TÜRKSOY Anadolu simfonik orkestri ilk konsertini verib

27 Dek 2017
163 baxış

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Əskişəhər Anadolu Universitetinin əməkdaşlığı ilə yaradılan TÜRKSOY Anadolu simfonik orkestri ilk dəfə səhnəyə çıxıb.

Boyukmillet.com azertac-a istinadən xəbər verir ki, türk dünyasının gənc istedadlarından ibarət TÜRKSOY Gənclik kamera orkestri və Anadolu Universiteti simfonik orkestrinin sənətçilərinin bir araya gəlməsi ilə yaradılan yeni orkestr ilk konsertini Əskişəhərdə verib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Anadolu Universitetinin rektoru Naci Gündoğan, qonaqlar və tələbələr konsertə baxıblar.

Anadolu Universiteti Atatürk Mədəniyyət və Sənət Mərkəzində təşkil olunan konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən musiqiçilər sənətsevərlərə unudulmaz gecə yaşadıblar. Dünya klassik musiqi əsərlərini səsləndirən orkestr əskişəhərli tamaşaçılar tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.

Qeyd edək ki, TÜRKSOY Anadolu simfonik orkestri dekabrın 29-dan yanvarın 9-dək İspaniyaya qastrol səfərinə çıxacaq və müxtəlif şəhərlərdə altı dəfə səhnə alacaq.

 

Boyukmillet.com

 

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq