ATƏT PA vitse-prezidentindən erkən seçki qərarına REAKSİYA: “Beynəlxalq təcrübə və milli maraqlar baxımından tam əsaslıdır”

06 Fev 2018
177 baxış

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev növbədənkənar prezident seçikiləri ilə bağlı qərara münasibətini açıqlayıb.

Turkustan.info xəbər verir ki, Azay Quliyev növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Twitter səhifəsində bu sözləri yazıb:

Aprelin 11-ə təyin olunan növbədənkənar prezident seçkiləri hüquqi, beynəlxalq təcrübə və milli maraqların qorunması baxımından tam əsaslıdır. Əminəm ki, seçkilərin qanunvericiliyə, demokratik norma və prinsiplərə uyğun keçirilməsi üçün bütün şərait və imkan yaradılacaqdır.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq