BDM Xocalı abidəsini ziyarət edib

20 Fev 2017
525 baxış

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) İdarə Heyətinin üzvləri Xocalı Soyqırımının 25 illiyi münasibətilə Xocalı abidəsini ziyarət edib. Abidənin önündə BDM sədri dr. İsmayıl Ağayev çıxış edərək, ermənilər tərəfindən törədilmiş soyqırımın təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı ən ağır cinayət olduğunu bildirib. O, çıxışında, dünyanın bütün mütərəqqi qüvvələri, dövlətləri Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməyə çağırmaqla dünyada sülhün bərqərar olması üçün birgə əməkdaşlığın vacibliyini bildirib.

Xocalı soyqırımının 25 illiyi ilə bağlı BDM-in Avropa, Türkiyə və Rusiya nümayəndəlikləri tərəfindən anım tədbirləri keçiriləcək.

BDM mətbuat xidməti

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq