Efir məkanında yeni kanal: sabahdan…

05 Okt 2017
27 baxış

Azərbaycanın ilk musiqili internet televiziyası olan Muz TV Azərbaycan peyk yayımına başlayır.

Boyukmillet.com xəbər verir ki, məlumatı telekanalın mətbuat xidməti yayıb. Televiziyayla “Azərkosmos” arasında əldə olunmuş razılığa əsasən, kanal sabahdan etibarən “Azərspeys-1” (“Azerspace-1”) peyki vasitəsilə 13975 V/11174,4 H tezliyi ilə yayımlanacaq.

Xatırladaq ki, Muz TV 11 may 2012-ci il tarixindən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq