BMT-nin Baş katibi: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmiyyətlər və mədəniyyətlər arasında körpülər yaradır

15 Mar 2018
1158 baxış

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmiyyətlər və mədəniyyətlər arasında körpülər yaradır.

Trend-in məlumatına görə, bu barədə VI Qlobal Bakı Forumu zamanı BMT-nin Baş katibi Antonio Quterreşin təşkilatın Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai tərəfindən səsləndirilmiş məktubunda deyilir.

Baş katib bu işinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib:

“İnklüziv cəmiyyətin yaradılması çox vacibdir və dayanıqlı inkişaf məqsədlərində qeyd olunmuş əsas hədəflərdəndir”.

O vurğulayıb ki, bugünkü problemlərin həllinə elm və texnologiya kömək göstərə bilər.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq