Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 10 İyun 2019

Image result for samir adigozelli

Türkiyədə keçirilən son bələdiyyə seçkilərindən sonra bölgənin strateji əhəmiyyət daşıyan və Azərbaycanla sərhədə çox yaxın olan Qars və İğdır bələdiyyələrinə nəzarət kürdlərin partiyası kimi tanınan HDP-nin əlinə keçdi. Son bələdiyyə seçkilərində həmin şəhərlərdə seçkiləri qazanan partiyanın təmsilçiləri hazırda sözügedən bələdiyyələrə rəhbərliyi həyata keçirirlər.

Maraqlıdır ki, bu hadisədən sonra Ermənistanı təmsil edən nümayəndə heyətləri bölgəyə ayaq açmağa başlayıblar. Ermənistanla Türkiyə arasında heç bir diplomatik münasibətlərin olmadığını, eləcə də rəsmi İrəvanın məlum bölgəyə açıq ərazi iddiası etməsini nəzərə alsaq, onda HDP-li bələdiyyə başçılarının ermənilərə göstərdikləri bu isti münasibətin həm də Türkiyənin dövlət siyasətilə uzalaşmadığını iddia etmək olar.

Türkiyənin Qars bələdiyyəsi sədrinin erməni heyəti qəbul etməsi və ardından onlara təşəkkür ünvanlaması hər iki qardaş ölkədə böyük etiraza səbəb olub. Ziyalı və siyasətçilər bu addımı ciddi tənqid ediblər. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələr isə etirazlarını keçirdikləri aksiya ilə ifadə ediblər.

Türkiyədə keçirilən son bələdiyyə seçkilərində Qars şəhərindən bələdiyyə sədri seçilən HDP partiyasından olan kürd əsilli Ayhan Bilgenin ermənipərəst hərəkətinə həmin ölkənin siyasi dairələrindən də etiraz gəlib. Qeyd edək ki, Ayhan Bilgen sədr seçildikdən sonra Türkiyənin dövlət siyasətinin əksinə olaraq, işğalçı Ermənistanla sıx əlaqə qurmaq niyyətini öz hərəkətlərində açıq göstərir. Ermənilərin Qarsa səfərlərini təşkil edən və Ermənistandan gələn müxtəlif vəzifəli şəxslərə xüsusi qayğı göstərən A.Bilgen sonucu dəfə Ermənistanın idman, mədəniyyət və turizm təşkilatının rəhbəri İşxan Zakaryan, İrəvan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan və tarixçi Aşot Soqomonyanı qəbul edib. Görüşdən sonra isə o, sosial şəbəkədəki hesabında erməni heyətə xüsusi təşəkkürünü elan edib.

Həmin bölgə ilə sıx təmasları olan, tez-tez İğdır və Qarsda layihələr icra edən İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, bu hadisədən dərin sarsıntı keçirib: “Həmin ərazi həm Türkiyə, həm də bizim üçün strateji əhəmiyyət daşıyır. Bilirsiniz ki, ermənilər Fransada “Qərbi Ermənistan” dövlətinin varlığını elan ediblər. İddialarına görə, elə həmin ərazilər Ermənistana aiddir. Təsəvvür edin ki, yeni erməniçilik konsepsiyasında belə həssas məqamların yer aldığı bir vaxtda Qarsın bələdiyyə başqanı ermənilərdən ibarət məmurların təmsil olunduğu heyətə qucaq açır. Hətta məqsəd qoyurlar ki, Ermənistanın Gümrü bələdiyyəsi ilə Türkiyənin Qars bələdiyyəsini qardaşlaşdırsınlar. HDP-nin bu xəyanəti çox geniş vüsət alıb. Onlar iş adamları səviyyəsində də əlaqələrin genişlənməsi layihəsi üzərində işləyirlər. Türkiyəyə dövlət səviyyəsində ərazi iddiası olan Ermənistanla hansısa bələdiyyə səviyyəsində belə əlaqələrin qurulması yolverilməzdir. Hesab edirəm ki, Türkiyənin başqa qurumları bu məsələyə müdaxilə etməlidirlər. Söhbət Türkiyənin daxilində fəaliyyət göstərən hər hansı bir erməni dərnəyindən deyil, Ermənistan nümayəndə heyətindən gedir. Bu, açıq-aşkar, Türkiyə dövlətinə qarşı yönələn bir addımdır. Belə hərəkətlər həm də Azərbaycanda birmənalı olaraq mənfi qarşılanır. Biz həmin bələdiyyə sədri barədə sərt ölçü götürülməsini tələb edirik”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT
Bazar Ertəsi, 10 İyun 2019 18:00

BDM Cocuq Mərcanlıya moto yürüş təşkil etdi

         boyukmillet.com xəbər verir ki, Gənclərin Həmrəhliyinə Dəstək İctimai Birliyinin və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “Bir Millət İki Dövlət” şuarı altında Qarabağ Azərbaycan Torpağıdır adlı lahiyə çərçivəsində tədbirlər keçirilib. Türkiyə, Gürcüstan və Azərbaycandan şəxsi motosikletləri ilə 50-dən artıq şəxs Bakıdan Cocuq Mərcanlıya yürüş ediblər. BDM sədri dr.İsmayıl Ağayevin saytımıza verdiyi məlumata əsasən,ordumuz tərəfindən azad olunmuş Cocuq Mərcanlı kəndi haqqında qonaqlara geniş məlumat verilib, onlar burada həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar, eyni zamanda Türkiyəli və Gürcüstanlı qonaqlara Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilənişğal nəticəsində dəymiş maddi-mənəvi ziyanla bağlı məlumatlandırılmışlar.

         Motosikletçilər Horadiz qəsəbəsini ziyarət etdikdən sonra, Mingəçevir şəhərinə doğru hərəkət ediblər.

boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

img

Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarına bütün gücü ilə mane olmağa çalışır. Hətta bu istiqamətdə açıq təxribatlar belə törətməkdən çəkinmir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlu şəhid oldu. Bunun ardınca iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Bu hadisənin də danışıqlar prosesinə yönəlik açıq təxribat olduğu aydın şəkildə özünü büruzə verir.

İkinci hərbçimizin öldürülməsi XİN rəhbərlərinin görüşü ərfəsinə təsadüf edir. Bununla da Ermənistan tərəfi açıq şəkildə sübut edir ki, atəşkəsin qorunmasında, danışıqların normal məcrada davam etdirilməsində maraqlı deyil. Maraqlıdır ki, Sankt-Peterburqda keçirilən iqtisadi forumda azərbaycanlı jurnalistin Paşinyana ünvanlandığı sualdan Baş nazir yayınmağa çalışıb və bildirib ki, azərbaycanlı hərbçinin öldürülməsi faktı təxribatdır və hazırda istintaq aparılır. Guya həmin gün növbədə duran erməni əsgərlərinin silahları yoxlanılıb və məlum olub ki, atəş açılmayıb. Paşinyan açıq yalan olaraq bildirib ki, toplanan faktlar guya Azərbaycan tərəfinə təqdim edilib. Paşinyanın bu açıqlaması ilə həmin ölkənin müdafiə nazirinin verdiyi açıqlama arasında kəskin ziddiyyət nəzərə çarpır. Paşinyan nə qədər məsuliyyətdən yayınmağa çalışsa da, Tonoyan hərbçimizin öldürülməsinə əmrin şəxsən onun özü tərəfindən verildiyini etiraf edib.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, azərbaycanlı əsgəri şəhid edən erməni hərbçilər mükafatlandırılıblar. Bəyanatda bildirilir ki, 1 iyun tarixində Xocavənd istiqamətində Azərbaycan mövqelərindən açılan atəş nəticəsində erməni əsgər Sipan Melkonyan öldürülüb. Bu isə qisas aksiyası olub.

Tonoyanın bəyanatı bir daha sübut edir ki, cəbhə xəttində törədilən təxribatların arxasında birbaşa Ermənistan rəhbərliyi dayanır.

Bütün bunlardan sonra aydın şəkildə görünür ki, Ermənistan danışıqlardan yayınmaq üçün bütün vasitələrdən istifadə edir. Hətta bu imitasiyanın fonunda Paşinyan özünün gülməli vəziyyətə qoyulmasını da qəbul edir. Faktiki olaraq onun açıqlamasından belə çıxır ki, ölkəni idarə edə bilmir. Çünki Tonoyan onunla daban-dabana zidd olan açıqlama verir. İstənilən halda, bu cür ucuz şoularla beynəlxalq ictimaiyyəti aldatmaq mümkün deyil. Bütün bunlara beynəlxalq qurumlar və həmsədr ölkələr sərt reaksiya verməli və Ermənistanın işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısının alınması istiqamətindəı konkret addımlar atmalıdırlar. Yaranmış vəziyyəti “Bakı-Xəbər”ə şərh edən Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində hərbi qulluqçularımızın həlak olması bir daha göstərir ki, düşmən danışıqlar prosesindən yayınmaq üçün bəhanə axtarır və açıq şəkildə təxribatla məşğuldur: “Bilirsiniz ki, artıq Ermənistanın prosesdə manevr etməyə yeri qalmayıb. Həmsədr ölkələr, beynəlxalq qurumlar ondan konkret addımlar tələb edirlər. Ermənistanın yeni hakimiyyəti bir müddət qondarma qurumu danışıqlar prosesinə soxuşdurmaq istiqamətində səylər göstərsə də, həmin istəkləri alınmadı. İndi XİN rəhbərlərinin görüşü nəzərdə tutulur. Ermənistanın əlində yayınmağa heç bir əsas yoxdur. Buna görə də təmas xəttində təxribat törətməklə sülh danışıqlarının mümkünsüzlüyü amilini önə çəkməyə çalışır. Onlar istəyirlər ki, Azərbaycan tərəfindən güclü cavab verilsin və münaqişə yeni bir fazaya  qədəm qoysun. ATƏT-in həmsədrləri burada olanda mayorumuz şəhid oldu. İndi də başqa hərbçimiz. Bu da XİN başçılarının görüşü ərəfəsində növbəti təxribatdır. Ermənistanın sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmədiyini sübut edir”.

Ekspert hesab edir ki, bu cür manevrlərlə Ermənistan uzağa gedə bilməz: “Hər halda, Azərbaycan tərəfinin də səbrinin həddi var. Ermənistanın bu addımları bölgənin təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Hesab edirəm ki, bu açıq təxribatlarla bağlı beynəlxalq dairələr konkret mövqelərini ortaya qoymalıdırlar”.

Məhəmmədəli QƏRİBLİ

 

Nəşr olunub SİYASƏT
Türkiyənin müdafiə nazirinin Naxçıvana səfəri başlayıb-FOTO
Bu gün Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gəlib.

Bu barədə boyukmillet.com Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iyunun 7-də Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019”Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Təlimlər iyunun 11-də başa çatacaq.


Türkiyənin müdafiə nazirinin Naxçıvana səfəri başlayıb-FOTO
Türkiyənin müdafiə nazirinin Naxçıvana səfəri başlayıb-FOTO
Nəşr olunub CƏMİYYƏT
Sosial şəbəkələrdə Azərbaycanda çəkilən yeni görüntülər böyük səs-küyə səbəb oldu. Yayılan videoda “Qaloş piri” deyilən yerə şəfa tapmaq niyyəti ilə gələn insanların başına qaloş sürtürlər. Başlarına qaloş sürtülən insanlar arzularına çatacaqlarına inanırlar.
 
boyukmillet.com xəbər verir ki, bu video ilə bağlı mediada bir çox fikirlər yazılıb. Məsələn, oxu.az-ın məlumatına görə , video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.
Əslində məsələnin nədən ibarət olması isə araşdırılır. boyukmillet.com bu barədə yaxın zamanda oxuculara daha geniş məlumat verəcək.
 
Həmin görüntüləri təqdim edirik
 
Nəşr olunub CƏMİYYƏT
Bazar Ertəsi, 10 İyun 2019 15:31

Müdafiə naziri Naxçıvana gəlib-FOTO

Müdafiə naziri  Naxçıvana gəlib-FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gəlib.

Bu barədə boyukmillet.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məumat verilib.

Qeyd edək ki, iyunun 7-də Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Təlimlər iyunun 11-də başa çatacaq.


Müdafiə naziri  Naxçıvana gəlib-FOTO
Müdafiə naziri  Naxçıvana gəlib-FOTO

 

Nəşr olunub CƏMİYYƏT

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günündə ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu.

Bu fikirləri boyukmillet.com açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat deyib: “Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, ümummilli lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu”.

H.Babaoğlu bildirib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da dövlət çevrilişlərinə cəhdlər edilsə də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş tədbirlər sayəsində alındı. Digər tərəfdən, əgər 1991-1993-cü illər ərəfəsində edilmiş çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin siyasi irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi. Ulu Öndərin sistematik tədbirlər planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə yönəlik strateji tədbirlərin qarşısını almağa və ölkədə yenidən anarxiya mühitini bərpa etməyə çalışdıqlarını deyən “Yeni Azərbaycan" qəzetinin baş redaktoru deyib: “Ölkədəki situasiya əvvəlki kimi deyildi. Belə ki, ulu öndər Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli reformativ tədbirlər görülmüşdü və bunun sayəsində bölücü faktorların neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu cür də oldu, yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu. Bu kritik tarixi hadisədən sonra Azərbaycan etnik və regional seperatçılıqdan, vətəndaş müharibəsindən qurtuldu, ölkəmizdə ən yeni siyasi tariximizin fundamental təməlləri yaradıldı və Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxarıldı”.

O vurğulayıb ki, bu gün də həmin yol inamla davam etdirilir. Heç şübhəsiz ki, bu Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi səmərəli fəaliyyəti sayəsində mümkün olur. Olduqca mürəkkəb bir regionda hazırkı inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola bilərdi ki, Azərbaycan da bunu bacardı.

Nəşr olunub CƏMİYYƏT

Ukrayna Prezidenti Vladimir Zelenski Xalq Xidmətçisi Partiyasının ölkədə yeni hakimiyyət sistemi formalaşdırmağa imkan verəcəyinə və köhnə hakimiyyət sistemini nokauta salacaqlarına əmindir.

boyukmillet.com"RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, V. Zelenski bunu bu gün Xalq Xidmətçisi Partiyasının Kiyevdə keçirilən qurultayında bəyan edib.

Qurultayda deputatlığa namizədlərin siyahısı təqdim edilib, partiyanın proqramı təsdiqlənib.

V. Zelenski deyib ki, "Xalq Xidmətçisi" brend deyil, onların dünyagörüşüdür: "Bu, Ukraynada yeni sistemin qurulmasına kömək edəcək, köhnə sistem yenilənməyəcək. Biz sizinlə birlikdə bu işə aprelin 21-də başladıq, ancaq biz yalnız ilk kiçik addımı atmışıq. Bu, yalnız birinci raunddur. Sistem hazırda nokdaundadır, biz nokaut təklif edirik. Biz bunu birlikdə edək".

V. Zelenski Ali Radanın növbəti çağırışında deputat toxunulmazlığının ləğv ediləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Ukraynada növbəti parlament seçkilərinin oktyabrda keçirilməsi planlaşdırılsa da, V. Zelenski Ukrayna Prezidenti səlahiyyətlərinin icrasına başladıqdan sonra Ali Radanın səlahiyyətlərinə xitam verilməsi və iyulun 21-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fərman imzalayıb.

Nəşr olunub DÜNYA

Bakı tez bir zamanda özünü populyar qəbul edən şəhər kimi təqdim etməyi bacardı. Azərbaycan paytaxtı beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün çox şeylər təklif edə bilər. Bakı "AVRO-202"nin 12 qəbul edən şəhəri olmağa hazırdır.

boyukmillet.com məlumatına görə, bu barədə UEFA-nın saytında yerləşdirilən xəbərdə bildirilir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov paytaxtın "AVRO-2020"nin dörd final oyunlarının keçirilməsi üçün hazırlandığı, eləcə də, azarkeşləri Bakıda nələrin gözlədiyinindən danışıb.

"Biz gələcəkdə Bakının idman mərkəzinə çevrilməsi üçün strategiya hazırlamışıq və tədricən də bu məqsədə çatırıq. Bakı idman mərkəzinə çevriləcək. AVRO oyunlarının keçirilməsi futbolun inkişaf etdirilməsi, daha çox insanın futbola cəlb edilməsinə gətirib çıxaracaq. Futbol heç vaxt inkişafdan qalmayacaq bir idman növüdür. Bundan əlavə, son bir neçə ildə onun populyarlığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Düzdür, digər idman növləri də var ki, onlara da maraq artır. Buna baxmayaraq futbol idman növləri içərisində ən populyarıdır. Bizim üçün futbola ölkədə və bütövlükdə regionlarda marağın səviyyəsini qoruyub saxlamaq vacibdir. Bizim qazancımız o olacaq ki, daha çox uşaq öz kompyuterlərini bir kənara qoyub futbol oynamaq üçün küçəyə çıxacaqlar. Bu da sağlam həyat tərzinin inkişafına və daha sağlam millətin böyüməsinə səbəb olacaq"- deyə E.Məmmədov bildirib.

AFFA-nın baş katibi bildirib ki, Bakı harmoniya şəhəridir. Belə ki, burada tarixi hissə də mövcuddur. Şəhər çox maraqlı və cəlbedicidir. Gözəl yerləri ilə göz oxşayır. Tarixi hissəsi ilə yanaşı, şəhərin müasir hissəsi də bura gələn insanların diqqətini özünə cəlb edir. Müxtəlif bədii sərgilər, müasir görməli yerlər mövcuddur.

"Bundan əlavə Bakı müxtəlif idman tədbirlərinin keçirildiyi idman mərkəzidir. Beləliklə də, turistlər Bakıda olduqları müddətdə şəhəri üç əsas tərəfindən görüb həzz ala biləcəklər. Bütün bu obyektlər bir-birinə çox yaxındır, hətta bir çoxuna bir neçə dəqiqəyə piyada çatmaq da mümkündür. 2020-ci ildə biz bütövlükdə AVRO-nun Bakıda və qonşu ölkələrdə bütöv tarixini yazacağıq. Çünki, biz istəyirik ki, bizim bütün region AVRO-2020-dən xüsusi emosiya hiss etsin. Şəhərdə müxtəlif rəngarəng diqqət çəkən tədbirlər keçiriləcək və biz fan-zonaların iş müddətinin uzadılmasına hazırlaşırıq. Bununla da insanların ora gəlib həzz almalarına, sonra isə gedib öz komandalarına azarkeşlik etmələrinə şərait yaratmağa çalışırıq".
Nəşr olunub CƏMİYYƏT

Reytinq