Sabir Rüstəmxanlıya övladları tərəfindən MÖHTƏŞƏM HƏDİYYƏ - VİDEO

21 May 2018
74 baxış

İnterpress.az xəbər verir ki, tanınmış müğənni Ramal İsrafilov Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının müəllifi olduğu şeirlərindən ibarət bəstələnmiş mahnı albomunu təqdim edib.

Müğənninin işıq üzü görən "Getmə" adlı yeni albomunda xalq şairinin 7 şeiri yer alıb.

Belə ki, albomda S.Rüstəmxanlının "Getmə", "Ölüm də gəlsə", "Yuxum kimi qal", "Daha sənə güvənmirəm", "Bəlkə mən ölmüşəm", "İnanmırıq", "Çətindir" şeirlərinə bəstələnmiş mahnılar öz əksini tapıb.

Qeyd edək ki, sözügedən albom S.Rüstəmxanlının doğum günü münasibəti ilə övladları tərəfindən hədiyyə olunub.


Bu xəbərə səs ver
(0 səslər)

Reytinq