“Bəxt üzüyü” filminin davamı çəkildi

01 Noy 2017
244 baxış

Filmin adı "Bəxt üzüyü 2” olacaq.

Ekran işinin çəkilişlərini isə "Planet Parni iz Baku” komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir.

Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəsti-xətt üzrə davam edir.

Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rəfael Dadaşov, Firəngiz Rəhimova və başqaları çəkilib.

Xalq artisti Rəfael Dadaşov da açıqlamasında məlumatı təsdiqləyib: "Artıq çəkilişlərimiz bitib. Ancaq filmin nə vaxt yayımlanacağı ilə bağlı məlumatım yoxdur”. ( publika.az )

 

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq