Müxalifətin mitinqində 1000 nəfər iştirak edib – Rəsmi (Yenilənib)

15 Apr 2018
498 baxış

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda keçirilmiş mitinqlə bağlı rəsmi məlumat yayıb.

Baş İdarədən Avropa.info-ya bildirilib ki, aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi və NİDA hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

***    ***

Bu dəqiqələrdə Bakıda Milli Şuranın mitinqi başlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq “Məhsul” stadionunda keçirilir.

Bu dəfəki mitinqdə daha az adam iştirak edir. Mitinqdə qaldırılan “Allah Sürətin evini yıxsın” pankartı diqqətləri cəlb edib.

(Avropa.info)

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq