Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 20 May 2019

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşəbbüsü ilə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında “Vətən saatı” adlı tədbir keçirilib. 

Tədbir Şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan dövlət himni ilə başlayıb. 
Giriş sözü ilə tədbiri açan Akademiyanın prorektoru Əlimərdan Quliyev vətənpərvərlik ruhunun təbliğində “Vətən saatı” kimi tədbirlərin əhəmiyyətini qeyd edərək Akademiyada vətənpərvərlik saatlarının tədris olunduğunu bildirib. 
Daha sonra İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli akademiyanın müəllim-tələbə heyyəti qarşısında çıxış edərək gəncləri dövlətçilik mövqeyində, vətənpərvərlik ruhunun formalaşması üçün ali təhsil ocaqlarında vətənpərvərlik saatlarının keçirilməsinin əhəmiyyətini vurğulayıb.
 Tədbirdə “Vətən saatı” ideyasının müəllifi, yazıçı-publisist Azər Hacıbəyli Şəhidlərimiz haqqında çıxış etmiş, gənclər arasında Milli Qəhrəmanların tanıdılması və keçdikləri mübarizə yolunun yaxından öyrənilməsində bu kimi tədbirlərin əhəmiyyətli rolundan danışıb. 
Tədbirdə iştirak edən İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində medianın rolu ilə bağlı danışıb. O, çıxışında Kütləvi İnformasiya Vasitələrinin ideoloji fikrin formalaşmasında ciddi yer aldığını qeyd edib.
 Daha sonra tədbirdə iştirak edən Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova və şairə, polis mayoru Aidə Şirinova, İSBAM sədrinin müşaviri Samir Şahverdiyev çıxış edərək Azərbaycan Qəhrəmanlarının keçdiyi mübarizə yolunun gənc nəsil üçün gözəl örnək və əsl vətənpərvərlik məktəbi olduğunu qeyd etdilər. 
Tədbirin yekununda ilk Milli Qəhrəman Səfiyar Behbudova həsr olunmuş sənədli film nümayiş etdirilib. 
Sonda İSBAM sədri Samir Adıgözəlli Dövlət Dənizçilik Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirərək, rektor Heydər Əsəsdova və prorektorlar Zahid Şərifov və Əlimərdan Quliyevə təşəkkür plaketləri təqdim edib.

boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

img

Bu gün Cənubi Qafqazda əsas oyunçu hesab edilən Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi müxtəlif xarici dövlət və təşkilatların xüsusi maraq dairəsindədir. Çünki Azərbaycan regionun aparıcı dövləti olmaqla yanaşı, həm də burada reallaşdırılan transmilli layihələrin əsas təşəbbüskarı və mühüm iştirakçısıdır. Azərbaycanın bu xüsusda həyata keçirdiyi siyasətdən qonşu ölkələr, o cümlədən Gürcüstan da yetərincə faydalanır. Bu mənada, Ermənistan istisna olmaqla, digər qonşuların ölkəmizlə işbirliyini daha da genişləndirmək niyyətləri təbii qarşılana bilər. Amma bəzən bu xüsusda müəyyən anlaşılmazlıqların qeydə alınması da özünü qabarıq surətdə göstərir.

Məsələn, Gürcüstanda Salome Zurabişvili prezident postuna gəldikdən sonra süni şəkildə Azərbaycanla sərhəd məsələsi gündəmə gətirildi. Amma görünən budur ki, sözügedən şəxsin yanlış siyasəti üzündən Gürcüstanın digər qonşuları, o cümlədən gürcü iqtisadiyyatında böyük rol oynayan Türkiyə ilə də problemləri yaranmaqdadır.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan mehriban qonşuluq siyasətini nəzərə alıb, Tiflislə bütün problemlərin danışıqlar masası arxasında çözümünü istəyir. Bura sərhəd məsələsi də daxildir. Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq dövlət komissiyaları yaradılıb və indiyədək bu proses çərçivəsində 480 kilometrlik Azərbaycan–Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 kilometrlik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir. Hər hansı problem yaranmasa, qalan sərhədlərin də müəyyən olunması, o cümlədən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun gələcəyinə də tam şəkildə aydınlıq gətiriləcək. Amma yuxarıda qeyd olunduğu kimi, Salome Zurabişvilinin müəyyən addımları indiki halda anlaşılmazdır. O, Rusiya və Türkiyə ilə də artıq müəyyən problemlər yaradır. Məsələn, Polşada səfərdə olarkən Salome Zurabişvili Rusiya barədə bildirib: “Rusiya problemdir, amma biz qorxmuruq, çünki qorxuya diqqət etsək, hər şeyi unudacağıq və yalnız bunu düşünəcəyik. Bu səhv yoldur”. Rusiyanın ”regnum.ru” portalı isə Tİflisin Ankara ilə də bağlı siyasətində ciddi qüsurlar meydana çıxdığını bildirir: ”Gürcüstan prezidenti Salome Zurabişvili Estoniyada Lennerat Meri adına beynəlxalq konfransda çıxış edərək bir neçə olduqca maraqlı bəyanat verib. Onun sözlərinə görə, “Avropanın gələcəyi hələ sonadək aydın deyil, Gürcüstanın halında isə daha çox qeyri-müəyyənlik var”. Zurabişvili, adəti üzrə, “Rusiya ilə qonşuluq o qədər də təhlükəsiz deyil” deyərək “ruslarla dostluğu” da qılınclayıb. Amma budur, onun Türkiyə barədə bəyanatı, sadəcə həyəcan doğurur. Prezident qeyd edib: “Bu ölkənin qeyri-müəyyənlikdə olan Yaxın Şərqdə yerləşməklə hansı yolu seçəcəyini bilmirik”. Axı Gürcüstan liderləri lap bu yaxınlarda Türkiyə haqda pafoslu bəyanatlarla çıxış edib, “iki dövlətin qarşılıqlı münasibətlərindəki işbirliyinin strateji xarakteri”ndən danışıblar. Xəzər bölgəsi enerji resurslarının Gürcüstan ərazisindən Avropa ölkələri və Türkiyəyə ixracına yönəlmiş kommunikasiyaları göstərərək, hamını müdafiə və təhlükəsizlik sahəsində sıx işbirliyinə qədər səmimi Azərbaycan-Gürcüstan-Türkiyə həmrəyliyi amilinin varlığına inandırıblar.

Bəs məsələ nədədir? “Le Monde” qəzeti Zurabişvili Gürcüstan prezidenti postuna keçəndən dərhal sonra proqnozlaşdırıb ki, o, “daha çox Avropa” siyasəti yürütməyə yönələcək ki, bu da onu beşinci yüzillikdən xristianlığın qalası “Qızıl qoyun dərisi”  kimi qonşu Azərbaycan və Ermənistan arasında fərqləndirməlidir. Göstərməlidir ki, “Gürcüstan Avropaya gərəkdir”, Tiflis bölgədə alternativ siyasi model qurmağa və Avropanın nüfuzunu genişləndirməyə qabildir. Hətta Zurabişvili Fransanın keçmiş diplomatı kimi inanırdı ki, yerli siyasətçilərdən fərqli olaraq, Avropa siyasətinin bütün qəlizliklərindən yaxşı baş çıxardır. Və tarixdə Cənubi Qafqazda Avropa quruculuğunun ilk səhifəsini açmağı bacarar, Fransa nəşrinin yazdığı kimi, “Brüssel və Tiflis arasındakı böyük məsafəyə baxmayaraq, yeni Avropanın bölgə laboratoriyası olar”. Çünki xarici siyasətdə qabaqkı paradiqma Gürcüstanın yeni prezidentinə əl vermir, axı Tiflis hesablanmamış geopolitik çağırışlarla üzləşib. Gürcüstanın ən önəmli tərəfdaşlarından biri Türkiyə təkcə Avropa Birlyinə inteqrasiya perspektivini itirməyib, həm də, demək olar, bütün Yaxın Şərqi bürüyən burulğanlığın lap ortasına düşüb. Ölkə daxilində 2016-cı ildə baş tutmayan dövlət çevrilişi cəhdinin ardından parlament-prezident respublikasından sonra prezident respublikasına keçid edilib ki, bu da Avropada xoş qarşılanmır. Türkiyənin özündə güclənən avrasiyaçılıq axınları fonunda Brüsseldən, elə Parisdən də Türkiyənin daxili siyasətinə kəskin tənqidlərin səsləndiyi bir durumda Avropa mərkəziyyətçisi və ideologiyaca sazişlə tutulmuş Zurabişviliyə Ankara ilə yeni münasibətlər qurmaq yaraşmaz. İstisna deyil ki, Tiflis bir müddətdən sonra Türkiyənin Abxaziyada iştirakı problemini də aktuallaşdırar, türklərin “Abxaziya pəncərəsi”ni bağlamaq tələbilə çıxş edər. Gürcüstan Suriya yönündə Rusiya-Türkiyə alyansına da ehtiyatla yanaşır.

Yaddan çıxarmayacağıq ki, Ankara 2008-ci il avqust Qafqaz savaşından sonra, NATO üzrə müttəfiqlərindən fərqli olaraq, “beynəlxalq hüququ pozmağa” görə Moskvanı qınamayıb, “Qafqaz platforması”  - ATƏT-in bölgə analoqu təşəbbüsü ilə çıxış edib. Bir sözlə, Tiflis və Ankara arasındakı münasibətlərdə “minuslar” və “sualtı axınlar” üzə çıxmağa başlayır. Elə, ya belə, bu,  Tiflis və Bakı arasındakı münasibətlərə də təsir edəcək. Əlbəttə, Gürcüstan öz ərazisindən keçən Azərbaycanın energetik boru kəmərləri və tranzit yük daşımalarının mövcud inkişaf strategiyasını kəskin dəyişmək niyyətində deyil. Amma hər şeyə əsasən, əvvəlki ideoloji və geopolitik qat bu layihələrdən götürüləcək. Bununla yanaşı,Tiflis Yaxın Şərqin sabitsizlik çəkici ilə böhranda olan Avropanın zindanı arasına düşəcək. 

Lakin Gürcüstanın Yaxın Şərqdə antirusiya blokuna girmək perspektivi yoxdur. Brüssel yolunda isə işıqforlar qırmızı işıq yandırıb ki, bu da müxtəlif yönlərdə güclü beynəlxalıq siyasət formalaşdırmaq imkanı vermir. Nəticədə Zurabişvili güc mərkəzləri arasında vurnuxur. Bu, gec, ya da tez, ölkədə daxili-siyasi vəziyyətə təsir edəcək. Cənubi Qafqazda çağdaş siyasi durumun özəlliyi Zurabişvilini obyektivcəsinə Rusiyaya  güzəştə getməyə və münasibətləri yoluna qoymağa vadar edir. Bu başdan asanlıqla demək olar ki, İran ətrafında durumun bundan sonrakı kəskinləşməsi Gürcüstanı özəl mövqeyə çıxaracaq: O, Bakı və Ankaraya birtərəfli yön götürməyə düzəliş etməli və Rusiya tərəfdən təhlükə adlanan duruma “xox” gəlməməlidir.

Buna zaman gərəkdir. Zurabişvili qurduğu Avropayönlü geopolitik kombinasiyaların uydurma olduğuna inanmalı və bölgəsəl və kürəsəl gerçəkliklərə alışmalıdır. O, önəmli olsa da, hələlik növbətçi deyimlər ifadə edir. Sonra nə olacaq? ”. Bu təhlildən də aydın göründüyü kimi, Zurabişvilinin siyasəti indi daha çox Gürcüstanın özünə zərər vurur.

 

Nəşr olunub SİYASƏT

img

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

Müdafiə Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi təlimin əsas mövzusudur.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.

Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri mayın 24-dək davam edəcək.

 

 
Nəşr olunub SİYASƏT

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının Arsenal-Çelsi futbol klublarının iştirakı ilə final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxtımıza gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir.

Bununla əlaqədar Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara may ayının 27-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etmək tövsiyə edilir. 

Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər. 

Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi avtomobillərlə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.

Paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az istifadə etmələri, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri tövsiyə olunur.

Nəşr olunub CƏMİYYƏT

Gürcü Arzusu Partiyası Gürcüstanda keçirilən aralıq və növbədənkənar seçkidə qalib gəlib.

boyukmillet.com xəbər verir ki, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yayımlanan rəsmi məlumatda yer alıb.

Ölkənin beş bələdiyyəsi rəhbərliyinə keçirilən seçkini hakim partiyanın nümayəndələri udub. Gürcüstan MSK Marneulidə olan bütün səslərin hesablandığını və səslərin 78,6%-ni Gürcü Arzusu Partiyasının nümayəndəsi Zaur Darğallının qazandığını bildirib. Onun ən yaxın rəqibi olan Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Aqil Mustafayev 11,49% səs toplayıb.

Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun namizəd olduğu Zuqdidi şəhərində də səslər hesablanıb. Hesablamaya əsasən, Gürcü Arzusunun nümayəndəsi Geqa Şengeliya 54,18%, Vahid Milli Hərəkatın nümayəndəsi Rulofs isə 42,75% səs yığıb.

Zestafoni, Xulo və Çiatura şəhərlərində də Gürcü Arzusunun qalib gəldiyi və Vahid Milli Hərəkatın məğlub olduğu bildirilib. Hakim partiyanın Zestafonidə 7%, Xuloda 47%, Çiaturada isə 46% səs üstünlüyü ilə qalib gəldiyi açıqlanıb.

Aralıq seçki ilə bərabər, dünən Gürcüstan parlamentinə Salome Zurabişvişlinin prezident olmasından sonra boşalan yerə də seçki keçirilib.

Seçki Tiflisin Mtatsmind rayonunda baş tutub.

Buradakı 31 məntəqədə bülletenlərin tam yoxlanılmasından sonra deputatlığa namizədlərdən heç birinin yetərli hesab olunacaq 51% səsi toplaya bilmədiyi üzə çıxıb. Deputatlığa əsas namizədlər olan Gürcü Arzusunun nümayəndəsi Lado Kaxadze 41%, Avropa Gürcüstanı Partiyasının nümayəndəsi Şalva Şavqulidze isə 36,83% səs yığıb.

Seçkilərin ikinci turunun keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili seçkilərin saxtalaşdırıldığını bəyan edib və tərəfdarlarını hakimiyyətə qarşı mübarizəyə səsləyib.

Nəşr olunub CƏMİYYƏT

Qardaş Türkiyədə səfərdə olan Azərbaycan qaziləri, hərbi yönümlü QHT təmsilçiləri Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iftar mərasimində iştirak edib.

Turkustan.info xəbər verir ki, Samsun şəhərində düzənlənən iftar mərasimindən  sonra Azərbaycan təmsiçiləri R.T.Ərdoğana iki qardaş ölkənin prezidentlərinin portretini və digər hədiyyələri təqdim ediblər.  Görüşdə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Azərbaycan qaziləri Atatürkün İstanbuldan Samsuna gəlişinin 100-cü ildönümü – 19 May gənclik və idman bayramında iştirak etmək üçün Türkiyənin Samsun şəhərinə səfər edib. Azərbaycan heyətinə Milli Qəhrəman Vahid Quliyev, Aprel döyüşlərinin qaziləri, Əfqanıstan müharibəsi iştirakçılarının təmsilçiləri, hərbiyönümlü jurnalistlər və s. daxildir.

Heyətimiz Türkiyə Prezidenti Administrasiyasının və Samsun Büyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlə qatılıb. 

Nəşr olunub DÜNYA

Reytinq