Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 13 Mart 2018

Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu Gömrük Məntəqəsində Türkiyə polisi tərəfindən əməliyyat keçirilib.

Əməliyyat zamanı 40-a yaxın gömrük işçisi saxlanılıb.

Həbs olunan gömrük ənəkdaşlarının rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunduğunu bildirilir.

Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi tərəfindən keçirilən əməliyyat zamanı Dilicu Gömrük Məntəqəsində çalışan işçilərin yaşadıqları mənzillərdə də axtarış aparılıb.

Nəticədə sənədləşmələrdə saxtakarlıq, rüşvət və qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olduqları müəyyənləşdirilən 40 gömrük işçisi barəsində saxlanma qərarı çıxarılıb. İstintaq davam edir. (BakuPost)
Nəşr olunub CƏMİYYƏT

Tacikistanda şənbə günləri bütün dövlət qurumları, idarələri və təşkilatlarının işçilər məcburi olaraq səhər idmanı edəcəklər.

Bu barədə Tacikistanın gənclər və idman məsələləri üzrə komitəsinin sədri Axtam Abdullazadə bəyanat verib.

“Tacikistan prezidentinin icra aparatı ilin sonuna kimi hər şənbə bütün şəhər və rayonlarda səhər idmanının keçirilməsi haqqında tədbirlər planını təsdiq edib”deyə komitə sədri bildirib.

Komitə sədrinin sözlərinə görə, şənbə günləri səhər idmanının təşəbbüskarı məhz Tacikistan prezidentidir.

Ötən şənbə səhər idmanına Tacikistan bütün dövlət qurumları, idarələri və təşkilatlarının işçiləri məcburi cəlb olunub. 

Qeyd edək ki, yanvar ayından etibarən Tacikistan prezidentinin göstərişi ilə dövlət qurumları, idarələri və təşkilatlarının işçilər məcburi qaydada səhər idmanı, kros və üzgüçülüklə məşğul olur. (İnterpress.az)
Nəşr olunub DÜNYA

“İpək Yoluna Dəstək Qrupunun missiyasına maraq artıb. Hesab edirəm ki, İpək yolu konsepsiyası tam gücü ilə işləyərsə, əməkdaşlıq daha sıx olar. ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfranda Bakı Bəyannaməsini müzakirə edib, qəbul edəcəyik”.

“Report”un xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

O, bu cür əməkdaşlığın vacib olduğunu vurğulayıb. (Musavat.com)

Nəşr olunub İQTİSADİYYAT
Çərşənbə Axşamı, 13 Mart 2018 19:21

NATO-dan Ankaraya S-400-lə bağlı gözlənilməyən jest

Rusiyadan S-400 komplekslərini almaq Türkiyənin suveren hüququdur.

Axar.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.

“NATO müttəfiqləri hansı silaha yatırım etməklə bağlı özləri qərar verirlər. NATO üçün vacib olan fərqli döyüş sistemlərinin qarşılıqlı fəaliyyət imkanlarıdır. S-400-ün NATO-ya inteqrasiyası haqqında sorğu hələlik təşkilata göndərilməyib. Bu sistemin inteqrasiyası elə də asan iş deyil.

Biz Türkiyənin təhlükəsizliyinin təminatında aktiv iştirak edirik. NATO Türkiyəyə AWACS radiolokasiya sistemləri ilə təchiz olunan təyyarələr göndərib. Həmçinin burada "Patriot" və SAMP-T zenit raket komplekslərinin sayını artırmışıq. Türkiyənin öz təhlükəsizliyi sahəsində qayğılarını NATO-da hər kəs anlayır”, – deyə o bildirib.

 
Nəşr olunub DÜNYA

Martın 4-də SSRİ Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq əməkdaşı Sergey Skripal və qızı Yulyanın Londonda kimyəvi maddə ilə zəhərlənməsi hadisəsi dünya gündəminin aparıcı mövzularından biri olaraq qalır. Musavat.com xatırladır ki, London parklarının birində ata və qızını sinir sistemini iflic edən naməlum toksik maddə ilə zəhərləyiblər. Onlar bağda huşsuz vəziyyətdə tapılıblar və hazırda vəziyyətləri ağır olaraq qalır.

Bu olay Britaniya hüquq-mühafizə orqanları ilə yanası, bütövlükdə rəsmi London tərəfindən dərhal nəzarətə götürülüb, hələ tədqiqat başa çatmamış sui-qəsddə “Rusiya izi və dəst-xətti”nin olması haqda rəy yaranıb. Zəhərli maddənin mənşəyi dədiqləşəndən sonra aydın olub ki, bu maddə yalnız Rusiyada istehsal olunur.

Beləliklə, sui-qəsddə Moskvanın adı artıq daha ucadan hallanmağa başlayıb və məsələ böyüyüb. Dərhal Rusiya XİN-dən izahat tələb edilib. Rusiya səfiri İngiltərə XİN-ə çağırılıb və ondan izahat istənilib.

*****

Nəzərə alsaq ki, London-Moskva münasibətləri onsuz da sərindir, o zaman hadisənin iki ölkə arasında növbəti, daha böyük siyasi qalmaqal yaradacağı ehtimalı artır. Bunu Böyük Britaniyanın baş naziri Tereza Meyin hadisə ilə bağlı parlamentin Böyük İcmalar Palatasında etdiyi çıxış da təsdiqləyir.

Musavat.com həmin çıxsın tam mətnini əldə edib. Aktuallığını nəzərə alaraq, onun tərcümə variantını təqdim edirik: “4 mart tarixində, Sergey Skripal və qızı Yulia Skripal Britaniyanın Salisberi şəhərində zəhərləniblər və hal-hazırda vəziyyətləri ağır olaraq qalır. Böyük Britaniya belə bir nəticəyə gəlib ki, cənab Skripal və onun qızı Rusiya tərəfindən hazırlanmış silah növü olan “Noviçok” adlı əsəb sisteminə təsir edən kimyəvi maddə ilə zəhərləniblər. Bu nəticə Porton Dounda yerləşən Müdafiə Elmləri və Texnologiya Laboratoriyasının ekspertləri tərəfindən “Noviçok” kimyəvi maddəsinin müəyyən olunmasına, eləcə də Rusiyanın dövlət səviyyəsində sui-qəsdləri və onun qarşı tərəfə keçənləri ciddi hədəf kimi görməsi barədə qiymətləndirməmizə əsaslanır.

Britaniyanın xarici işlər naziri martın 12-də Rusiyanın Londondakı səfirini çağırıb ona bu məsələnin iki izahı ola biləciyin bildirib: ya Rusiya Britaniyanın ərazisində kimyəvi silahdan istifadə edərək sui-qəsdə cəhd edib, ya da Rusiya sinir sisteminə təsir edən kimyəvi maddələr ehtiyatına nəzarəti itirib. Nazir Rusiyadan Britaniyaya və Kimyəvi Silahlara Qadağa Təşkilatına (KSQT) öz ehtiyatları üzərində nəzarəti necə itirdiyini izah etməyi tələb edib. O, həmçinin, Rusiyanın “Noviçok” proqramı barədə KSQT-a geniş və tam hesabat verməli olduğunu bildirib. Əgər Rusiya hökuməti buna əməl etməzsə, biz bu hadisənin Britaniya torpağında Kimyəvi Silahlar haqqında Konvensiya və beynəlxalq hüququ pozaraq və qadağan olunmuş silahdan istifadə edərək dövlət tərəfindən təşkil olunmuş sui-qəsd cəhdi olduğu nəticəsinə gəlməli olacağıq.

Qənaətbəxş cavab olmazsa, Britaniya hökuməti bu hadisəni Litvinenkonun qətlindən sonra Rusiyanın Birləşmiş Krallığın ərazisinə qarşı ən ciddi pozuntu saymalı olacaq. Hücuma məruz qalan polis zabitinin (Skripalın – red.) ciddi sağlamlıq problemləri davam edir və ümumilikdə 24 nəfər tibbi müalicə alıb. İstintaqa və kimyəvi maddənin yayıldığı ərazinin təhlükəsizliyini təmin etməyə yardım etmək üçün əraziyə yüzlərlə xüsusi qoşun cəlb olunub.

Bu dəhşətli və ölçüsüz cinayət hadisəsindən həmin ərazidə yaşayan sizin ölkənizin vətəndaşları da eyni dərəcədə təsirlənə bilərdilər. Bu, “casusa qarşı casus” məsələsi deyil. Bu, bir dövlətin digər dövlətə qarşı qadağan olunmuş kimyəvi silahdan fərq qoyulmadan istifadə eləmklə təşkil olunmuş hücumu idi. Biz bu hadisəyə demokratik dəyərlərimizə və qanunun aliliyi prinsipinə söykənən, hərtərəfli və müvafiq ölçüləri özündə ehtiva edən qarşılıqlı cavab verəcəyik. Lakin bu, sadəcə ikitərəfli məsələ də deyil. Müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən koordinasiya edilmiş hərəkətlər həyati əhəmiyyət daşıyır.

Sergey və Yuliya Skripalların zəhərlənməsi Rusiyanın hüquqa əsaslanan beynəlxalq sistemi müntəzəm olaraq dağıtmasını hədəfləyən oturuşmuş rus fəaliyyət modelinin tərkib hissəsidir. Rusiyanın ardıcıl və artan tempdə olan bu addımları qanuna tabe olan beynəlxalq ictimaiyyət üçün böyük təhlükə yaradır.

Suriyada dəhşətli dağıntı Rusiyanın dəstək verdiyi Əsəd rejimi və Rusiya hərbçilərinin özünün birbaşa iştirakı ilə mülki vətəndaşlar üzərində tətbiq olunub. Krımın qeyri-qanuni ilhaqı ilə Rusiya II Dünya Müharibəsindən sonra ilk dəfə zor gücü ilə Avropa sərhədlərini dəyişib. Rusiyanın Salisberidə həyata keçirdiyi akt 1945-ci ildən sonra Avropada əsəb sistemini iflic edən kimyəvi maddədən ilk istifadə hadisəsidir. Buraya Putinin rəhbərliyi altında Rusiya dövlətinin kiber-aləmdə və digər sahələrdə həyata keçirdiyi cinayət hadisələrini də əlavə etmək lazımdır. Biz kollektiv olaraq cavab verməli və öz vətəndaşlarımızı əmin etməliyik ki, Rusiyanın ölkələrimiz, maraqlarımız və dəyərlərimiz əleyhinə olan düşmən fəaliyyətinə dözməyəcəyik. Bizim atacağımız birgə addımlar  Putinin gözləmədiyi və qorxduğu bir hadisə olacaq”.

Musavat.com xatırladır ki, Rusiya XİN artıq məsələ ilə bağlı rəsmi Londonun ittihamına cavab verib. Gözlənildiyi kimi, ittihamlar rədd edilib, XİN sözçüsü Mariya Zaxarova iddiaları hətta Britaniyanın Rusiya əleyhinə “növbəti uydurması” adlandırılıb.

Lakin fakt budur ki, Moskva hələ üzün müddət altından çıxa bilməyəcəyi növbəti faktla, ittihamla üz-üzədir. Baş nazir Tereza Meyin parlamentdəki sərt çıxışını isə London-Moskva münasibətlərinin daha da pisləşəcəyinin anonsu ilə yanaşı, həm də Rusiyanın ünvanına səslənən hədə-xəbərdarlıq mesajı saymaq olar. (Siyasət şöbəsi, Musavat.com)

Nəşr olunub DÜNYA

Ağıllı telefonların meydana çıxması və informasiya texnologiyalarının inkişafı nəticəsində  cəmiyyətdə gizli videoçəkilişlərin də sayı artmaqdadır.

 

Əlində telefonu və ya kamerası olan istənilən şəxs gizli və açıq çəkiliş edib sosial şəbəkədə yaya bilir. Bəs bu çəkilişlər nə qədər qanuna uyğundur? Lider TV-də tanınmış  vəkil Adəm Məmmədovun təqdimatında hər bazar saat 22.00-da efirə çıxan "Hüquq və ədalət” verilişinin son  buraxılışı da bu mövzuya həsr olunub.  Müzakirələrdə vəkillərlə yanaşı, tanınmış jurnalist Məhəmmədəli Qəribli də iştirak edib. 
Aktual.az həmin verilişin tam videoyazısını təqdim edir.

Nəşr olunub CƏMİYYƏT

Media məsələləri üzrə ekspert Azər Həsrət deyir ki, Azərbaycan dünya informasiya müstəvisində önə çıxa bilməsi üçün xarici dildə yayımların təşviq edilməsi vacibdir

(Read more: https://sputnik.az/radio/20180313/414397036/azer-hesret-online-media.html)

Nəşr olunub CƏMİYYƏT

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva təhsil eksperti Kamran Əsədovu sərt şəkildə tənqid edib.

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva İnterpress.az-a açıqlamasında bildirib ki, K.Əsədovun məktəbli qızların abort etdirməsi və müəllimələri əxlaqsızlıqda ittiham etməsi Azərbaycan təhsilinin gözdən salınmasına xidmət edir:“Mən onun məktəb ,müəllim və məktəblilər haqqında müsahibəsini oxudum , dəhşətə gəlmişəm. Bizim aildə 5 şagird məktəbə gedir , amma biz onların məktəblərində bu "ekspert"in sadaladığı hallara rast gəlməmişik. Ümumiyyətlə, təhsil elə bir sahədir ki,gənc nəsilin yetişməsinə, inkişafına yönəlir. Çox təəssüf ki, mətbuatda belə açıqlamalarla rastlaşırıq. K.Əsədovun bu açıqlaması Azərbaycan təhsilinin gözdən salınmasına xidmət edir. Valideynlər arasında Azərbaycan təhsilinə inamsızlıq yaradan açıqlamalar verir. Nəsərə alsaq ki, hər gün valideynlər övladlarının təhsili ilə maraqlanır. Kimlərin xoşuna gəlsə də, gəlməsə də, biz İslam ölkəsiyik və bizim öz milli dəyərlərimiz var”. 

“O, məktəbli qızların abrot etdirməsi ilə bağlı göstərdiyi rəqəmlərə görə hesabat verməlidir”

Y.Hacıyeva bildirib ki, K.Əsədov məktəbli qızların abort etdirməsi ilə bağlı göstərdiyi rəqəmlərə görə hesabat verməlidir: “Ona görə də, bizim cəmiyyətdə Kamran Əsədovun məktəbli qızların haqqında danışdığı məqamlara yer yoxdur. K.Əsədov 1200-ə yaxın orta məktəb şagirdinin abort etdirməsi ilə bağlı açıqlama yayır. Sonra buna təkzib verdi, amma buna görə üzr istəmədi. Fikrimcə, o, bu məlumatları hardan əldə etdiyi barədə hesabat verməli idi”. 

“Məsləhət görürəm ki, Kamran Əsədov şou-biznes sahəsi ilə məşğul olsun”

Həmçinin, Y.Hacıyeva bir müddət öncə, K.Əsədov Azərbaycan dahilərini, şairlərini təhqir etdiyini də bildirərək ona təhsil sahəsindən uzaqlaşmağı məsləhət görüb: “Eyni zamanda, onun müəllifi olduğu kitabda Azərbaycan əraziləri Ermənistan əraziləri kimi göstərildi. Mən elə düşünürəm ki, K.əsədov şou-bizneslə təhsil sahəsini səhv salıb. Adam gündəmdə qalmaq üçün daha heç bilmir ki, nə etsin, bütün yalanlara əl atır. Məsləhət görürəm ki, o dırnaqarası nüfuz qazanmaq istəyirsə, şou-biznesə baş vursun. Təhsil sahəsi elə bir sahədir ki, burada onun təxribatlarına yer yoxdur”. 

“Təhsil vasitəsilə biz gələcəyimizi qururuq. Təhsil bir millətin gələcəyidir. Onun Azərbaycan təhsili, Azərbaycan müəllimi və Azərbaycan qadını haqqında yaratdığı bu neqativ fikirləri düşünürəm ki, təxribat xarakterlidir. Və Azərbaycanda o qədər qadın təşkilatları var ki, birlik nümayiş etdirib bu şəxsə etiraz etmək lazımdır” – deyə, Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirib.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Azərbaycanda 1200-ə yaxın məktəbli qızın abort etdirməsi ilə bağlı mətbuata açıqlama yayıb. K.Əsədov, həmçinin, qadın müəllimləri qısa don geyindiklərinə görə ittiham edib. O, ümumilikdə, orta məktəblərin əxlaqsız yuvaya çevrilməsini iddia edib.

Nəşr olunub CƏMİYYƏT

Reytinq