“Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq” – MÜDAFİƏ NAZİRLİYİMİZ

26 Sen 2018
33 baxış
Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.
Boyukmillet.com xəbər verir ki, bu ifadələr Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.
“Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək,- deyə bəyanatda bildirilib.
 
(Turkustan.info)
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq