Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 16 May 2019

Mayın 16-da UNEC və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Ali Baş Komandanın əmrinə və Vətənin müdafiəsinə həmişə hazırıq" mövzusunda hərbi-vətəpərvərlik tədbiri keçirilib.

boyukmillet.com/ xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri UNEC-in prorektoru, müharibə veteranı Mikayıl Zeynalov, "Azərbaycan Ehtiyyatda olan Zabitlər Konfederasiyası" İB-nin sədri, general-mayor Məmmədhüseyn Sarıyev, "Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri" İB-nin sədri, polkovnik Mehdi Mehdiyev, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emil Həsənli, "Azərbaycan Əfqanıstan Veteranları" İB-nin sədri Məhəmməd Vəliyev, "20 yanvar" cəmiyyətinin sədri Sultan Əzimzadə, "Çernobl Əlilləri" cəmiyyətinin sədri Mirhəsən Həsənov və universitet tələbələri iştirak ediblər.

Tədbirdə hərbçilərimizin dövlətçiliyimizin qorunması, torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün və müstəqilliyimizin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən danışılıb. Bildirib ki, bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etməyə tam hazırdır.

Çıxışlarda gənclərin hərbi vətənpərvərlik hissinin yüksəldilməsi üçün bu yöndə silsilə tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin bu gün ordu sıralarına göndərilən gənclərin əvvəlcə mütəxəssis hazırlığı məktəblərinə cəlb edildiklərini və artıq onların orduya gedərkən tam hazırlıqlı olduqları deyilib.

Mərhum prezident Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylənilib, dövlətimizin başçısının Azərbaycan gəncliyinə göstərdiyi diqqət xüsusi vurğulanılıb.

Sonda universitet tələbələrinin sualları cavablandırılıb.

Nəşr olunub CƏMİYYƏT

Son 30 ildə müharibə, işğal və terrorla darmadağın olan İraq indi də ABŞ-İran qarşıdurmasında cəbhə olur. İran dəstək verdiyi Haşdi-Şabi terrorçularına ABŞ-ın mövqelərinə hücum etmək üçün hazırlıq görmələrini əmr edib. Vaşinqton isə İraqdakı diplomatik nümayəndələrini təcili geri çağırıb. ABŞ vətəndaşlarına ölkəni tərk etmələrini tövsiyə edib.

ABŞ-ın Bəsrə körfəzinə döyüş gəmisi, nüvə potensialına sahib B-52 bombardman təyyarələri ilə birlikdə 120 min əsgəri göndərmək qərarı verməsindən sonra təşvişli günlər yaşanır. Bu qərardan sonra Suriyanın Deyr-əz-Zor şəhərində İranın dəstək verdiyi terrorçuları aparan konvoya hücum edildi. Ardınca Bağdaddakı vətəndaşlara dərhal ölkədən çıxmaq çağırışı göndərildi. Bütün bu hadisələr bölgədə gərginliyi pik həddə çatdırdı.

İraqlı general Qalib Salihin fikrincə, son hadisələr müharibə hazırlığıdır.

Ön cəbhə İraq və Suriya olacaq

General bildirir ki, Amerika ilə İran arasındakı ilk qarşıdurma Suriya və İraqda yaşanacaq. Haşdi-Şabi Əməliyyat Ofisi komandanı Rıdvan əl Qənimi İraqda yerləşən bütün ABŞ hərbi mövqelərini vuracaq hərbi güc və donanmaya sahib olduqlarını açıqlayıb. Adı açıqlanmayan bir Haşdi-Şabi generalı isə Haşdi-Şabi Qüvvələrinin Ali komandan köməkçisi Əbu Mehdi əl Mühəndisin “müharibəyə hazır olun” təlimatını verdiyini söyləyib. Bildirilib ki, ABŞ-ın İraq torpaqlarından qazıyıb çıxarılması üçün terror təşkilatı and içib.

200 min əsgər

ABŞ ilə müharibəyə hazır olduqlarını bildirən təşkilatın komandanı 130 min əsgərləri olduğunu, Suriya ilə birlikdə bu rəqəmin 200 minə çıxacağını deyib.

Amerikadan 24 kritik baza

Suriya ordusundan ayrılaraq müxalif qüvvələrə qoşulan polkovnik İmed Səid isə ABŞ-ın dominant hədəfinin İranın sərhədləri xaricindəki güc mərkəzləri olduğunu ehtimal edir. ABŞ-ın İraqda 9 bazaya sahib olmasına rəğmən, Suriyanın şimal və şərq bölgələrində 24 kritik nöqtədə qərargah inşa etdiyini deyir. Səid bildirir ki, Amerika Suriyada PKK-dan istifadə edəcək.

İran 20 min milis təlimləndirdi

İranlı siyasi fəal Elyar Makuyi ölkənin Əhvaz, Kirmanşah, Təbriz və Kürdistan bölgələrində 3 xüsusi təlim düşərgəsi qurduğunu və 20 mindən çox milis toplayaraq İraq və Suriyaya göndərdiyi bilgisini paylaşıb. İran Bəlucistan və Xuzistanda təhlükəsizlik tədbirlərini gücləndirib.

İraqı boşaldın əmri

ABŞ hökumətinin “İraq mərkəzli ciddi təhdid” iddiası ilə körfəz bölgəsinə qarşı başlatdığı hərbi toplanışdan sonra Vaşinqtondan daha bir diqqətçəkən addım gəldi. ABŞ dövlət Departamenti İraqda yaşayan bütün vətəndaşlarını ölkələrinə geri çağırdı. Bağdad səfirliyi və Ərbil konsulluğundakı bütün ikinci dərəcəli heyətin İraqı tərk etməsi əmri verildi. Viza işləri təxirə salındı. Təlimat rəsmi Vaşinqtonun ötən həftə İranın və bölgədə onun maraqlarına xidmət edən qüvvələrin ABŞ vətəndaşlarını və maraqlarını hədəf alan hücum planlarının kəşfiyyatdan sonra ortaya çıxmasının ardınca gəldi.

Almaniya da hərəkətə keçdi

Almaniya Müdafiə Nazirliyi bölgədəki gərginliyi nəzərə alaraq İraqdakı alman ordusunun təlimlərini dayandırdı. İraqda 160 alman əsgəri var.

Hollandiya da hərəkatdan geri qalmadı

ABŞ və Almaniyadan sonra Hollandiya da İraqdakı missiyasını dayandırdı. Ölkənin rəsmi xəbər agentliyi ANP-nin xəbərinə görə davam edən yardım fəaliyyətləri təxirə salınıb. Hollandiya ordusu digər xarici qüvvələrlə birlikdə Ərbildə İraq əsgərlərinə təlimlər keçir.

Nüvə öhdəlikləri dayandırıldı

Bütün bu gərginliyin fonunda İran bütün dünyanı təşviş içində qoyan qərar qəbul etdi. 5+1 ölkələri ilə imzalanan nüvə sazişindəki öhdəliklərini dayandırdı.

İranın Əraq və Natanz nüvə stansiyalarına yaxın günlərdə xarici media nümayəndələri dəvət ediləcək və bu stansiyalarda aparılan işlər ictimaiyyətə təqdim olunacaq.

Nəşr olunub DÜNYA

Ramazan ayının gəlişiylə iftar süfrələrinin açılması da ənənə halını almağa başlayıb.

boyukmillet.com  xəbər verir ki, belə iftar süfrələrindən biri də Agdam rayonunun Quzanlı qəsəbəsində təşkil olunub.

Bu dəfə iftar süfrəsinin təşkilatçılığını Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Gəncliyə Yardım Fondu öz üzərinə götürüb.

İftar sürfəsi şəhid ailələri, Qarabağ qaziləri, Əfqanıstan müharibəsi veteranları, Qarabağ müharibəsi veteranları və təmas xəttində xidmət edən hərbçilərin içtirakı ilə təşkil edilib.

 

 
Nəşr olunub CƏMİYYƏT

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Bu il həm də Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyidir. Bu Forum məhz bu tədbirlərə həsr edilib. İmadəddin Nəsiminin əsərləri tərcümə edilərək nəşr olunub.

boyukmillet.com xəbər verir ki, bu fikirləri Parisdə UNESCO-nun mənzil qərargahında qurumun himayədarlığı ilə keçirilən “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” mövzusunda Forumda iştirak edən Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdıralı AZƏRTAC-a müsahibəsində söyləyib.

BTA prezidenti deyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) Azərbaycanın xüsusi rolu var. Təməli 10 il əvvəl Naxçıvanda qoyulmuş Türk Şurasının bu il 10 yaşını qeyd edirik. Azərbaycandan başlayan əməkdaşlıq bu gün UNESCO kimi nüfuzlu təşkilatda davam edir. Türk dünyamızın tarixi, mədəniyyəti, ortaq miraslarımızla bağlı araşdırmaların aparılması böyük önəm daşıyır. Bugünkü nailiyyətlərimiz Naxçıvan prosesinin uğurla davam etməsinin bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Türk Akademiyasının (BTA) UNESCO-nun mənzil qərargahında konfrans, forum təşkil etməsi artıq ənənəyə çevrilib. Əvvəlki illərdə Dədə Qorqud, türk dili, türk ədəbiyyatına dair tədbirlər keçirilib. Türk Akademiyası bu Forumu böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu Bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Qurtuluş mübarizəsini başlatmasının 100 illiyinə həsr edib.

D.Kıdıralı bildirib ki, UNESCO-nun mənzil qərargahında bu qurumun himayədarlığı ilə Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilən bu Forum türk xalqları tarixinin və mədəniyyətinin təşviqi baxımından böyük əhəmiyyət daşıyır.

Nəşr olunub MƏDƏNİYYƏT
Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib (FOTO)
 
2019-cu ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən boyukmillet.com-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazinin mürəkkəb relyefini nəzərə alaraq Vətənimizin hava sərhədlərinin etibarlı müdafiəsini təmin etmək üçün mütəmadi olaraq peşəkarlıqlarını artırmaq məqsədilə təlim-məşqlərə cəlb edilirlər.

Yarışlarda iştirak edən şəxsi heyət bilik və bacarığını nümayiş etməklə verilən ən çətin tapşırıqları uğurla yerinə yetirib.


Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib (FOTO)
Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib (FOTO)

 

Nəşr olunub CƏMİYYƏT

Reytinq