Evi məzar olan şəhidlərin həyatı təhlükə ilə üz-üzə qalıb – Sürüşmə Şəhidlər Xiyabanının qapısına dayanıb – FOTOLAR

22 Fev 2018
162 baxış

Bir neçə həftə əvvəl Teleqüllə sürüşmə sahəsinin aktivləşməsi ilə bağlı Bayıl yamacında sürüşmə əleyhinə tədbirlər görüldü və insanların həyatına təhlükə törətdiyi səbəbi ilə bir çox ailə evlərindən köçürüldü.

Boyukmillet.com Minval.İnfo-ya istinadən xəbər verir ki, bu dəfə isə evi məzar olan şəhidlərin həyatı təhlükə ilə üz-üzə qalıb. Bəli, söhbət Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin 28 ildir hüzur içində yatdığı Şəhidlər Xiyabanından gedir.

Bayıl yamacında başlayan sürüşmə Xiyabanın qapısına dayanıb, xüsusilə “Əbədi Məşəl” kompleksinin yaxınlığında, divarlarda müxtəlif ölçülərdə çatlar meydana gəlib. Hadisə yerinə gələn mütəxəssislər çatların yarandığı yerləri işarələsələr də, hələ ki, heç bir tədbir görülməyib.

Bir neçə gün əvvəl sürüşmə səbəbi ilə Bayılda evlərin uçması isə təhlükənin hələ sovuşmadığını göstərir. (Fərid Özay, Minval.info, Fotolar müəllifindir)

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq