Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 12 Aprel 2018

Fəzail Ağamalı: “Başlanmış olan və davam edən proses özünün yeni mərhələsinə qədəm qoyacaq”

11 aprel tarixində Azərbaycanda prezident seçkisi keçirildi. Seçki ərəfəsində bir qrup mühacirlər yüksək vəzifəli hakimiyyət nümayəndələrinin ünvanına təhqirlər, söyüşlü ifadələr işlədirdilər. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, həmin mühacirlər Azərbaycana qarşı olan bəzi qrupların məkrli siyasətlərinin bir parçasıdır. Ölkə ictimaiyyətinin və müvafiq qurumların sayıqlığı nəticəsində seçkiyə qədər ölkədə sabitlik qorunub saxlandı.

 Bəs 11 apreldən sonra ölkədə nə dəyişəcək?

 “Yeni Müsavat”a danışan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, seçkidən sonra gözlənilən budur ki, İlham Əliyev yenidən prezident seçiləcək və növbəti illər üçün Azərbaycanın dövlət başçısı kimi fəaliyyətini quracaq: “Başlanmış olan və davam edən proses özünün yeni mərhələsinə qədəm qoyacaq. Ölkə prezidentinin söylədiyi kimi, əgər indiyə qədər  regionlarda infrastrukturların qurulması, oranın elektrik enerjisi, təbii qazla təminatı və təchizatı, yolların çəkilməsi, su və kanalizasiya xətlərinin yenidən bərpası ilə bağlı layihələr həyata keçirilib. Nəticədə faktiki olaraq Azərbaycanda regionlar yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bütün bunlara söykənərək ölkəni daha da inkişaf mərhələsinə çıxarmağa ehtiyac var. Bunu da ölkə prezidenti Nazirlər Kabinetinin 2018-ci il 3 aylıq yekunlarına həsr olunan müşavirəsində söylədi. Azərbaycan artıq islahatların keçirildiyi mərhələyə qədəm qoyur. Aqrar sektorun və regionlarda sənayenin inkişafına ciddi fikir veriləcək.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ile ilgili görsel sonucu

Bununla bağlı artıq konkret təcrübələr var. Sənayelərin salınması regionların aqrar bölgədən sənaye-aqrar bölgəyə çevrilməsinə səbəb olur ki, bu da Azərbaycan kimi müstəqilliyini quran ölkə üçün bir örnəkdir. Azərbaycan özünün regionda liderliyini qoruyub saxlayacaq. Şübhəsiz ki, milli ordumuzun güclənməsi də diqqət mərkəzində olacaq. Çünki işğal olunmuş torpaqlarımızın azad edilməsində, fikrimcə, son sözü qəhrəman ordumuz deyəcək. Ona görə də həmin sahədə ordumuzun daha müasir hərbi texnika ilə təchizatını görəcəyik, eyni zamanda ordunun döyüş qabiliyyəti də gücləndiriləcək. Beynəlxalq səviyyəli transmilli layihələrin reallaşması da daha sürətlə gedəcək. Söhbət xüsusi olaraq Şimal-Cənub və eyni zamanda Cənub-Qərb nəqliyyat dəhlizlərinin inşası və başa çatdırılmasından gedir. Bu, Azərbaycana xüsusi imkanlar gətirəcək. Əlbəttə ki, Azərbaycanın karbohidrogen ehtiyatlarının bazara çıxarılması ilə bağlı başlamış layihələr də davam etdiriləcək. Söhbət Cənub-Qaz Dəhlizinin reallaşmasından gedir ki, orada da işlər uğurla davam edir”.

Ağamalı bildirib ki, xarici siyasətdə Azərbaycanın balanslı siyasəti əsas götürüləcək: “Məncə, bu ənənə davam etdiriləcək, ikitərəfli münasibətlərə üstünlük veriləcək. Beynəlxalq təşkilatlarla münasibətlərimizdə hansısa xoşagəlməz hadisələrin baş verəcəyini gözləmirəm. Çünki beynəlxalq təşkilatlarda nümayəndələrimizin fəaliyyəti kifayət qədər yüksəkdir. Azərbaycan həm də işğal altında olan torpaqlarımızın qaytarılması səylərini artıracaq. Bu baxımdan ölkə prezidentinin qətiyyətli mövqeyinin şahidi olacağıq. İstisna etmirəm ki, seçkidən sonra Ermənistan tərəfindən konstruktiv addımlar atılmasa, ordumuz öz sözünü deyəcək”.

Ağ Partiya lideri Tural Abbaslı ile ilgili görsel sonucu

Ağ Partiya lideri Tural Abbaslı da bildirib ki, bir çox siyasi gedişlər davam edəcək:

“Əvvəla deyim ki, seçki sonrası çox güman ki, İlham Əliyev prezident olacaq. Xarici siyasətdə, özlərinin də dediyi kimi, balanslaşdırılmış siyasət davam edəcək. İnanmıram ki, Azərbaycan bu gün dünya siyasətində qarşı-qarşıya gələn güclərin hansınınsa yanında açıq şəkildə yer alsın. Yenə də həmin qüvvələr arasında manevr edəcək. Bu isə hakimiyyətlərini qorumaq üçün atdıqları addımdır. Getdikcə bu manevrlərin edilməsi də çətinləşir. Çünki dünya gücləri qütbləşdikcə, qütblərarası münasibətlər kəskinləşdikcə, orbitlərində olan dövlətlərdən konkret mövqelər tələb edirlər. Odur ki, İlham Əliyev hakimiyyətinin bu istiqamətdə fəaliyyəti əvvəlki dövrlə müqayisədə ağır olacaq. Ağıllı hərəkətlərdən biri bu olardı ki, Türkiyə ilə münasibətlər ən yüksək səviyyəyə çatdırılsın. Çünki belə bir qarışıq dönəmdə Azərbaycan kimi xırda və geosiyasi baxımdan önəmli yerdə yerləşən ölkələr təkbaşına siyasət yürüdə bilməzlər. Ona görə də hakimiyyət Türkiyə ilə əməkdaşlığa məcburdur və güman edirəm ki, bunu edəcək. Daxili siyasətdə isə bəzi dəyişikliklər gözləyirəm. Hadisələri analiz etdikdə görürük ki, hakimiyyətdaxili qruplar arasındakı savaş ən pik həddə çatıb. Artıq bu savaşın konturları hakimiyyət nümayəndələrinin müxtəlif vəzifədə duran adamları tərəfindən dilə də gətirilir.

Güman edirəm ki, bu seçkilərdən sonra İlham Əliyev köhnə qvardiyada təmizləmə işləri aparacaq və yeni simalar gələcək. Yeni metodların Azərbaycan üçün faydalı olub-olmayacağını da indidən söyləmək olmaz. Çünki bu dəyişikliklərin miqyasından, səmimiliyindən  və keyfiyyətindən çox şey asılı olacaq. Sabitliyi qorumaq üçün ağıllı xarici siyasət və daxildə milli barışığa nail olmağa çalışmaq lazımdır. Xarici siyasəti nə qədər mükəmməl təşkil etsək, daxildə xalq, müxalifət, iqtidar arasında körpü olmadıqda istənilən xarici provokasiyaya dövlət açıq olur. Bu isə stabilliyin pozulmasına birbaşa təhddidir. Bunu Yaxın Şərq dövlətlərində gördük. Odur ki, hakimiyyət təcili sürətdə milli barışıq mühiti yaratmalıdır. Ən azından ilk olaraq böyük əfv fərmanı imzalayıb siyasi məhbusları azad etməlidir. Bundan əlavə, siyasi müxalifətlə artıq sivil, hüquqi, siyasi baxımdan əməkdaşlıq qurulmalıdır. Partiyalara siyasi fəaliyyət imkanları yaradılmalı, qeyri-hökumət təşkilatlarının fəaliyyəti daha demokratik şərtlərlə tənzimlənməlidir. Bu addımlar atılarsa, daxili stabilliyin qorunacağına əminəm. Əks təqdirdə isə stabillik dağıla bilər”.  

Abbaslı bildirib ki, söyüş leksikonunun siyasətə gətirilməsində də hər iki tərəfin günahı var:

“Söyüş leksikonundan istifadə yanlışdır. Bunun aradan qaldırılması üçün ilk addımı, təbii ki, hakimiyyət atmalıdır. Hakimiyyət buradan Avropaya kimlərisə göndərməmələdir ki, orada gedib kimisə söysünlər. Bunun axırı yaxşı nəticələnməyəcək. Söyüşə səbəb olan hallar aradan qaldırılmalıdır. Güc məsuliyyət yaradır. Bu gün güc hakimiyyətin əlində olduğu üçün ilk addımı da onlar atmalıdır. Belə olarsa, ölkədə stabillik davam edib, inkişaf sürətlənər”.

(Əli RAİS, “Yeni Müsavat”)

Nəşr olunub SİYASƏT

Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in müşahidə missiyasının bu gün Bakıda keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, missiyanın üzvləri seçkidə baş vermiş pozuntular barədə danışmağa başlayan kimi bir qrup jurnalist yerindən qalxaraq, kəskin etirazını bildirib.

Yüksək tonlarda danışan jurnalistlər missiyanın üzvlərindən hesabatlarını dəyişməyi tələb ediblər. Buna cavab olaraq, ATƏT nümayəndələri mətbuat konfransını dayandırıblar və zalı tərk ediblər.

Müəyyən müddətdən sonra onlar yerlərinə qayıdaraq mətbuat konfransının bitdiyini bildiriblər və əlavə ediblər ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.

Qeyd edək ki, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Xalq qəzeti"nin əməkdaşı Əliqismət Bədəlov, "İki Sahil" qəzetinin özünü təqdim etməyən əməkdaşı və bi neçə başqa jurnalist müşahidə missiyasının hesabatını kəskin şəkildə qnayaraq, müşahidəçiləri birifinqə hazır bəyanatla gəlməkdə, Azərbaycana qarşı qərəzli münasibət sərgiləməkdə, azad və şəffaf şəkildə keçirilmiş seçkiyə qara yaxmaqda ittiham ediblər. 

(Musavat.com)

Nəşr olunub SİYASƏT
Cümə, 13 Aprel 2018 00:30

Ərdoğandan İlham Əliyevə TƏBRİK

Aprelin 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

(İnterpress.az)

Nəşr olunub SİYASƏT

Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı İlham Əliyevi növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi münasibətiylə təbrik edib.

Təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Möhtərəm Prezident!

Sizi yenidən Azərbaycan xalqının iradəsi ilə Prezidentimiz seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, Azərbaycanın qüdrətli dünya dövlətləri sırasına çıxarılması, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!

Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini uğurlu şəkildə davam və inkişaf etdirməyiniz sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Sizin sayənizdə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri və Türk Dünyasının lider dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. İnanırıq ki, on beş illik Prezidentliyiniz dönəmində bir çox taleyüklü məsələni həll etmək qüdrətini göstərərək, Azərbaycanımızın inkişafında mühüm rol oynadığınız kimi yeni Prezidentliyiniz dönəmində də xalqımızın ağrılı yeri olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas alınaraq nail olacaqsınız.

Sizin nümunəvi insani keyfiyyətləriniz gözəl ailə başçısı olmağınızda da təcəssümünü tapmışdır. Azərbaycanın birinci xanımı, ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban Əliyeva, övladlarınız ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, xalqımızı düşündürən problemlərin həllinə kömək göstərirlər. Biz əminik ki, Sizə xas olan siyasi bəsirət və səriştə dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Bu işdə Sizə yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə, Tənzilə Rüstəmxanlı

Azərbaycan Türkiyə Evinin və Azəri-Türk Qadınlar Birliyinin sədri"

(İnterpress.az)
Nəşr olunub SİYASƏT

Azərbaycanın “Global Media” media holdinqi Türkiyədə TR24 adlı xəbər telekanalı açıb.

Turkustan.info istinadən xəbər verir ki, şirkət bir müddətdir İstanbulda “Kanal 6” və “Cine 5” telekanallarının yerləşdiyi binada intensiv hazırlıq işlərinə başlayıb. 3 ayda yenilənən binada TR24-ün son texnologiyalarla təchizatı üçün lazımi şərait yaradılıb.

TR24 bundan sonra Türkiyənin məşhur NTV, CNN Türk, “A Haber”, “Habertürk” kanalları ilə rəqabət aparacaq.

TR24-ün idarə heyətinin rəhbəri Elnur Abdullayev, baş direktoru Məmməd Gülmməmədov olacaq.

TR24 rəhbərləri ümumi yayım idarəçiliyi üçün təcrübəli televiziyaçı Suat Toktaşla razılıq əldə olunduğunu bildiriblər. Ankarada 13 illik müxbirlik və redaktorluq təcrübəsi olan Suat Toktaş “CNN Türk”ün Ankara bürosunda, İstanbul xəbər mərkəzində, “Habertürk TV”də çalışıb. Uzun müddət sonra Türkiyədə iddialı xəbər kanalının qurulduğunu bildirən Toktaş yeni televiziya ilə bağlı bunları deyib:

“TR24 spiker, redaktor, müxbir, operator, qısası, hər sahədə olan ətaləti aradan qaldıracaq. Hədəfimiz qısa müddətdə diqqətlə izlənilən kanal yaratmaqdır. Dünya yayım bazarı araşdırıldıqdan sonra jurnalistlərin rahat şəkildə istifadə edə biləcəyi, görüntünü və xəbəri tamaşaçıya qısa zamanda çatdıra biləcək texnologiya satın alınıb. Baza yatırımlarında göstərdiyimiz diqqəti xəbər komandasını qurarkən də ortaya qoyacağıq. Hazırda ekranlarda izlədiyiniz bir çox insanı TR24-də görəcəksiniz”

(Turkustan.info)
Nəşr olunub DÜNYA
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Hörmətli cənab Prezident.
 
Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibəti ilə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun üzvləri adından və öz adımdan sizə ən səmimi təbriklərimi çatdırıram.
 
 Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaflıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.
 
Azərbaycanımızın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu şübhəsiz ki, böyükdür.
 
Türk dünyası ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərin qardaş xalqlarımızın xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inamım qətidir.
 
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləklərimi, vətənimiz Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram.
 
Dərin hörmətlə, Nüsrət Məmmədov 
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti
 
(Moderator.az)

 

 

 
Nəşr olunub SİYASƏT

Azərbaycan Milli QHT Forumunun (MQF) qərarı ilə yaradılan MQF seçki qərargahı aprelin 11-də keçirilən prezident seçkilərini 118 dairə üzrə 590 və respublika üzrə 30 müşahidəçi ilə vətəndaş cəmiyyəti institutu olaraq müstəqil şəkildə izləyib. 

MQF müşahidə missiyasının rəyi bundan ibarətdir ki, qanunun aliliyi və demokratik dəyərlər prinsipindən irəli gələrək, ölkədə azad, demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Azərbaycan Respublikasının qanunvericiliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən seçki prosesini tənzimləyən hüquqi sənədlərin qəbul olunması ölkədə demokratik seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün tam hüquqi təminat yaradıb.

QHT.az xəbər verir ki, bu fikirlər Milli QHT Forumunun prezident seçkiləri ilə bağlı yaydığı bəyanatda yer alıb.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, MQF seçki müşahidə missiyası seçkidən öncə və seçki günü apardığı monitorinq zamanı seçki qanunvericiliyinin və ya seçici hüquqlarının pozulması faktlarına rast gəlməyib. Ölkədə sərbəst toplaşma, seçki kampaniyasının təşkili, mitinqlərin və digər kütləvi tədbirlərin keçirilməsi, söz azadlığı və digər hüquqlar tam təmin olunub. Bundan əlavə, veb-kamera quraşdırılıb və bu məntəqələrdə seçkiləri onlayn müşahidə etmək imkanı yaradılıb. Səsvermə otaqları və seçki bülletenləri seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunub. Hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün 1455 məntəqədə mobil panduslar quraşdırılıb və onların səsverməsi üçün şərait yaradılıb.

Rauf Zeyni bildirib ki, sıralarında 700-ə qədər QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu aprelin 11-də keçirilən prezident seçkilərinin milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq azad, şəffaf, ədalətli şəraitdə keçirildiyini, onun nəticələrinin xalqın iradəsini əks etdirdiyini bəyan edir.

(Qht.az)

Nəşr olunub SİYASƏT
Azərbaycanda 11 aprel  2018-ci ildə keçirilən Prezident seçkiləri ilə bağlı  Tərxis Olunmuş Hərbçilərin GəncləriMaarifləndirmə İctimai Birliyi bəyanat yayıb. 
 
Bəyanatda deyilir:
 
"Azərbaycanda seçkilərin demokratik mühitdə keçirilməsi üçün seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq  azadlığı sahəsində vəziyyət, seçki komisiyalarının fəaliyyəti və seçkilərə hazırlıq səviyyəsi azad, ədalətili, şəffaf, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradılmışdır.Azərbaycan Respublikasında 11 aprel 2018-ci il növbədənkənar  prezident seçkiləri elan olunduqdan sonra ölkənin yazılı və elektron mediası prezident seçkilərinə xüsusi diqqət ayırmışdır. Seçkilərə hazırlıqla bağlı tədbirlərin və kütləvi aksiyaların işıqlandırılması, seçki mövzusunda müzakirələrin aparılması, bütün maraqlı qüvvələrin mövqeyinin ifadə edilməsi təmin olunmuşdur.
 
İnternet medianın və sosial şəbəkələrin  prezident  seçkilərilə bağlı məsələləri işıqlandırılması və  müzakirəsində xüsusi rol oynadığı müşahidə edilmişdir. 
 
Seçki kampaniyası zamanı ölkəərazisində sərbəst toplaşmaq azadlığı ilə bağlı hər hansı qanun pozuntusu müşahidə edilməmişdir. Paytaxtda və bölgələrdəsərbəst toplaşmaq üçün qapalı yerlər və açıq havada meydançalar təşkil edilmişdir. Bütün namizədlərə ayrılmış yerlərdə seçicilərlə görüşlər keçirmək üçün normal şərait yaradılmışdır. Hətta seçkilərdə aktiv iştirakdan imtina edən bəzi müxalifət partiyalarına Bakı şəhərinin mərkəzində “Məhsul” stadionu ərazisində iki dəfə mitinq keçirməyə şərait yaradılmışdır.
Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsinin əsas şərtlərindən biridə heç şübhəsiz ki, seçkilərin lazımi qaydada keçirilməsinə ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyətinin iştirakına geniş imkanların yaradılmasıdır. Tərəfimizdən aparılan  müşahidələr göstərir ki, seçki komisiyaları seçki prosesinə ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyətinin bu prosesdə yaxından iştirak etməsi üçün hərtərəfli şərait yaratmışdır. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasında keçirilən 11 aprel 2018-ci il növbədənkənar  prezident seçkilərinin müşahidəsini təşkil etmək məqsədi ilə Mərkəzi Seçki Komisiyasında 126  nəfər üzv və tərəfdarını  respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçmişdir. Mərkəzi Seçki Komisiyasında respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçmiş müşahidəçilərimizin seçki günü  72 Dairə Seçki Komisiyası ərazisində  630 Məntəqə Seçki Komisiyasında müşahidə  aparmışlar. 
 
Müəyyən edilmişdir ki, müşahidə aparılan məntəqələr qanunvericilikdə nəzərdə tutulmuş vaxtda səsverməyə açılmış, komissiya üzvləri və kifayət sayda müşahidəçilər, o cümlədən bütün namizədlərin nümayəndələri  məntəqələrdə olmuşlar. Müşahidəçilər   prosesi rahat izləməyə imkan verən əlverişli mövqedə yerləşdirilmişlər. Səsvermə kabinələri bülletenlərin doldurulması zamanı gizliliyin gözlənməsinə imkan verən vəziyyətdə, eyni zamanda komissiya üzvləri və müşahidəçilər üçün aydın görünən məsafədə quraşdırılmış, seçki qutuları möhürlü və hamının rahat görə biləcəyi yerdə qoyulmuşdur.
 
Seçicilərin səs verməsi üçün lazımi şərait yaradılmış, səsvermə prosesi ümumən qanunauyğun keçirilmiş, ictimai asayişin pozulması hallarına yol  verilməmişdir. Məmurların və polis əməkdaşlarının seçki prosesinə qanunsuz müdaxiləsi hallarına yol verilməmişdir. 
 
Səslərin sayılması prosesi tam müşahidə altında həyata keçirilmiş, səsvermənin nəticələrinə dair protokollar maraqlı tərəflərə verilmişdir.
 
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi apardığı müşahidələr əsasında bəyan edir ki, 2018-ci il 11 aprel prezident seçkiləri Azərbaycan Respublikasının Konistitutusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun olaraq  azad, şəffaf və ədalətli şəraitdə keçirilmiş,  xalqın iradəsini tam olaraq ifadə etmişdir."
 
(Qht.az)
Nəşr olunub CƏMİYYƏT

“Həmin dövlətlər Armen Sarkisyandan biznesini ölkələrindən çıxarmağı tələb etməlidirlər”

 

 

Samir Adıgözəlli: “Müsəlman və türkdilli ölkələr Ermənistanla bütün diplomatik əlaqələri kəsməlidirlər”

 

Məlum olduğu kimi, Ermənistan yeni idarəetmə metoduna keçib. Artıq prezident idarəetmə  üsulundan parlament tipli ölkə modelinə keçən Ermənistanda yeni seçilən prezident Armen Sarkisyan öz səlahiyyətlərinin icrasına başlayıb. A.Sarkisyan Ermənistanın İngiltərədə səfiri işləyib. Daha sonra biznes fəaliyyəti ilə məşğul olub.

İngiltərə vətəndaşlığı var, amma özünün dediyinə görə, daha sonra İngiltərə vətəndaşlığından imtina edib. Son konstitusiya islahatına görə, səlahiyyətləri çox azdır və simvolik xarakter daşıyır. Hətta Milli Təhlükəsizlik Şurasının iclasında iştirak etmək hüququ yoxdur.

Yeri gəlmişkən, A.Sarkisyan Ermənistan doğumlu ilk prezident olacaq. Digərləri diaspor nümayəndələri olub. İlk üç prezidentdən birincisi - Ter-Petrosyan Hələbdə, digər ikisi isə (Robert Koçaryan, Serj Sarkisyan) Azərbaycanda doğulublar. Yeni prezidentlə bağlı, həmçinin, bildirilir ki, onun Özbəkistan, Qazaxıstan, Türkmənistan kimi müsəlman ölkələrində biznesi var.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müsəlman ölkələrinə müraciət edərək bildirib ki, onlar Ermənistanla əlaqələri birdəfəlik kəssinlər. Sitat: "Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz".

Prezident qeyd edib ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla, 20 faiz torpaqlarını işğal altında saxlayır: "1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və islam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu ən böyük riyakarlıqdır.

Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Belə olan təqdirdə, ərazilərində Ermənistan prezidentinin geniş biznesi olan müsəlman ölkələri hansı addımları atmalıdırlar?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, hakimiyyətə gələn ikinci Sarkisyanın müsəlman ölkələrində geniş biznes şəbəkəsinə malik olması olduqca üzücü xəbərdir: “Bəli, ölkə başçımız çox ciddi əsaslara söykənərək müsəlman ölkələrinin nəzərinə çatdırıb ki, onların Ermənistanla əlaqələr qurmağa haqqı çatmır. Adlarını çəkdiyiniz ölkələr isə tək müsəlman ölkəsi deyil. Onlar həm də bizimlə eyni soya mənsub olan türkdilli dövlətlərdir. Belə ölkələr heç bir tərəddüd etmədən bizimlə eyni səngərdə çiyin-çiyinə durmalıdırlar. Çox təəssüf edirik ki, buna riayət etməyən qardaş ölkələrimiz var. Mən istərdim ki, onlar Türkiyədən, Pakistandan örnək götürsünlər. Bu məsələyə heç də diplomatik, dövlətlərarası münasibətlər kontekstindən baxmaq lazım deyil. Həmin ölkələrin Ermənistanla münasibətlərdən imtina etmək üçün əllərində kifayət qədər ciddi əsasları var. Mən başa düşə bilmirəm, Ermənistan həmin ölkələrin nəyinə lazımdır? Bu ölkələri heç bir dini, mədəni əlaqələr bir-birilə bağlamır. Yeni prezidentin biznesi ilə bağlı isə deyə bilərlər ki, ölkələrinə investisiya qoyubsa, bunun nəyi pisdir? Pis burasıdır ki, həmin adam türkləri, müsəlmanları qətlə yetirən, ərazilərini işğal edən, ortaq sayılan dini, milli abidələrimizi məhz edən mənfur bir ölkənin başında durur. Hesab edirəm ki, bu detalları əsas götürərək, həmin dövlətlər Armen Sarkisyandan biznesini ölkələrindən çıxarmağı tələb etməlidirlər. Çox təəssüflər olsun ki, bu gün Ermənistana nəfəslik verən də qonşumuzda olan müsəlman ölkəsidir. Müsəlman və türkdilli ölkələr Ermənistanla bütün diplomatik əlaqələri kəsməlidirlər”.

(Məhəmmədəli QƏRİBLİ, "Baki Xəbər")

 
Nəşr olunub DÜNYA

Reytinq