Bakıda “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə elan olunub

14 Noy 2017
261 baxış

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli müğənni, Xalq Artisti, dünya şöhrətli vokal və estrada ifaçısı Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə elan edilib.

Boyukmillet.com  azertac-a istinadən xəbər verir ki, müsabiqənin əsas məqsədi respublikamızda vokal və estrada sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, habelə onların ifaçılıq səviyyələrinin yüksəldilməsi və dəstəklənməsidir.

Vokal və estrada oxuma üzrə keçirilən müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər iştirak edə bilərlər.

Bir turdan ibarət olacaq müsabiqə 8-16 yaşlı uşaq və yeniyetmələr arasında 2 nominasiya (vokal və estrada oxuma) və 3 qrup (I qrup: 8-10 yaş, II qrup: 11-13 yaş, III qrup: 14-16 yaş) üzrə keçirilir.

İştirakçıların çıxış proqramı və sənədlər dekabrın 5-dən gec olmayaraq Bakı şəhəri, M. Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinə göndərilməlidir.

(AZ 1147, Bakı şəhəri, 9 mikrorayon Mir Cəlal küçəsi 105H. Telefon: 560-05-40, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. )

 

Boyukmillet.com 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq