olub. 2015 – Azərbaycan Respublikasının Türkmənistanda, eyni zamanda Əfqanıstan İslam Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin olunub.


2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Dövlət Qulluqçusu fəxri adına layiq görülüb. 2009-cu ildə Diplomatik Xidmətdə fərqlənməyə görə yubiley medalı ilə təltif olunub.

***

Həsən Zeynalovun ömür yoluna işıq salan 680 səhifədən ibarət “Diplomatın tale yolu”nda onun Naxçıvanın Bakıdakı Daimi nümayəndəliyinin rəhbəri, Azərbaycan Respublikasının Qarsda, İstanbulda Baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi nümayəndə, Türkmənistanda və Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri kimi səmərəli fəaliyyətini əks etdirən faktlar, rəsmi sənədlər və mətbuat arxivi, canlı xatirələr, rəylər əsasında ədəbi-publisistik üslubda qələmə alınıb.

Kitabda diqqəti xüsusi cəlb edən bir sıra məqamlar var:

Yuxarıda qeyd etdiyim kimi, diplomatiyaya gedən yol genetik mübarizlikdən başlayır. Kitabda Həsən Zeynalovun şəcərəsi də təqdim edilir.

Həsən Zeynalovun ata babası Məşədi Əziz bəy adlı-sanlı bəy nəslindən olub. Qori Gimnaziyasında təhsil alıb, el-obasında böyü nüfuz qazanıb. 1920-ci ilin “səadət və xoşbəxtlik” gətirən bolşevik inqilabı Məşədi Əziz bəy Zeynalxanlını da öz el-obasından didərgin düşməyə vadar edir.

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


O, “yeni dünya quranların” təzyiqləri səbəbindən Arazın o tayına pənah aparmaq istəyir. Bu niyyətlə soyuq qış ayında Arazı keçmək istəyərsən donmuş buzlar parçalanır, Məşədi Əziz bəy Arazın o tayına buzlu sularda üzərək keçməli olur. Əziz bəy xəstələnir və bir neçə gündən sonra dünyasını dəyişir. Bəzi məlumatlara görə isə bu, sovet xüsusi xidmət orqanlarının yaydığı şayiə idi. Onun İrana keçdikdən sonra sovet xüsusi xidmət orqanları tərəfindən öldürüldüyü də ehtimal olunurdu. Amma xeyli sonralar onun İranın Maku şəhərində həyatını davam etdirdiyi də deyilir...

Həsən Zeynalovun adını daşıdığı ana babası Həsən bəy də dövrünün müdrik ağsaqqalı olub.

H.Zeynalovun atası, böyük maarifçi və pedaqoq, dövrünün nüfuzlu ağsaqqalı olan Sultan müəllim və anası, pedaqoq Zəroş xanım da müdrik, alicənab insanlar olub...

1938-ci ildə ordu sıralarına çağırılan Sultan Zeynalov Finlandiya müharibəsində şərəfli bir döyüş yolu keçir. 1941-ci ildə başlayan ikinci Dünya Müharibəsi Sultan müəllimin də arzularını yarımçıq qoyur. O. 1944-cü ilədək döyüşür, sağ-salamat müharibədən dönür və müəllim fəaliyyətini davam etdirir, təhsilə töhfələrini verir. Məktəb direktoru olub, pedaqoji sahədəki səmərəli fəaliyyətinə görə 1949-cu ildə “Əməkdar müəllim” fəxri adı, 1955-ci ildə “Əmək İgidliyinə görə” medalı və “Qabaqcıl Maarif xadimi” döş nişanı ilə təltif olunub...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


H.Zeynalovu tanıyanlar onun mübariz ruhlu, qorxmaz, sözünü çəkinmədən deyə bilən bir insan olduğunu bilirlər. Yuxarıda ata-babası haqda qeyd edilən faktlar burada genetikanın da rolunun danılmaz olduğunu göstərir. Eyni zamanda kitabdakı bir fakta diqqət edək.

- Həsən Zeynalov hələ 13 yaşında ikən – 1964-cü ildə orta məktəb dərsliyində SSRİ-nin o zamankı rəhbəri - SSRİ KP MK-nın birinci katibi Xruşşovun şəklini qaralayır, cırır. Bu həmin vaxtlar idi ki, belə əmələ görə bir nəsli sürgün edərdilər... Zeynalovun Xruşşova nifrəti yaranmasının səbəbi isə onun atası Sultan müəllimlə dostları arasında evdə etdikləri söhbətlərdən SSRİ KP MK-nın birinci katibinin Azərbaycana mənfi münasibəti bəsləməsi, Naxçıvanı Ermənistana peşkəş etmək istəməsi haqda eşitdikləri olub. Bu faktla tanış olan Zeynalov “dahi rəhbərin” şəklini kitabda məhv edir, onun əleyhinə şagirdlər arasında təbliğat aparır, bir neçə sinif yoldaşı da “SSRİ tarixi” dərsliyində Xruşşovun şəklini cırır.

Bu hadisədən məktəb və rayon rəhbərliyi xəbər tutur. Həsən Zeynalova məktəbdə töhmət verilir, atası öz nüfuzundan istifadə edərək, daha böyük problemlərin olmamasına çalışır. Lakin təhlükə sovuşmur. Elə bu ərəfədə Xruşşovun vəzifədən azad edilməsi Zeynalovları belə deyək ki, xilas edir. Həsən Zeynalov qeyd edir: “Bu qədər gərginliklər yaratmağıma baxmayaraq, ata-anam mənə ağır bir söz demədi. Onlar mənim mübariz ruhumu sındırmamaq üçün olduqca həssas davrandılar. Yəqin hiss ediblərmiş ki, məndə babamdan gələn bir mübarizlik var”...

Kitabda diqqəti çəkən digər məqam:

- Həsən Zeynalov yazır ki, Bakıya ali təhsil almağa gəldikdən sonra burada paytaxtda Azərbaycan dilinin az qala unudulduğunu görüb: şəhərin mərkəzində daha çox rusdillilər, başqa xalqların nümayəndələri yaşayır, faktiki olaraq Azərbaycan dilində danışan yoxdur, Azərbaycan türklərinə, rayondan gələn tələbələrə, digər Azərbaycan dilli insanlara münasibət çox pisdir. Belə bir vaxtda Azərbaycana birinci katib təyin edilən Heydər Əliyevin televiziyada ilk çıxışını Azərbaycan dilində etdiyini görən Həsən Zeynalov bundan gözü yaşardığını, həmin andan da Heydər Əliyevə məhəbbəti yarandığını vurğulayır: “Bununla Heydər Əliyev Azərbaycan dilinə, Azərbaycan türklərinə yuxarıdan aşağı baxanlara dərs verdi”...

***

Həsən Zeynalovun 1988-ci ildə başlayan xalq hərəkatında xüsusi fəallığı da kitabda ətraflı şəkildə əksini tapır. Faktlar, rəsmi sənədlər, 20 yanvar hadisəsindən dərhal sonra Kommunist Partiyası üzvlüyündən imtina etməsi barədə yazdığı ərizənin surəti, Moskvaya yolladığı çoxsaylı tələbkar məktublar H.Zeynalovun Meydan hərəkatında fədakarlığını, qorxmazlığını sübuta yetirir.

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Onun xalq hərəkatındakı rolunu şəxslən görmüş deputat Fazil Mustafanın kitabda əksini tapmış fikirləri: “1988-ci ildə işlədiyi dövlət orqanında təzyiqlərə baxmayaraq, Meydan hərəkatı prosesində gecə-gündüz iştirak edən, həm də orada mübarizə aparan insanlara hərtərəfli yardım göstərən Həsən Zeynalov üçün bir fikir həmişə ağrılı olub: “Kiminsə nə etdiyini bilməsi önəmli deyil, gücüm çatan səviyyədə faydalı olmalıyam”. Xalq Hərəkatının bütün proseslərində iştirak edən, rus tanklarının vahiməsindən çəkinməyərək 20 Yanvar hadisələrində işğala və qətliama qarşı etirazçılar izdihamının ön sıralarında olan Həsən bəy, ölkəmizin müstəqilliyə qovuşması uğrunda mübarizədə həyatını ən ciddi təhlükəyə atmaqdan çəkinməmişdir”.

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Həsən Zeynalovun 1989-cu ilin yazında Zori Balayan və A.Volskinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən SSRİ Ali Sovetinə deputatlığa namizəd verilməsinə etiraz olaraq yürüş-mitinq təşkil etdikləri zaman həbsə salınması, 10 gün sonra azad edilməsi də əksini tapır.

Ermənilərin işğalçılıq siyasəti Zeynalovlar ailəsinə də itki yaşadıb. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə həmçinin, Ermənistan silahlı birləşmələri Naxçıvana genişmiqyaslı hücum ediblər. Naxçıvanı könüllülər qoruyub. Könüllülərin komandiri olan Həsən Zeynalovun qardaşı İbrahim Zeynalov Mil dağının müdafiəsində, digər qardaşı Nazim isə şərab zavodunun ərazisində qurulan müdafiə zonasında vuruşublar. İbrahim Zeynalov 3 gün fasiləsiz olaraq qarlı 20-25 dərəcə şaxtalı havada Mil dağında qaldığı üçün ağır xəstələnib. Bu xəstəlik nəticəsində o bir müddət sonra dünyasını dəyişib. 

***

Həsən Zeynalovun ömür yolunu maraqlı edən, onun özünə də fəxarət hissi yaşadan təbiətən sadiq silahdaş olması və hər kəs tərəfindən bu cür qəbul edilməsidir. Ona Heydər Əliyevin etimadı da bunu təsdiqləyir. Heydər Əliyevə Bakıda müəyyən qüvvələrin neqativ münasibət bəslədiyi dövrdə - 1990-1992-ci illərdə onun Naxçıvandan Bakıya gəliş-gedişinə də əngəllər törədilməsinə cəhdlər olunub. Belə bir vaxtda Heydər Əliyevin və ailəsinin Bakıya gələrkən və gedərkən aeroportda qarşılanıb yola salınması H.Zeynalova həvalə edilib. Həsən Zeynalovun kitabda əksini tapan yaddaş dəftərindən: “... Heydər Əliyevin, onun ailə üzvləri İlham Əliyevin və Mehriban Əliyevanın, Sevil Əliyevanın övladları ilə birlikdə təhlükəli zamanlarda qarşılanma və yola salınmalarının mənə etibar, həvalə edilməsi mənim üçün bu gün də qürurvericidir”...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


“Diplomatın tale yolu”nda Həsən Zeynalovun diplomat karyerasına başladığı – Naxçıvan MR-in Bakıda Daimi Nümayəndəliyinin açılması zərurətindən geniş bəhs olunur. Zaman göstərdi ki, bu mühüm bir addım olub və belə bir mühüm quruma Heydər Əliyevin H.Zeynalova etimadının bariz nümunəsidir.

Daimi nümayəndə kimi çalışmaq H.Zeynalov üçün heç də asan olmayıb. 90-cı illərin ortaları, 2000-ci illərdə dəfələrlə Həsən Zeynalova təhdidlər, ölüm hədələri edilib. Rəhbərlik etdiyi missiyanın binası daşa basılıb. Müxtəlif zamanlarda hətta bəzi məmurlar da ona qarşı təxribatlar törədib, fəaliyyətinə mane olmağa çalışıblar. Belə faktlardan biri Həsən Zeynalovun 4 mart 1999-cu ildə “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində də yer alıb. Həmin ərəfədə Naxçıvan MR-in 75 illik yubileyinə hazırlıq görülürmüş. Bununla bağlı müəllif Bəxtiyar Sadıqov Həsən Zeynalova sual verir:

- Blokadada qalan Naxçıvanla Bakı arasında “canlı körpü” funksiyasını yerinə yetirən nümayəndə kimi, yəqin ki, yubileylə bağlı bütün iclaslarda iştirak edir, tədbirlərdə fəallıq göstərirsiniz...

- Çox əfsuslar olsun ki, yubiley komissiyasının iclasına nədənsə dəvət edilməmişdim. Səbəbi ilə maraqlandım. Məlum oldu ki, Prezident Aparatında Fatma Abdullazadənin rəhbərlik etdiyi humanitar siyasət şöbəsi Naxçıvanın Bakıdakı şöbəsinin belə vacib tədbirdə iştirak etməsini “lazım bilməyib”. Mən televiziya vasitəsi ilə iclasın gedişini müşahidə edərkən orada muxtar respublika ilə heç bir əlaqəsi olmayan, hətta əqidə və mövqeyi ilə yad adamlar görəndə xeyli təəccübləndim. Son zamanlar bu cür hallar tez-tez təkrar olunur. Görünür ki, bunların bir qismi şəxsi ambisiyalardan doğur. Mən bunu öz iddiasını ümumi mənafedən üstün tutanların vicdanına buraxıram.... 

***

Müxtəlif zamanlarda müəyyən müxalif şəxslər belə bir iddialar səsləndiriblər ki, mövcud hakimiyyət Məhəmməd Əmin Rəsulzadənin yüksək təbliğinə qarşı olub, AXC qurucularına qarşı qısqanc münasibət bəslənilib. Bu da bir faktdır ki, iqtidarda da bəzi yaltaq xarakterli şəxslər belə bir fonun yaranmasına rəvac verən davranışlar sərgiləyiblər. Amma biz şahidi olduq ki, prezident İlham Əliyev 2018-ci ili Cümhuriyyət ili elan etdi.

Həsən Zeynalov isə silahdaşı Heydər Əliyevin AXC-yə və onun qurucularına çox yüksək bir münasibət bəslədiyini əyani göstərən faktlar açıqlayıb.

Səfir qeyd edir ki, Heydər Əliyev keçmişə, tarixə hörmətlə yanaşan rəhbər idi. Xalqın imperiya boyunduruğundan xilasına, milli azadlığına böyük önəm verən Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadəyə olan xüsusi münasibətini vurğulamaq lazımdır... Özünü demokrat adlandıran bəzi qüvvələr xalqın Heydər Əliyevə olan münasibətinə kölgə salmaq məqsədi ilə onun AXC qurucularına, o cümlədən M.Ə.Rəsulzadəyə qarşı mənfi münasibət bəslədiyini xalqa aşılamağa çalışırdılar. Həsən Zeynalovun bu mənada qeydləri Heydər Əliyevin Rəsulzadəyə, eləcə də onun silahdaşlarına verdiyi dəyəri bariz şəkildə sübut edir.: “1991-ci ili yanvarında Rəsulzadənin Qazaxıstanın Karaqanda şəhərində yaşayan oğlu Azər Rəsulzadə Bakıya gəlmişdi. Mən Xalq Cəbhəsinin tədbirlərinin birində onunla tanış oldum, tez bir zamanda ünsiyyətimiz yarandı və tez-tez əlaqə saxlamağa başladıq. O, həmişə mənə Heydər Əliyevlə fəxr etdiyini və onunla görüşmək arzusunda olduğunu bildirirdi. Mən də fürsət olan kimi bunu həll edəcəyimi bildirirdim. Fevral ayının 9-da Heydər Əliyevlə Şəhidlər Xiyabanının ziyarət etmək planlaşdırılmışdı. Heydər Əliyevə Azərin onunla görüşmək istədiyini söylədim. O, məmnuniyyətlə görüşəcəyini bildirdi. Mən Azərə zəng edib həmin vaxt Şəhidlər Xiyabanına gəlməsini xahiş etdim. Səhər saat 10-11 radələrində Şəhidlər Xiyabanının ziyarət edərkən Azər də ora gəldi. Çox səmimi və duyğulu görüş oldu. Heydər Əliyevə Azərə atası Məhəmməd Əmin Rəsulzadə haqqında çox xoş sözlər dedi və artıq Azərbaycana qayıtması, doğma vətəndə yaşamağın zamanının gəldiyini bildirdi. Azər isə Bakıda evinin olmadığını, ata-baba mülkünün ona qaytarılması, yaxud yaşamaq üçün Bakıda şərait yaradılması haqda müraciətinə hakimiyyət dairələri tərəfindən rədd cavabı aldığını bildirdi. Onda Heydər Əliyev onun Naxçıvana gəlməsini və ona bütün şəraitin yaradılacağını bildirərək, Azəri Naxçıvana dəvət etdi. Bu anda Azər kövrəldi və Heydər Əliyevə dərin minnətdarlığını bildirərək mütləq gələcəyini söylədi, səmimi görüşərək ayrıldı...”

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Həsən Zeynalova görə Rəsulzadəyə qısqanclıqla yanaşılmasını söyləyənlər və ya buna rəvac verənlər qınanmalıdır. O bildirir ki, Heydər Əliyev məktəbinin yetirməsi kimi, Ankaraya ilk səfərində gördüyü ilk iş M.Ə.Rəsulzadənin məzarını ziyarət etmək olub...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Kitabda Həsən Zeynalovun Qarsdakı baş konsul olarkən gördüyü işlər Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsinə, erməni təbliğat maşınına qarşı birgə müqavimətdə xüsusi qeyd edilməlidir. Kitabdakı faktlara əsasən, Həsən Zeynalov Qarsa səfir təyin olunduqdan sonra orada təəssüf doğuran mənzərə ilə rastlaşıb. Ermənilər belə bir təbliğat aparıb camaatda fikir formalaşdırmışdılar ki, guya Türkiyə Ermənistanla sərhədləri açsa, Qars camaatı Ermənistanla alış-veriş hesabına varlanacaq, hətta yerli camaat buna görə imza toplayıbmış. Sitat: “Mən konsul təyinatından dərhal sonra müxtəlif konfranslar keçirməklə, qapı-qapı düşüb danışmaqla bu fikirlərin yanlış olduğuna, ermənilərin növbəti təxribatı, hiyləsi olduğuna qardaşlarımızı inandıra bildim. Aylarla çayxanalarda, toplu yerlərdə konsulluğun apardığı təşviqat nəticəsində ermənilərin yaratmış olduğu fikri tamamilə dağıtmağa nail olduq”...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Onun vətənpərvərliyi, qəhrəmanlarımıza münasibəti Qarsda konsul olarkən İqdırda yazıçı Fərman Kərimzadənin “Qarlı aşirim” romanından və bu roman əsasında çəkilmiş “Axırıncı açırım” filmindən tanıdığımız, sovet-bolşevik rejiminə qarşı döyüşən Kərbəlayi İsmayılın abidəsini ucaltdırmasında da özünü göstərib...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


İstanbulda baş konsul olarkən də Həsən Zeynalov ciddi işlər görüb. Kitabda da bunların bir qısmi öz əksini tapıb. Onun AXC qurucularının İstanbulda yaşayan varisləri ilə mütəmadi görüşləri Heydər Əliyev məktəbinin yetirməsinin tariximizə, AXC qurucularına həssas yanaşmasının göstəricisidir.

***

Həsən Zeynalovun vəzifədəki xəyanətkarlar və radikal cərəyanlarla mübarizəsi

Həsən Zeynalov hələ illər öncədən Türkiyədə radikal cərəyanlarla əlaqəsi olan Azərbaycandakı qrupların ifşa edilməsi üçün çalışıb, müsahibə və açıqlamalarında bunları dəfələrlə dilə gətirib, müvafiq Azərbaycan məmurlarının bu yöndə yarıtmaz fəaliyyətini açıq şəkildə diqqətə çatdırıb və tənqid edib.

Onun İstanbuldakı diplomatik fəaliyyətinin ilk dövrlərində həyata keçirdiyi ən əhəmiyyətli işlərdən biri kimi FETÖ-nün ölkəmizlə olan əlaqələrinin araşdırılması və bu sahədə adekvat addımlar atması təşkil edir. “Diplomatın tale yolu”nda yazılır: “FETÖ Azərbaycandakı liseylərində təhsil alan şagirdləri ali məktəblərə qəbul olunduqdan sonra da öz təsirində saxlamağa çalışırdı. Azərbaycanda dövrün siyasi dairələri ilə yaxın əlaqələri nəticəsində hələ 1993-cü ilin mayında Xalq Təhsili Nazirliyinin nəzdində fəaliyyət göstərən Ali Ekspert Komissiyasının qərarı əsasında Qafqaz Universiteti fəaliyyətə başladı. FETÖ-nün digər əsas hədəflərindən biri də BDU-nun İlahiyyət fakültəsi idi. Onun bir nömrəli adamı olan, hakimiyyətdə ciddi post sahibi və sonralar “Azərbaycanın gələcək prezidenti” kimi qiymətləndirilən Elnur Aslanov da bu fakültənin məzunu olan gənclər arasında idi...”

Həsən Zeynalovun bununla bağlı qeydlərindən : “Hələ Qarsda baş konsul işlədiyim dövrdə ölkəmizdə milli təhsil sisteminin qorunması, bu istiqamətdə ortaya çıxan təhlükələr barədə Azərbaycanın ayrı-ayrı vəzifəli şəxslərinə onlarla məktub ünvanlamışdım... İradım bu olurdu ki, nəyə görə xaricdən gəlmiş 3-5 adam Azərbaycanın imkanları, vətəndaşlarımızın pulu, qabiliyyətli uşaqlarımızın zəkası hesabına belə təhsil müəssisələri aça bilirlər, amma bu qədər resursa malik Təhsil Nazirliyimiz və digər qurumlar bu işləri özü həyata keçirə bilmir?”

"Məhz bu xəyanətkar mövqelərinə görə Elnur Aslanov və onun komandasının bəzi üzvləri Prezident İlham Əliyevin sərəncamı ilə vəzifələrindən kənarlaşdırıldılar”

Elnur Aslanov və “abi”lik etdiyi şəbəkə məqsədlərinin həyata keçirilməsində vəzifə imkanlarından geniş istifadə edirlər. Həyata keçirilən layihələrin bir çoxu isə NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır”...

Daha sonra Həsən Zeynalov “Diplomatın tale yolu”nda FETÖ şəbəkəsinin Azərbaycandakı neqativ fəaliyyətindən çoxsaylı faktlarla geniş məlumatlar verir. Və sonda qeyd edir: “...Məhz bu xəyanətkar mövqelərinə görə Elnur Aslanov və onun komandasının bəzi üzvləri Prezident İlham Əliyevin sərəncamı ilə vəzifələrindən kənarlaşdırıldılar”.

***

Kitabdakı fotolardan bir maraqlı mənzərə də boylanır. Həsən Zeynalovun tərtib etdiyi dizaynla İstanbulda İnşa edilən Baş Konsulluğumuzun əzəmətli binası. Diplomatiyadan anlayışı olanlar bilir, elçiliyin binası həm də həmin dövlətin ad-sanıdır. Odur ki, vətəninə yüksək qiymət verən, peşəkar diplomatlar elçi olduqları ölkədə öncə gözəl bir səfirlik binasının tikintisini həyata keçirirlər...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Həsən Zeynalov deyir ki, diplomatın bütün zümrələrlə kontaktları, əlaqələri olmalıdır. O, diplomat karyerası boyunca tanınmış mədəniyyət və incəsənət xadimləri ilə də dostluq əlaqələri qurmağa çalışıb. 

“Diplomatın tale yolu” Həsən Zeynalovun həyat və fəaliyyətini əks etdirən foto-tanışlıqla bitir.

Yaxın tariximizlə bağlı kifayət qədər faktların yer aldığı bu kitabı oxumaq məsləhətdir. (musavat.com)

Boyukmillet.com
Nəşr olunub SİYASƏT

12 il əvvəllə müqayisədə indi Bakının daha çox üstünlükləri var

 

ABŞ yenidən İranı əsas hədəf olaraq göstərməyə başlayır. Son olaraq Tramp vəzifəsinin icrasına başlamasının 1 illiyi ilə bağlı Ağ Evdə çıxışı zamanı növbəti dəfə İranı “qaralayıb”. Tramp deyib ki, İran xalqı sərt diktaturanın cinayətlərinə qarşı üsyan etdikdə səssiz qalmayıb. O, ABŞ-ın azadlıq mübarizəsində İran xalqının yanında olacağını qeyd edib. Həmçinin Tramp Konqresdən İranla əldə edilən nüvə anlaşmasının çərçivəsi ilə bağlı məsələlərə yenidən baxmasını istədiyini deyib.
Amerika prezidentinin bu fikirləri son aylarda sürətlə yüksələn İranla düşmənçilik ritorikasını daha da yüksəldəcək. O da aydın olur ki, qarşıdakı illərdə bölgədə İran-ABŞ qarşıdurması ən yüksək həddə qədər çatacaq. Hansı ki, 10 il əvvələ qədər oxşar situasiya mövcud idi. Hər iki ölkə siyasətçiləri qarşılıqlı olaraq bir-birini ittiham edir, regionda kəşfiyyat müharibələri, sui-qəsdlər ən yüksək həddə çatmışdı.

Artıq İrandan da ABŞ prezidentinə cavab verilib. İran ali dini liderinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Amerikanı “Yeni Yaxın Şərq yaratmaqda” ittiham edib. Vilayəti deyib ki, hazırda Liviya, Yəmən, İraq və Suriyada yaşananlar məhz Vaşinqtonun siyasətinin nəticələridir. Vilayəti Amerika rəhbərliyinə mesaj da göndərib: “ABŞ Fəratın şərqindən (Suriyada K.R.) ya özü çıxar, ya da biz onları oradan qovarıq”.

“Fars” Agentliyinin xəbərinə görə, Vilayəti deyib ki, İran regionda təsirli oyunçu olmaqda davam edəcək, əzilən ölkələri müdafiə edəcək. Məlum olduğu kimi. Hazırda faktiki olaraq İran Livanda, Fələstində, Suriyada, İraqda və Yəməndə birbaşa (Suriyada – K.R.) və ya dəstəklədiyi qruplar vasitəsilə ABŞ-la savaşır. Görünən odur ki, Vaşinqton-Tehran qarşıdurması bundan sonra daha da şiddətlənəcək.

Əlbəttə, indi 10-12 il əvvəl olduğu kimi, İrana birbaşa hərbi müdaxilədən çox söz edilmir. İraq, Əfqanıstanın işğalı, o cümlədən Suriya, Yəmən, Liviyadakı müharibələr bölgəni onsuz da viran qoyub, total xaos hökm sürür. İndi hər kəs anlayır ki, daha bir ölkədə müharibə Yaxın Şərqdə daha böyük fəlakətlərə səbəb olacaq. Ancaq bu o demək deyil ki, qarşıdurma və gizli savaşlar olmayacaq. Son İran hadisələrində xarici ölkə izləri haqda bəyanatlar, həmçinin bəzi xarici ölkələrin açıq şəkildə İranda aksiyalara dəstək verməsi onu göstərdi ki, İslam Respublikası ilə gizli savaş gedir.

Təbii ki, İran-ABŞ qarşıdurması gündəmə gələndə hər zaman ilk olaraq Azərbaycan yada düşür. Çünki birincisi Azərbaycan İranla ən böyük quru və dəniz sərhədlərinə malik ölkələrdən biridir. İkincisi, iki ölkəni bir-birinə bağlayan etnik tellər var. İranda ən böyük ikinci etnik qrup azərbaycanlılardır, iki ölkədə qohumluq əlaqələri vardır. Bu səbəbdən də bir qayda olaraq ABŞ-İran münasibətlərinin gərginləşməsi zamanı Azərbaycan yada düşür.

Qeyd edək ki, məhz 12 il əvvəl – 2006-cə ildə ABŞ-İran münasibətlərinin ən gərgin dönəmləri Azərbaycan dövləti üçün ciddi sınağa çevrilib. Bir tərəfdən Azərbaycanın mümkün ABŞ-İran müharibəsi zamanı ərazisindən istifadəyə icazə verəcəyi ilə bağlı Qərb mediasının iddiaları, digər tərəfdən İranın radikal dairələrinin ittihamları Bakı üçün ciddi sınaqlara çevrilib. Azərbaycan hakimiyyəti həmin vaxt hər iki tərəfdən təzyiqlərə baxmayaraq tərəfsizliyini qoruyub saxlayıb. Eyni zamanda Azərbaycan prezidenti Fransa televiziyasına bildirib ki, ölkə ərazisi üçüncü dövlətin hərbi əməliyyatları üçün istifadəyə verilməyəcək.

Bu mənada Trampın tutduğu xətt Azərbaycan üçün yenidən çətin sınaqlar dövrünü xatırladır. Ancaq indi bir məsələ var ki, Ruhani kabineti ilə Azərbaycan hakimiyyəti arasında isti münasibətlər mövcuddur və Bakının indi iki tərəfdən basqılara məruz qalması mümkün deyil. (Kənan Rövşənoğlu, “Yeni Müsavat”)

Boyukmillet.com

Nəşr olunub SİYASƏT

Eks -spiker Rəsul Quliyevin təhqir olunmasına səlahiyyətli nümayəndəsi cavab vermədi

Eks-spiker Rəsul Quliyev və sabiq deputat Hüseyn Abdullayev arasında gərginlik yaranıb.

Rəsul Quliyev mühacir jurnalist Emin Hüseynova verdiyi video-müsahibəsində Hüseyn Abdullayev və keçmiş səfir Arif Məmmədovun prezidentlik şansları barədə sualı da cavablandırıb. Eks-spiker onların heç birində prezidentlik potensialını görmədiyini bildirib. “Mən onların heç birini tanımıram, amma yazılarını oxumuşam. Düzdür, hamının belə bir iddiaya düşmək hüququ var, amma mən onlarda prezidentlik potensialı görmürəm”.

Hüseyn Abdullayev özünün facebook səhifəsində Rəsul Quliyevə ağır ifadələrlə cavab verib. H.Abdullayev bildirib ki, Rəsul Quliyev primitiv və özünün gülünc danışıq tərzi ilə boşboğazlıq edir: “Birincisi, sən haranın itisən ki, mənim hansı potensialımın olub-olmadığını müəyyən edirsən? İkincisi, mənim sənə qoyduğum hörmətin səbəbi, hazırda təmsil olduğun partiyanın təsisçisi və mənə yaxın olan Ağasif İbrahimovla bağlı idi. Yoxsa sən mənim üçün tamamən maraqsız və heç bir əhəmiyyət daşımayan, eyni zamanda tarixin zibilliyinə atılmış siyasi bir boşluqsan. İndi sən nə vaxtsa hansısa dılqır bir zavodun müdiri olmusan deyə, ölkədəki iqtisadi, hüquqi və köklü siyasi islahatların necə aparılmasını səndən başqa heç kimin edə bilməyəcəyini düşünürsən? Mənim ümumiyyətlə özündən razı olanlardan zəhləm gedir. Heç özünə hörmət edən adam deyərmi ki, mən kifayət qədər ağıllı adamam? İnsan var ki yaşlaşanda üzünə nur, kəlamlarına müdrüklük dolar.

Rəsul Quliyev ile ilgili görsel sonucu

Görünür səndə əks proses gedib. Dostlar, deməli həmin bu tip Emin Hüseynovla apardığı saat yarımlıq verilişdə adı çəkilən hər kəsə qarşı mənfi fikir bildirdi. Açığı iqtidar nümayəndələrinin məni tənqid etmələrinə və haqqımda nəsə demələrinə məhəl qoymuram artıq. Amma özünü bu rejimə müxalif sayan və elə bir ciddi təhdidlə qarşılaşmamasına baxmayaraq, qaçıb 22 il Amerikada gizlənən birisinin haqqımda dediyinə çox üzüldüm. Mənim yerimə hansı iş adamı olsaydı özündən və ailəsindən başqa heç nəyi düşünməz və heç şübhəsiz kral kimi yaşayardı. Bundan sonra istədiyin qədər çərənləyə bilərsən. Mənim daha sənə ayıracaq nə vaxtım, nə də istəyim var”.

Rəsul Quliyevin Azərbaycanda nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə Rəsul Quliyevin təhqir olunmasına hər hansı cavab verməkdən imtina edib. “Yeni Müsavat”ın əməkdaşına öncə “Çox böyük yazı hazırlayıram, zəlzələ yaradacaq məlumat orada yer alacaq, bir qədər gözləyin”, deyən A.Şakiroğlu bir neçə saat sonra hələlik səbrli olmağa üstünlük verdiyini bildirib. (Etibar SEYİDAĞA, “Yeni Müsavat”)

Boyukmillet.com

Nəşr olunub SİYASƏT

Reytinq