Ehtiyatda olan zabitlər və hərbiyönümlü QHT rəhbərləri Türkiyəyə yola düşüblər

15 May 2018
87 baxış
Qazilərin, ehtiyatda olan zabitlərin və hərbiyönümlü QHT rəhbərlərinin Türkiyəyə səfəri başlayıb.
 
Bu barədə QHT.az-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.
 
O qeyd edib ki, səfər  Türkiyə Əməkli Subaylar Dərnəyinin və Türkiyə Muharip Gazilər Dərnəyinin dəvəti və  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 
 
 
Qeyd edək ki, ikitərəfli baş tutun bu səfərlər hər il gerçəkləşir.
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq