Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 01 Fevral 2018

Vergilər Nazirliyinin Bakı şəhəri üzrə lokal gəlirlər departamentinin direktor müavini Elnur İsgəndərov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Boyukmillet.com xəbər verir ki, mediada gedən xəbərlərə görə, Elnur İsgəndərov Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğludur. 

Bununla yanaşı, E.İsgəndərovun sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu olduğu bildirilir.

Image result for xaləddin isgəndərov

Xaləddin İsgəndərov

Qeyd edək ki, F.Məmmədov iki ay əvvəl vergilər naziri vəzifəsindən götürülüb, onun yerinə isə sabiq təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Hazırda Cabbarovun Vergilər Nazirliyində intensiv kadr dəyişiklikləri apardığı bildirilir.(Musavat.com)

Nəşr olunub SİYASƏT

Rusiya prezidenti Vladimir Putinin seçki reytinqi seçki kampaniyası başladıqdan sonra ilk dəfə olaraq 70 faizdən aşağı düşüb. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) apardığı araşdırma bunu göstərir. Ekspertlər bunu seçicilərin alternativ hisslərinin yaranmasıyla əlaqələndirirlər.

Ötən ilin dekabrın ortalarında Putinə 74,8% rusiyalı səs verməyə hazır idisə, onların sayı indi 69,9%-ə düşüb. TASS agentliyi ÜİRÖM apardığı sorğuya istinadən yayıb. Sorğu 26-28 yanvarda keçirilib.

Hələ yanvarın 11-15-də hazırkı prezidenti 73,2% respondent dəstəkləməyə hazırlaşırdı.

Bu, dekabrda dördüncü müddətə prezident seçilməyə hazır olduğunu bəyan etdikdən sonra Putinin qeydə alınan ən aşağı reytinqidir.

Kampaniya zamanı rekord rəqəm dekabrın ortalarında əldə edilib: dekabrın 18-20-də keçirilən sorğuda respondentlərin 76,8%-i hazırkı prezidentə səs verməyə hazır olduqlarını söyləmişdilər.

Putinin qərargahından prezidentliyə namizədin reytinqinin aşağı düşməsinin səbəblərini izah edə bilməyiblər.

"Bizim reytinqə təsir göstərən amillər barədə kifayət qədər təsəvvürümüz yoxdur. Ona görə də ən yaxşısı bunu tərtib edənlərə müraciət etməkdir", - deyə Putinin seçkiqabağı qərargahının mətbuat katibi Andrey Kondraşov BBC Rusca xidmətinə bildirib.

Putinin reytinqi yalnız "düzəldilir" və onun aşağı düşməsi Putinin son həftədəki bəyanatlarından və hərəkətlərindən asılı deyil, ÜİRÖM-nin siyasi araşdırmalar şöbəsinin rəhbəri Stepan Lvov BBC-yə bildirib.

Onun sözlərinə görə, prezident seçkiləri mövzusu getdikcə daha da aktuallaşır, əvvəllər insanlar kimə səs verəcəkləri barədə düşünmürdülərsə, indi "elektoral seçim kristallaşır".

"Emosional motivlər də ortaya çıxıb və bizim respondentlərin cavabına bu da öz təsirini göstərib ", - deyən Lvov Putinin reytinq dəyişikliyini belə izah edib.

"Bir neçə il ərzində müşahidə edilən bir nümunə var - seçki kampaniyası gedişatında rəhbərliyin reytinqi aşağı düşür. 2011 və 2016-cı ildə Dumaya keçirilən seçkilərdə "Vahid Rusiya" da bununla qarşılaşmışdı ", - deyə politoloq Abbas Hallamov bildirib.

Onun sözlərinə görə, insanlarda seçki dövründə olmayan hansısa alternativin olması hissləri yaranır və buna görə də rəhbərliyin reytinqi aşağı düşür:

"Hazırda Putinin reytinqinin aşağı düşməsi qanun çərçivəsindədir və onun qərargahında xüsusi narahatlıq yaratmamalıdır".

Politoloqun sözlərinə görə, bununla yanaşı vətəndaşlarda bir tərəfdən stabilliyə, digər tərəfdən dəyişikliklərə ziddiyyətli tələblər yaranıb:

"Putin dəfələrlə "dəyişikliklər" sözündən istifadə edib, lakin heç bir konkretlik yoxdur və üstünlük stabilliyə verilib. Bununla bağlı seçicilərdə məyusluğun yaranması qaçılmazdır."

Politoloq Konstantin Kalaçev hesab edir ki, Putinin reytinqinin aşağı düşməsi vətəndaşların doğrulmayan ümidlərini əks etdirir:

"İnsanlar seçki kampaniyasından çox şey gözləyirdilər. Bəlkə də, prezidentin Federal Məclisə göndərdiyi müraciət bu vəziyyəti dəyişə bilər. Hələki kampaniyada texnologiya məsələləri çoxdur, lakin məzmun çatışmır".

Kalaçev etiraf edib ki, Putindən ölkənin necə təchiz olunması, iqtisadi inkişafı təmin etmək, əhalinin gəlirlərini qaldırmaq və onun sorğularına cavab vermək kimi mövzularla bağlı konkret sözlər gözləyib.

"Bunun hiyləgər plan olduğunu istisna etmirəm. Bizi Putin kampaniyasının güclü finalının gözləməsi mümkündür. Və səfərbər layihələr onun seçkiqabağı proqramı kimi möhkəmlənəcək", - politoloq əlavə edib.

ÜİRÖM-nin yanvarın 26-28-də keçirdiyi sorğuda 1800 nəfər iştirak edib (BBC).

Boyukmillet.com

Nəşr olunub DÜNYA

Burseya dağı ətrafındakı terrorçuların və onların sığınacaqlarının məhv edildiyi ən dəqiq görüntülər paylaşılıb.

Xəbər verdiyimiz kimi, Türk Silahlı Qüvvələrinin dəstək verdiyi “Azad Suriya Ordusu“ ilə birlikdə həyata keçirdiyi “Zeytun Budağı“ hərəkatı gedişində strateji əhəmiyyətə malik Burseya dağını terror təşkilatı YPG-dən təmizləyib.

İndiyə qədər 790 terrorçunun öldürüldüyü əməliyyatlarda terror hədəflərinin TSQ tərəfindən vurulma anları dronla havadan görüntülənib.

Boyukmillet.com bildirir ki, TRT Haber tərəfindən yayınlanan görüntülərdə gizlənən terrorçuların tam dəqiqlikə vurulduğu görünür.

Nəşr olunub DÜNYA
Cümə Axşamı, 01 Fevral 2018 17:04

Əlizamin Hüseynli - 65

Bu gün saf qəlbli, vətənpərvər insan, həkim və eyni zamanda publisist Əlizamin Həsən oğlu Hüseynlinin 65 yaşı tamam olur.  

O, 1953-cü il fevralın 1-də Beyləqanın Xalac kəndində dəmiryolçu Həsən kişinin ailəsində anadan olmuş, Azərbaycan Tibb Universitetini bitirmişdir. Uzun illərdir Azərbaycanın səhiyyə sistemində müxtəlif vəzifələrdə fəaliyyət göstərməkdədir. 1991-94-cü illərdə Birinci Qarabağ Müharibəsində həkim kimi ön cəbhədə fəaliyyət göstərmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və 4 kitab müəllifidir. Yaxın zamanda növbəti 5-ci kitabı işıq üzü görəcək.

Həm həkim kimi, həm də bədii yaradıcılıq fəaliyyətində Əlizamin müəllim insanlara qayğı ilə yanaşmağı, vətəndaş təəssübkeşliyi, vətən və millət sevgisini öz ömür yolunda meyar seçib. Onu da qeyd edək ki, Əlizamin Hüseynli Zəngəzur mahalında Qaçaq Süleyman kimi tanınan xalq qəhrəmanının nəticəsidir. 

Boyukmillet.com onlayn ictimai-siyasi qəzetin kollektivi adından həkim Əlizamin Hüseynlinin 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, işlərində və yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq. 

 

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Binəqədi rayonunda təbiətə divan tutulması prosesi davam edir. 8-ci mikrorayon, Azadlıq prospekti 188/28 ünvanında 170-ə yaxın ağacın məhv edilərək, yerində obyekt tikilməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, məsələni yerində araşdırıb.

Ərazidə olduğumuz zaman qazıntı işlərinin həyata keçirildiyinin şahidi olduq. Təqribən 50-yə yaxın ağacın yerində obyekt tikintisi üçün hazırlıq gedir. Tikiləcək obyektin bünövrəsi qazılıb, əraziyə tikinti materialları gətirilib. Tikinti aparılan ərazinin ətrafınakı digər yaşıllıqlar da məhv edilir.

Obyektin bünövrə çuxuru ağacların əhatəsində qaızılıb. Onlarla ağac bünövrənin tam ortasında qalıb. Bir neçə ağac isə zədələnmiş, qırılmış vəziyyətdədir.

Sakinlər iddia edir ki, əvvəllər ərazidə 150-dən çox müxtəlif növ ağac olub. Son ilyarım ərzində onlar zaman-zaman məhv edilərək, yoxa çıxarılıb: “Bu ərazidə təqribən 170-ə yaxın çox dekorativ və meyvə ağacları var idi. İlyarım ərzində bu yaşıllıqlar məhv edildi. Ağacların kəsilməsində Binəqədi Rayon Yaşıllaşdırma Sahəsinin rəisi Maşallah Məmmədovun da rolu var. Onun işçilərinin ağacları necə məhv etmələrini isbat edən foto və videogörüntülər də var. Əvvəlcə ağacları budamaq, qulluq etmək adı ilə məhv etdilər. Sonra gördülər ki, tez-tez cərimələnirlər, ağaclara gələn su xəttini kəsdilər. Təkrar şikayətlərdən sonra yenidən su çəkdilər. Bir sözlə, öz məqsədlərinə çatdılar. İndi isə tamamilə yaşıllığı yoxa çıxarmağa çalışırlar”.

Diqqət çəkən məqamlardan biri isə tikinti aparılacaq ərazidə parkın abadlaşdırma planını göstərən lövhə vurulub. Yəni layihədə yaşıllaşdırma və abadlıq işlərinin aparılacağı əks olunur.

Lakin yaxınlığındakı 28-ci binanın sakinləri bu planının gözdən pərdə asmaq üçün hazırlandığını bildirdilər: “Çoxsaylı şikayətlərdən sonra ərazidə yaşıllığın abadlaşdırılmasını göstərən lövhə asdılar. Biz sual edirik, əgər burada abadlaşdırma, yaşıllaşdırma işləri aparacaqlarsa, nəyə görə ağacları məhv edirlər? Əgər bu park vətəndaşlara xidmət edəcəksə, onların istirahəti üçün nəzərdə tutulubsa, bu yaşıllıq niyə qırılmalıdır? Ağacları mühasirəyə alıb, böyük bir ərazidə bünövrə niyə salınır? Qazıntı işlərindən açıq-aşkar bəlli olur ki, obyekt tikintisidir. İşbazlar burada ya qəlyanxana, ya sauna, ya da restoran tikməyi planlaşdırırlar”.

Bina sakini Elçin Hüseynov bir neçə ay öncə eyni vəziyyətin şahidi olduğunu bildirdi: “ Təqribən bu ərazidən 200 metr uzaqlıqda yol kənarında yaşıllığı abadlaşdırıb, obyekt tikdilər. Hətta bununla bağlı şikayətlər də oldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “İdeya” ictimai birliyi, BŞİH-i əməkdaşları əraziyə baxış keçirdilər. İşbazlar obyektin kitabxana kimi fəaliyyət göstərəcəyini deyib, vəziyyətdən çıxış yolu tapdılar. Obyektin üzərinə “Kitabxana” yazdılar. Ara sakitləşəndən sonra kitabxananı kababxanaya, qəlyanxanaya çevirdilər. Restoran kimi fəaliyyətini davam etdirdilər”.

E.Hüseynov yaşıllığın məhv edilməsi ilə bağlı şikayətlərdən sonra Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirdi: “Son illər istər yaşıllıqların, istərsə də digər məsələlərlə bağlı şikayətimizi bildirən zaman icra hakimiyyəti tərəfindən narazılıqla qarşılanıb. Bizi hədələyiblər ki, etiraz etməyin. Bir neçə dəfə icra başçısının göstərişi ilə əraziyə polis əməkdaşları göndərilib. Bu səbəbdən də insanlar psixoloji təzyiqlə üzləşir, problemlərini deməyə çəkinirlər. Biz rayon İcra Hakimiyyətindən narazıyıq ki, belə hallara yol verir, bizim problemlərimizə göz yumur”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı təqdi etdiyimiz videodan izləyə bilərsiniz. (Məğrur Mərd, "Yeni Musavat")

Boyukmillet.com

 

Nəşr olunub HADİSƏ

Erməni lobbisinin təxribatlarına baxmayaraq, Bakı ilə bu beynəlxalq qurum arasında münasibətlərdə dinamika var

“Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Biz yeni saziş üzərində işləyirik və bu saziş bizim gələcək əməkdaşlığın əsasını təşkil edəcək”.

Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ və ombudsman aparatının 24 aydır birgə həyata keçirdiyi “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) potensialının gücləndirilməsinə dəstək” adlı tvinning layihəsinin yekun nəticələrinə dair keçirilən tədbirdə deyib. (APA) Layihənin Aİ və Ombudsman Aparatı arasında həyata keçirilən ilk layihə olmadığını söyləyən K. Yankauskas bildirib ki, Aİ layihənin həyata  keçirilməsinə 1,3 milyon avro vəsait ayırıb: “Ümid edirəm ki, bu layihənin sayəsində ombudsman ofisi daha geniş potensiala malik olacaq. Layihə çərçivəsində uşaqlar,  əlilliyi olan insanlar, yaşlı insanlara dair strategiyalar, informasiyanın idarə olunmasına dair müasir sistem planı hazırlanıb”. 

Kestutis Jankauskas ile ilgili görsel sonucu

Səfir deyib ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi Avropa İttifaqının sadiq olduğu dəyərlərdir: “Ümid edirəm ki, bu dəyərlər Azərbaycan və Aİ arasında imzalanacaq yeni sənəddə öz əksini tapacaq və həmin amillər də ombudsman, eləcə də digər institutların işində əsas dəyərə çevriləcək”.

Bəlli məsələdir ki, işğalçı Ermənistan və onu dəstəkləyən qüvvələr Azərbaycanla Avropa İttifaqının münasibətlərini pozmaq üçün hər varianta əl atırlar. Xüsusilə də keçən ilin sonlarında İrəvanın Aİ ilə müqavilə imzalamasından sonra erməni lobbisi Bakının qurumla münasibətlərinə zərbə vurmaq üçün çeşidli üsullara əl atdı, lakin buna nail ola bilmədi. Göründüyü kimi, Azərbaycan-Aİ münasibətlərində yeni mərhələ gözlənilir. Maraqlısı budur ki, bu planlar bumeranq effekti verib və İrəvana qarşı təzyiqlər başlayıb. Ermənistandakı atom elektrik stansiyasını bağlamaq lazımdır. Bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents bildirib. “Atom stansiyasını mümkün qədər tez bağlamaq lazımdır. Çünki onun vəziyyətini yaxşılaşdırmaq, hansısa yolla stansiyanı ümumi standarta uyğunlaşdırmaq mümkün deyil”.

Metsamor AES-i ile ilgili görsel sonucu

Bu günlərdə nüfuzlu Amerika qəzeti “Vaşinqton post”da Metsamor AES-i ən bərbad və ən təhlükəli stansiya adlandırmışdı. Mətbuatda yazılanlara görə, Ermənistan rəhbərliyi AES-in bağlanması ilə bağlı hər hansı tədbir görməkdən qəti surətdə imtina edir. Onlar hesab edirlər ki, bərpadan sonra o, azı 10 il işləyə bilər. Hələ AES-in Rusiyadan alınan kredit hesabına daha yaxşı avadanlıqlarla təmin ediləcəyini iddia edirlər.

Bəs Avropa Birliyinin rəsmisi münasibətlərdəki yeni mərhələdən bəhs edərkən nələri nəzərdə tutub? Bakı-Avropa Birliyi münasibətlərində nələr gözlənilir? Azərbaycan vətəndaşları da tezliklə Gürcüstan vətəndaşları kimi  Avropaya vizasız gediş-gəliş imkanı qazana bilərmi? 

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında Bakının bu beynəlxalq qurumla perspektiv əlaqələrindən bəhs etdi: “Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin Brüsseldə keçirilən son zirvə görüşünün yekun bəyanatında üzv ölkələrin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyən imperativ müddəalardan sonra Azərbaycanla Avropa İttifaqının əməkdaşlının inkişafına mane ola biləcək amillər demək olar ki, yoxdur. Bu baxımdan, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün kifayət qədər geniş imkanlar var. Azərbaycan enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyasında əhəmiyyətli yer tutur və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Dünyada və regionda baş verən proseslər, Avropaya enerji nəql edən ölkələrin ixrac imkanlarının geosiyasi və digər səbəblərdən məhdudlaşması ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətini daha da artırır”. Politoloq bildirdi ki, indi Azərbaycan Avropaya əvvəlkindən daha çox lazımdır və bu vəziyyət hələ uzun müddət davam edəcək: “Belə olduğu təqdirdə həm ortaq maraqlar, həm də ümumi təhlükəsizlik platformaları üzərindən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa daha geniş imkanlar yaranır. Bir məqamı da xüsusi olaraq qeyd etməliyəm: Avropa İttifaqının mərkəzi strukturları ilə Azərbaycanın münasibətləri heç vaxt böhranlı olmayıb. Ötən illər ərzində Aİ-Azərbaycan münasibətlərinin kəskinləşməsinə və böhranlı kimi təqdim olunmasına həmişə üçüncü tərəflər çalışıblar. Bu sırada Avropa Parlamentindəki bəzi marginal qrupların fəaliyyətini, İtaliyada TAP əleyhinə kampaniya aparan və Rusiya ilə sıx əlaqədə olan ”5 star" kimi siyasi partiya qruplarının əməllərini göstərmək olar. Adətən Azərbaycanla Avropa İttifaqının münasibətlərində soyuqluq yarandığı dönəmlərdə bu prosesin arxasından üçüncü tərəflərin kölgəsi görünüb. Düşünürəm ki, hazırda Aİ-Azərbaycan münasibətlərinə mane ola biləcək ciddi səbəblər yoxdur".

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

E.Mirzəbəyli qeyd etdi ki, yeni sazişdə münasibətlərin strateji müstəviyə yüksəldilməsi üçün çoxşaxəli fəaliyyət proqramları nəzərdə tutulub: “Hər bir ölkədə problem var. Amma bu problemlərin aradan qaldırılması yolları ittihamlardan deyil, qarşılıqlı əməkdaşlıqdan keçir. Zənnimcə, 2018-ci ildə biz Azərbaycan-Aİ münasibətlərində yeni bir mərhələnin şahidi ola biləcəyik. Hər halda, bunun üçün ciddi əsaslar var. Azərbaycanla Avropa İttifaqı arasında ”yeni mərhələ" adlandırılan zaman kəsiyi, zənnimcə, ikitərəfli münasibətlərin bütün istiqamətlərini, o cümlədən qarşılıqlı investisiyaların təşviqini, vizasız gediş-gəlişi, Azərbaycanda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan islahatlara dəstək verilməsini və s. nəzərdə tutur. Bu siyahıda şübhəsiz ki, enerji sahəsində əməkdaşlığın genişlənməsi, qeyri-neft sektorunun inkişafı gəlir". (Cavid TURAN, “Yeni Müsavat”)

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Reytinq