BDM Prezidentə təbrik məktubu ünvanlayıb

16 Apr 2018
91 baxış

Beynəlxalq Diaspor Mərkəzi (BDM) prezident seçkilərində inamlı qələbə münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

 

Hörmətli cənab Prezident!

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) idarə heyəti və çoxsaylı diaspor fəallarımız adından 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbə münasibəti ilə Sizi ürəkdən təbrik edir, ölkəmizin xoş gələcəyi yolunda apardığınız fədakar fəaliyyətdə yeni-yeni uğurlar arzulayırıq.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olaraq Siz, qüdrətli dövlət və güclü cəmiyyət modelini inkişaf etdirməklə Azərbaycanı sabitlik və təhlükəsizliyin bərqərar olduğu bir məkana çevirmisiniz. Dünyanın bir çox regionlarında baş verən çaxnaşmalar fonunda ölkəmizdə hökm sürən əminamanlıq və xalqımızın təhlükəsizliyi Sizin düşünülmüş daxili və xarici siyasətinizin nəticəsidir. Azərbaycan Respublikası qarşısındakı tarixi xidmətləriniz, ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və nüfuzunun artırılması istiqamətində göstərdiyiniz fəaliyyətiniz xalqımız tərəfindən bir daha yüksək qiymətləndirildi.

Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq milli maraqlarımızın müdafiəsi istiqamətində tövsiyyə və göstərişlərinizi daim ən yüksək səviyyədə davam etdirəcəyimizi bildiririk. İnanırıq ki, uğurlu siyasi fəaliyyətiniz nəticəsində itirilmiş torpaqlarımızı azad edərək, orada da böyük qələbəmizi qeyd edəcəyik.

Cənab Prezident!

Bir daha Sizi, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

 

 

Böyükmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq