Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 08 Fevral 2018

“Azərbaycanda aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ideyaları xalq tərəfindən dəstəklənir”.

Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Dövlət başçısı deyib ki, 700 mindən çox üzvü olan siyasi təşkilata gənclərin axını davam edir: “Son 25 ildə partiya şərəfli yol keçib, bütün seçkilərdə qələbə qazanıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Müstəqilliyin ilk illərində ölkədə yaranan acınacaqlı vəziyyət xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin fəaliyyəti nəticəsində aradan qaldırılıb. 1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində nailiyyətlər qazanılıb. 2003-cü ildən sonra Heydər Əliyev siyasəti uğurla davam etdirilib. Bu illər ölkəmizin sürətli inkişaf illəridir. Vəzifələr uğurla həllini tapıb, vədlər həyatda öz əksini tapıb. Ölkədə sabitliyi şərtləndirən əsas məsələ xalq-iqtidar birliyidir. Bu gün dünyada ən təhlükəsiz ölkələrdən olan Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu siyasət gələcəkdə də davam etdiriləcək”.

“Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın” deyən dövlət başçısı vurğulayıb ki, tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir.

Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını vurğulayan prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib.

Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir.

Nəşr olunub SİYASƏT

Ukrayna Milli Polisi yerli kriminal dairələrdə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) nüfuzunun artmasından narahat olub.

Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna polisinin rəis müavini Vyaçeslav Abroskin açıqlama verib.

“Zəmanə dəyişir. İndi “qanuni oğru”lar fahişəlik, narkotik və silah ticarəti, oğurluq, qanunsuz miqrasiya və s. ilə deyil, həm də tikinti biznesi, əmlak məsələləri, dövlət satınalmaları ilə də maraqlanır”.

Abroskin Lotu Qulini müasir qanqster adlandırıb.

“Azad olunduqdan sonra Nadir Səlifov Ukraynaya da öz təsirini yayır. Meyvə-tərəvəz anbarlarında çalışan erməni və ukraynalı şəxslər oğurlanıb. O, MDB məkanındakı göyərti bazarını ələ almaq istəyir. Bu, xırdalıq kimi görünsə də, söhbət böyük pullardan gedir”.

Abroskin “Lotu Quli”nin Ukraynaya ayaq açmaması üçün çalışacaqlarını deyib. (modern.az)

Nəşr olunub CƏMİYYƏT

"Dağıstanda antikorrupsiya kampaniyası siyasətlə bağlı deyil, bu, qanuna riayət etmək zərurəti ilə izah olunur, özü də bir regionla məhdudlaşmır".

Boyukmillet.com Azvision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov qeyd edib ki, Dağıstanda məmurların tutulması regionda vəziyyəti pozmağa səbəb olmayacaq: “Bu, əks effekt verəcək”.

 

 
Nəşr olunub DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, telefon danışığı zamanı Afrin və İdlib başda olmaqla Suriyadakı son vəziyyət müzakirə edilib.

R.T.Ərdoğanla V.Putin Türkiyə, Rusiya və İran prezidentlərinin İstanbulda zirvə toplantısının keçirilməsini razılaşdırıblar. Zirvə toplantısında Suriyadakı böhranın həlli məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, üç ölkə prezidentlərinn birinci görüşü ötən ilin noyabrın 23-də Rusiyanın Soçi şəhərində keçirilib. Həmin görüşdə tərəflər Suriyadakı vəziyyəti müzakirə etmişdi. (report)

Nəşr olunub DÜNYA
Bakıda Sədərək Ticarət Mərkəzində üzərində "Kürdüstan”ın xəritəsi və PKK terror təşkilatının bayrağı əks olunan maykalar satılır.
 
Boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, etiketlərində Türkiyədə istehsal olunduğu qeyd edilən maykalar hərbi geyim formasında tikilib. Ehtimal olunur ki, bu maykalar ya Türkiyədə kustar üsullarla istehsal olunub, ya da başqa bir yerdə tikilərək üstünə Türkiyə etiketləri vurulub.
Bu maykaların hansı yolla Azərbaycana gətirildiyi bilinmir. Ancaq onu deyə bilərik ki, həmin geyimlər heç bir məhdudiyyət olmadan açıq şəkildə satılır.
"Böyük Kürdüstan” yazılan bu geyimlərin üzərindəki xəritədə Türkiyə, İraq, Suriya və İranın bir hissəsinə iddia edilir. Qeyd edək ki, bu həmin maykaların Azərbaycanda satışa çıxarılması qorxulu tendensiyadan xəbər verir.
Bu cür geyimlərin satılması siyasi və etnik təbliğat üçün nəzərdə tutulur.
Qeyd edək ki, PKK terror təşkilatının "Kürdüstan” xülyasında təkcə Türkiyəyə deyil, Azərbaycana da ərazi iddiaları əsas yer tutur.
Hesab edirik ki, bu cür geyimlərin ölkəyə gətirilməsi və satışının təşkilini hüquq-mühafizə orqanları araşdırmalıdır.
 
 
 
Nəşr olunub CƏMİYYƏT
Cümə Axşamı, 08 Fevral 2018 20:47

“Biz İrəvana qayıtmalıyıq” - İlham Əliyev

“Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”. 

Boyukmillet.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu president İlham Əliyev YAP-ın bu gün keçirilən qurultayında deyib. O, bildirib ki, bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq: “O ki qaldı, Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. 

Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. 

Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur. Çünki, birincisi, orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər qoyulan və ianə şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanmışdır. Digər tərəfdən, bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik. 

Onların özlərinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 mindən çox insan həmişəlik tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir. Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Əlbəttə, hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq”. 

Prezident çıxışında iqtisadi vəziyyətdən də danışıb: “İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır”. 

Nəşr olunub SİYASƏT

Reytinq