Adanada Sabir Rüstəmxanlının imza günü keçirilib - FOTO

07 Yan 2018
202 baxış

"Ölüm zirvəsi" kitabının imza günü keçirilib.

Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi Sabir Rüstəmxanlının müəllifi olduğu "Ölüm zirvəsi" kitabının imza günü keçirilib. 

İmza günü Adanada keçirilən kitab sərgisində baş tutub. Tədbirdə Türkiyənin Dövlət rəsmiləri, Adana şəhər rəhbərliyi və Türkiyənin şair və yazıçıları iştirak ediblər.

Xalq şairi ilə görüşən türkiyəli oxucular kitabla bağlı fikirlərini bölüşüb, Sabir Rüstəmxanlının tək Azərbaycanın yox, Türk dünyasının böyük aydını olduğunu bildiriblər. Oxucular xalq şairiylə xatirə fotoları çəkdiriblər.

Adanada Sabir Rüstəmxanlının imza günü keçirilib - FOTO

 

Adanada Sabir Rüstəmxanlının imza günü keçirilib - FOTO

 

Adanada Sabir Rüstəmxanlının imza günü keçirilib - FOTO
Bu xəbərə səs ver
(1 Səs)

Reytinq