Burda göstərilən tarixə olan xəbərlər: Şənbə, 08 İyun 2019

boyukmillet.com xəbər verir ki, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.

Təlimin planına uyğun olaraq səhra şəraitində açılmış komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə qoşunların faziləsiz idarə olunması praktiki həyata keçirilir. Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.

Nəşr olunub CƏMİYYƏT

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlini döyən polislər işdən çıxarılıb.  
 
boyukmillet.com xəbər verir ki, bu barədə vəkil Anar Qasımlı məlumat verib.
 
Onun sözlərinə görə, Binəqədi RPİ-nin 4-cü Polis şöbəsindən maraqlı məlumatlar gəlir:
 
"Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib".
 
Anar Qasımlı bildirib ki, güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var.
Nəşr olunub CƏMİYYƏT

“Dollardan imtina” siyasətdə iqtisadi populizmdən başqa bir şey deyil.

İqtisadçı ekspert Natiq Cəfərli son vaxtlar bir çox dövlətlərdə qarşılıqlı ticarətdə dollardan imtina edilməsi ilə bağlı səsləndirilən çıxışlara münasibət bildirib.

İqtisadçı hesab edir ki, qarşılıqlı ticarətdə dollardan imtina edilməsi qeyri-mümkündür:

“Bir neçə ölkə daxili siyasətdə xal qazanmaq və ABŞ-la münasibətlərinin pis olduğunu önə çəkərək qarşılıqlı ticarətdə dollardan imtina haqqında tez-tez siyasi bəyanatlar verirlər. Amma bu bəyanatların altını real işlə doldura bilmirlər, dolların gücünün nədən aldığını anlaya bilmirlər.

2015-ci ildə Rusiya və Çin qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı qərar verdi. Moskvada Putin və Si Cinpin yenə dollardan imtina ilə bağlı danışıblar. Ancaq 2018-ci ilin rəqəmlərinə baxmaq bu danışıqların nəticə verməyəcəyini deməyə kifayət qədər əsas verir. 2018-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 114 mlrd. dollar olub, Rusiya Çinə 60 mlrd, Çin isə Rusiyaya 54 mlrd. dollarlıq mal satıb. 2017-ci ildə qarşılıqlı ticarətdə dolların payı 70,9 mlrd. dollar idisə, 2018-ci ildə bu rəqəm 86,5 mlrd. dollar olub. 2017-ci ildə avro ilə qarşılıqlı ödənişlər 4,1 mlrd. dollar ekvivalentində idisə, 2018-ci ildə bu göstərici 8,3 mlrd. dollara ekvivalentinə bərabər olub. Göründüyü kimi hər il qarşılıqlı ödənişlərdə dolların da, avronun da həcmi artır”.

N.Cəfərli vurğulayıb ki, hər iki ölkənin dollardan imtina etmək yolunu tutması ilə bağlı bəyanatlar sadəcə populizmdir:

“Rusiyanın Çinə satdığı malların 93%-ə yaxını xammal – neft, qaz, neft məhsulları və meşə materiallarıdır. Bu müqavilələr də dollarla bağlanır, Çin isə Rusiyaya qaloşdan tutmuş maşına qədər hər növ hazır məhsul satır. Rusiyaya onminlərlə çinli iş adamı, şirkət, Çinə isə Rusiyanın barmaqla sayılacaq sayda şirkəti mal satır. Putin istəsə belə, xammal şirkətləri sahibləri malını yuanla satmaz. Eyni zamanda, Si Cinpin tələb etsə belə, çinli iş adamı malını rubulla verməz”.

Nəşr olunub SİYASƏT

“Bu gün Şuraya təqdim olunan layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi uğurla başa çatdı. SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ilk dəfə tətbiq olunmasına baxmayaraq 11358 nəfər bu prosesdə iştirak etdi”.

boyukmillet.com  xəbər verir ki, bu sözləri Şura sədri Azay Quliyev tvitter hesabında yazıb. O, yüksək fəallıq nümayiş etdirən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Şuranın yeni brendi olan #SƏLİS Xidmətinə daxil olan e-vətəndaş proqramı ilə QHT-lər tərəfindən təklif olunan layihələrə ilk dəfə olaraq vətəndaşların rəy vermək imkanı yaradıldı. 14 may-07 iyun tarixlərini əhatə edən qiymətləndirmə mərhələsində 11 358 vətəndaş iştirak etdiyi statistik göstərcilərlə təsdiq olunur. Bu isə ilk dəfə tətbiq olunmasına baxmayaraq vətəndaşların QHT layihələrinə böyük marağının göstəricisidir.

Nəşr olunub CƏMİYYƏT

Reytinq