Emin Həsənli: Azərbaycanda peşəkar seçki institutu formalaşıb

05 Mar 2018
142 baxış
Müstəqillik dövründə ümummili lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, hüquq və qanunvericilik sahəsində də böyük işlər görülüb. 1995-ci ildə Konstitusiya qəbul edilib. 
Konstitusiyamızda prezident, parlament, bələdiyyə seçkiləri və refendumun keçirilmə qaydaları öz əksini tapıb.  
 
QHT.az xəbər verir ki, bu fikirləri sechki-2018.az saytına açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
 
Azərbaycanda dəfələrlə seçkilərin keçirildiyini qeyd edən E.Həsənli bildirib ki, ölkədə kifayət qədər peşəkarlaşmış seçki institutu, nümunəvi seçki qanunvericiliyi var.
 
“Ölkəmiz bu sahədə böyük təcrübə qazanıb. Hətta xarici dövlətlərin də bu təcrübəni öyrənməsində fayda var. Azərbaycan seçki qanunvericiliyini xeyli təkmilləşdirib. Burada kütləvi informasiya vasitələrinin rolundan, insanların sərbəst toplaşmaq azadlığından tutmuş namizədliyin irəli sürülməsi, qeydə alınması, imzaların toplanması, təhvil verilməsi, Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini tanımasına qədərki proses beynəlxalq hüquq və təcrübəyə tam uyğundur ”, - deyə E.Həsənli vurğulayıb. (qht.az)
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq