Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

03 May 2018
247 baxış

Emin Eminzadə 1997-ci ildə Bakı şəhərində anadan olub. O, hazırda Amerikada, Los Ancelesdə yaşayır. Müğənnidir. Oxuduğu mahnılarını özü yazır.


İnterpress.az müğənni Emin Eminzadə ilə müsahibəni təqdim edir:

-Emin bəy, işlərinizlə bağlı danışardınız. Hansı yeniliklər var?

-Mən Los-Ancelesdə yaşayıram. Hazırda yeni albomumun üzərində işləyirəm. Yeni albomumda beş mahnı olacaq. Mahnıların hamısının musiqisi və sözlərinin müəllifi özüməm. Bundan sonra “Single” mahnısının üzərində işlər gedir. Biz bununla bağlı mətbuata da məlumat vermişik. Mahnını “Qrem” mükafatçısı bəstəkar Karla Kartr və Druski Skount yazıb. Mən də onlarla yanaşı bu mahnının bəstəkarıyam. Mahnının adı “Pərdə arxası”dır "behind the scenes). Mahnıda hər şeyin göründüyü kimi olmamasından bəhs edilir. Yəni, burada pərdə arxası var. 

-Emin bəy, siz necə oldu ki, digər xarici ölkələrə deyil, məhz Amerikaya səfər etdiniz?

-Ümumiyyətlə, mən uşaqlıqdan Amerikanı çox sevirdim. Bir ölkə olaraq, oranın mədəniyyətini və s. bəyənirdim. Əsasən də, hazırda yaşadığım Los-Anceles şəhərini çox sevirdim. Bəlkə də, bu, mənims evdiyim ifaçıların, aktyorların orada yaşamağından irəli gəlirdi. Mən ilk əvvəllər klassik opera ilə sənətə gəlmişəm. Mənim hazırda da müəllimim xalq artisti Fidan Qasımovadır. Bir neçə il bundan öncə məşhur italyan müğənnisi Robertino Loretti Bakıya səfəri zamanı onunla birlikdə çıxış etdik. O, daha sonra məni İtaliyaya dəvət etdi. Və mən İtaliyada mahnı müsabiqəsinin qalibi oldum. Bundan sonra bir neçə dəfə müsabiqə laureatına və Prezident təqaüdünə layiq görülmüşəm. Adım qızıl kitaba yazılıb. 2014-2015-ci illərdə Amerikada orta məktəbi bitirdim. Mən "Hollywood"da klip çəkdirən ilk azərbaycanlə gəncəm. O zamandan da düşündüm ki, Azərbaycanı burada təmsil etmək lazımdır.

-Siz artıq öz sənətinizlə Amerikada da kifayət qədər tanınırsınız. Bəs, Amerikada diaspora fəaliyyəti ilə məşğul olmağı düşünürsünüzmü? Yoxsa, elə ancaq öz sənətinizlə fəaliyyətinizi davam etdirmək istəyirsiniz?

-Mən də Azərbaycanı təmsil edirəm. Sadəcə olaraq, mən sənətimlə ölkəmizi təmsil edirəm. Bir zamanlar ümummilli lideri Heydər Əliyev də ölkənin tanınması üçün ən yaxşı vasitələrin idman və incəsənət olduğunu bildirmişdi. Mən əminliklə deyirəm ki, Amerikada Los-Ancelesdə diasporamız çox güclü fəaliyyət göstərir. Çünki, mən özüm də şahidi olmuşam ki, diasporamız Azərbaycan həqiqətlərinin Los-Ancelesdə və xüsusən də, Amerikanın hər yerində çatdırılmasında yüksək səviyyəli məlumatlandırma işləri aparır. Mən özüm də Amerikada müxtəlif televiziya və radiolara müsahibə verən zaman Azərbaycan haqqında danışanda bəziləri tanımır. Çünki, Azərbaycan elə də böyük bir ölkə deyil. Ona görə də, Azərbaycan haqqında məlumatlar verirəm. 

-Bəziləri Azərbaycandan xarici ölkələrə gedib mühacir həyat tərzi sürür və Azərbaycanı unudurlar. Daha sonra Azərbaycanın əleyhinə danışırlar. Buna xaricdə yaşayan bir azərbaycanlı kimi münasibətiniz necədir?

-Məncə, bu cür insanlar həyata pozitiv baxışdan məhrumdurlar. Çünki, onlar hər şeyə neqativ baxırlar. Hər şeydə pislik axtarırlar. Onların heç vaxt müsbət bir yanaşma tərzi yoxdur. Ona görə də çıxış yolunu neqativlikdə görürlər. Əlbəttə, elə Amerikanın da digər ölkələrin də mənfi cəhətləri var. Ancaq bu, o demək deyil ki, sən doğulduğun boya-başa çatdığın vətənini rədd edəsən. Mən heç vaxt Amerikanın vətəndaşı olmağa fəxr etməmişəm. Mən fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam. Arzum da odur ki, azərbaycanlı olaraq Amerikada öz sənətimi təqdim edim. 

-Gələcəkdə hansı planlarınız var?

- Yaxın gələcəkdə bayaq dediyim mahnının klipi olacaq. Klipin rejissoru da özüməm. Çünki, mən hər zaman öz kreativ ideyalarımla bizi sevənlərin qarşısına çıxmışıq. 

-Emin Eminzadənin həyatda ən böyük arzusu və Azərbaycan üçün reallaşdırmaq istədiyi arzusu nədir?

-Azərbaycan üçün istədiyim yeganə arzum Amerika sakinlərinin Azərbaycanlı olaraq məni tanımalarıdır. İstərdim ki, amerikalılara Azərbaycanın gözəl bir yer məkan olduğunu sübut edim. Və onların Azərbaycana turizm səfərlərinin reallaşdırılmasında rolum olsun. Onu da deyim ki, mədəniyyətin vətəni olmur. 

-Sizin üçün musiqidən sonra önəmli olan nədir?

-Musiqidən sonra mənim üçün önəmli olan ailəm valideynlərim və bacımdır. Amma düşünürəm ki, musiqisiz heç vaxt xoşbəxt olmayacağımı düşünürəm. Mən özümü artıq sənətə qurban verənlərdənəm. Mənim üçün də sənət qurban tələb edir. Düşünürəm ki, media nümayəndələri də sənət adamlarının dostu olmalıdır. Mən özüm də hər zaman mediaya açıq oluram.

-Azərbaycanda solo konsert verməyi düşünürsünüzmü?

-Əslində, mən Azərbaycanda solo konsert verməyi bu yaxınlarda düşünürdüm. Amma yeni albom, klip və digər işlər səbəbindən konsertin gecikdirilməsi qaçılmaz oldu. Mənim üçün solo konsert bütün uğurlarıvın nəticəsi deməkdir. Buna bir növ hesab deyərdim. Amma görürəm ki, hələ mən bu hesabatı verməyə hazır deyiləm. Çünki, bu hesabatı vermək üçün gərək mən albomu çıxarım. Mənim ulduzu xəstəliyinə tutulmaq kimi bir fikrim də yoxdur. Çünki, əgər belə xəstəliyə yoluxmaq fikrim olsaydı, 6 il bundan əvvəl baş verərdi. Özüm istəməmişəm.

-Azərbaycan müğənniləri arasında bəyəndiklərin varmı?

- Azərbaycan müğənniləri arasında ən çox bəyəndiklərim indi dünyalarını dəyişiblər. Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova və s. Bu şəxslər mənim üçün Azərbaycan musiqi sənətinin korifeyləridir. Yaşayanlardan isə, Fidan və Xuraman Qasımova, Yusif Eyvazov, Emin Ağalarovu bəyənirəm. Dünya müğnniləri arasında isə Maykl Cekson, Lady Gaga və s.

-Qarabağla bağlı mahnı üzərində işləmək fikriniz varmı?

-Əlbəttə ki, Qarabağ problemindən bəhs edilən mahnı oxumaq istərdim ki, dünyaya çatdırım. Amma musiqi elə bir şeydir, bu əsər elə bir əsər olmalıdır ki, hamıya xoş gəlməlidir.

-Sevgi təklifi almısınızmı?

-Bəli, bir çoxlarının mənə maraqlarını müşahidə edirəm. Neçə-neçə məktub vasitələri ilə sevgi təklifi edənlər də olub. Mənə “padxod” edənlər də var. Hiss edirəm ki, simpatiya bəsləyirlər. Sadəcə olaraq, mən özüm hələ buna hazır deyiləm. 

-Ailə həyatı quran zaman qarşı tərəfin milliyəti sizin üçün önəmlidirmi?

-Xeyir, fərq etməz ailə həyatı quracağım şəxs hansı milltədən olsun. Əsas odur ki, yaxşı birisi olsun. Təbii ki, bircə erməni olmasın. 

-Sənətə gəldiyinizə görə kimə borclusunuz?

-Mən buna görə, ilk növbədə valideynlərimə borcluyam. Çünki anam və atam mənim motivasiya mənbəyim olub hər zaman. 

-Başqa demək istədiyiniz sözünüz varmı?

-Başqa, məncə, daha heçnə (gülür). Çox sağolun dəvətinizə görə. 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

 
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq